Distant Təhsil

Onlİne dİstant təhsİl nə deməkdİr?

Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

unİversİtetlərİmİz və dərəcə proqramlarımız

Imperial College London

Leicester University

Edinburgh Business School (Heriot Watt University)

Edinburgh University

University of Cardiff

Anglia Ruskin University

Essex University

University of Southampton

Coventry University

University of Nottingham

Middlesex University

Leeds Beckett University

Sunderland University

Lincoln University

Southampton Solent University

Edinburgh Napier University

University of Law

De Broc School of Business

Glasgow Caledonian University

IUBH – School of Business & Management

Northampton University

London School of Business & Finance

Wolverhampton University

Schiller International University

Geneva Business School

European School of Economics

onlİne dİstant təhsİl
təklİf olunan unİversİtetlər

uyğunluq

Distant təhsildə ən önəmli ilkin şərt kursların uyğunluğudur. Uzun müddət eyni yerdə təhsil ala biləcəyin bakalavr təhsilindən fərqli olaraq magistratura təhsilində daha çox pul qazanmaq və karyera qurmaq lazım gəlir. Distant təhsil sizə karyeranıza faydalı olacaq, lakin müəyyən vaxt və məkan çərçivəsinə salınmadan ixtisas qazanmağınıza şərait yaradır.

Seçİm müxtəlİflİyİ

Əgər siz hər hansı bir şəhərdə və ya kənddə yaşayırsınızsa, və sizin yerli təhsil sistemi sizə istədiyiniz ixtisası vermirsə, siz küncə sıxışdığınızı sanarsınız. Distant təhsillə siz məhz istədiyiniz ixtisası əldə edə bilərsiniz. Siz biznes dərəcənizi bitirmisiniz və huququn hər hansı bir sahəsində sizə kömək olacaq MBA təhsili almaq istəyirsiniz. Alternativ olaraq, siz başqa sahədə karyera qurmusunuz və biznes sahəsindəki biliklərinizi nümayiş etdirmək istəyirsiniz. Hansı şərait olursanız, olun, ama distant təhsil sizə istəklərinizə uyğun kurs tapmağa kömək edəcək.

Beynəlxalq İmkanları

Yəqin ki, sizin olduğunuz ölkə sizə yüksək keyfiyyətli İngilis dilli bakalavr və ya magistratura təhsili vermir. Yəqin ki, siz hər hansı bir dərəcəni əldə etmisiniz və işləmək üçün digər bir ölkəyə köçmüsünüz, lakin hələ də sizə lazım olan dərəcəni əldə etmək istəyirsiniz. İstənilən halda, distant təhsil sizə dünyanın hansı ölkəsində olmağınızdan asılı olmayaraq, mütəxəssis ixtisası almaq üçün şərait yaradır. Demək olar ki, bütün distant təhsil müəssisələri beynəlxalq tələbələrin təhsil ala bilməsi üçün yaradılmışdır.

Beynəlxalq tanınma

Yuxarıda qeyd edilənə əsasən, demək olar ki, bütün bakalavr və ya magistratura dərəcəsi beynəlxalq aləmdə tanınmışdır. Sizin öz ölkənizdə və ya dünyanın başqa bir ölkəsində distant təhsil almağınızdan asılı olmayaraq, əldə etdiyiniz dərəcə bütün dünyada tanınır. Distant təhsil sizə əyani və ya qiyabi təhsildən fərqli bir şey etmir, lakin sizə faydalarını verir.

Dİstant Təhsil hər kəsə uyğundur

Yuxarıda sadalanan hər şeyi nəzərə alaraq, qeyd edə bilərik ki, distant təhsil istədiyiniz dərəcəyə nail olmaq üçün ən uyğun seçimdir. Harda və necə yaşamağınızdan, boş vaxtlarınızın olub-olmamasından asılı olmayaraq, istədiyiniz dərəcəni almaq üçün indidən təhsilə başlaya bilərsiniz.

İmkanlar və xərclər

Distant təhsil proqramını seçərkən, daha az pul xərcləmək istərsiniz. Standart təhsil proqramlarından fərqli olaraq, distant təhsil ödəniş baxımıından daha uyğundur. Əlavə olaraq, tələbə həyatının xərclərinə qənaət etmiş olarsınız. Professional iş həyatı zamanı təhsil alarkən siz xərclərinizi qazanca və invesitisiyaya çevirmiş olarsınız.

onlİne dİstant təhsİl

BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMIŞ NÜFUZLU BAKALAVR, MAGİSTRATURA VƏ MBA DƏRƏCƏSİ İLƏ KARYERANI QUR.