Tulsa Universiteti Oklahoma, ABŞ

Amerika Birləşmiş Ştatları, Oklahomada yerləşən Tulsa Universiteti 2017-ci ildə Amerikanın top 100 milli universiteti arasında yer almışdır və Times Higher Education-un 2016- cı il buraxılışında dünyanın ən kiçik top 15 universiteti içərisində sıralanmışdır. Tulsa Universiteti biznes üzrə bakalavr dərəcəsində ABŞ –da Top 100 universitet sırasındadır.

Beynəlxalq tələbələr üçün ABŞ-ın belə reytinqli, milliyət tərkibi müxtəlif olan universitet kampusunda bakalavr təhsili almaq möhtəşəm imkandır.

Akademik keyfiyyəti ilə yanaşı Tulsa Universiteti tələbələrinin milliyyətcə müxtəlifliyi ilə də seçilir. Belə ki, universitetdə təhsil alan hər 4 tələbədən 1-i beynəlxalq tələbədir.

Tulsa Universiteti haqqında

Əsası 1894-cü ildə qoyulan Tulsa universiteti özəl tədqiqat universitetidir və reytinqli fakültələri aşağıdakı kimi təsvir edilmişdir:

  • 4-cü sırada qərarlaşmış neft mühəndisliyi fakültəsi (U.S. News 2017-ə əsasən)
  • Biznes üzrə Top 100 də yer almış (Bloomberg Businessweek 2016-a əsasən)
  • Marketinq üzrə 20-ci yerdə (College Choice 2017-ə istinadən)
  • Hüquq üzrə Top 100-də (U.S. News 2017-ə əsasən)

Tulsa Universitetinin incəsənət, biznes, kompyuter elmləri, təhsil, mühəndislik, təbiət elmləri, iqtisadiyyat-sosial elmlər üzrə bakalavr dərəcəsində 60 –dan çox proqramı (ixtisas) mövcuddur.

Universitetdə sinif otaqları kiçik, 20 tələbənin yerləşə biləcəyi böyüklükdədir. Bu tələbələrin bütün diqqətlərini professora və müəllimlərə yönəltmələri üçün dizayn edilmişdir. Tulsa Universitetinin kampusu tələbələrin ən səmərəli şəkildə təhsil almaları və təcrübə qazanmaları üçün uyğunlaşdırılıb. Universitet tədqiqatlarla maraqlı olan tələbələr üçün də əlavə vəsait (fond)  və peşəkar müəllimlər ayırmışdır.

Tulsa Universitetinin beynəlxalq tələbələr üçün ayırdığı kampusa 150-dən artıq tələbə təşkilatları, 17 idman komandası və 1-ci və 2-ci kurs bakalavr tələbələr üçün yaşayış binası daxildir . Kampusun seçilmiş əlverişli ərazisi Tulsa şəhərinin mərkəzinə yaxın yerləşir.

Universitetə necə daxil ola bilərsiniz?

Tulsa universiteti bütün kriteriyalara cavab verən beynəlxalq tələbələr üçün birbaşa bakalavr pilləsinə təhsil təklif edir. Universitetdə ACT və ya SAT tələb olunmur. İELTS balı 6.0 dır

İngilis dili bilikləri daha aşağı olan tələbələr isə aşağıda qeyd edilmiş 2 seçimdən birini seçərək universitetə şərti qəbul ala bilər.

-İntensive İngilis dili

-Bakalavra hazırlıq

Yaxşı nəticələri olan və oxuduğu müddət ərzində yüksək nəticələr toplayan tələbələr 4 ili əhatə edən təaqüd qazanmaq şansları mövcuddur. Həm birbaşa qəbul olan həm də intensiv ingilis dili və yaxud bakalavr hazırlıq proqramı keçən tələbələr təqaüd qazana bilərlər. Universitet tələbələrə təqaüd əldə etmək şansını artırtmaq üçün ərizələrini mümkün qədər tez təstiq etmələrini tövsiyyə edir.

Təhsil haqqı: illik  $40,484

Tələblər

-İELTS 6.0

-Attestat

-SAT tələb edilmir

Share
SHAKUFA ALIZADA
[email protected]