Beynəlxalq Hazırlıq Proqramı (Foundation)

Studynet Group (Beynəlxalq Hazırlıq Proqramı) Studynet Group Azərbaycanın Bakı mərkəzində tədris olunan bir illik akademik proqramdır. Bu Beynəlxalq Hazırlıq Proqramı tələbələri bakalvr dərəcəsi üçün zəruri olan akademik və İngilis dili bilikləri ilə təmin edir.

Studynet Group Beynəlxalq Hazırlıq Proqramı aşağıdakı tələbləri ödəyən tələbələr üçün nəzərdə tutulmuşdur

-Bakalvr dərəcəsinə müraciət etmək üçün zəruri olan əlavə bir il hazırlığa ehtiyacı olan tələbələr üçün

-Bakalvr dərəcəsinə müraciət etmək üçün bütün akademik nəticələrə sahib olan, lakin İngilis dili biliklərini inkişaf etdirməli olan tələbələr üçün

Azərbaycanlı tələbələr üçün minimum tələblər aşağıdakılardır

-Minimum 4.2 orta Attestat balı

-Minimum 4.2 orta şəhadətnamə balı

İngilis dili üzrə minimum tələblər

-TOEFL İBT 68 ( Reading bölməsindən 08, Writing bölməsindən 17, Speaking bölməsindən 19, Listening bölməsindən 13 bal minimum olmaq şərti ilə)

İELTS 5.5 ( hər hansı bir bölmədən 4.0 baldan az olmamaq şərti ilə) Academic İELTS tələbələrin İngilis dili səviyyələrini ölçən beynəlxalq  səviyyə imtahanıdır.

Ətraflı

Akademik İngilis dili Testi

Pre-IFB/IFB kurslarına başlamaq üçün tələbələr öncə Studynet Group İngilis dili  testinin İntermediate və ya Upper-İntermediate səviyyəsinə yiyələnməlidirlər. Tələbənin heç bir rəsmi akademik İngilis dili testi nəticəsi olmadığı halda, o hazırlıq proqramını müvəffəqiyyətlə başa vurmaq və İFB sertifikatina yiyələnmək üçün İngilis dili testini hazırlıq proqramı çərçivəsində sınaqdan keçməli olacaqdır. İFB hazırlıq kursuna başlamaq üçün minimum tələblərə uyğun gəlməyən tələbələr pre-İFB kurslarına müraciət edə bilərlər.

Tədris və Öyrənmə metodları – İFB kursları tələbələrimizə mümkün olan ən yaxşı təhsili vermək üçün müxtəlif  tədris metodlarından istifadə edir.

Mühazirələr – iri həcmli siniflərdə tələbərə verilən dərslərdir və  tələbələrin seçdikləri İFP istiqamətindən asılı olmayaraq onlara dərin biliklər qazanmasında mühüm rol oynayır. Bundan əlavə, tələbələr mühazirə müddətində içərisində mühazirələrə, imtahana, inşalara və təqdimatlara aid məlumat olan qeydlərlə təmin olunurlar.

Seminarlar – təcrübəli müəllimlər tərəfindən idarə olunan kiçik həcmli siniflərdə həyata keçirilir. Bunlar əsasən tələbələrə mühazirələrdə anlaşılmayan mövzulara müzakirə yolu ilə aydınlıq gətirmək şansı verir.

Tyutoriyallar – tələbələrin mühazirələr və seminarlar zamanı keçilən mövzuların daha yaxşı mənimsənilməsinə yönəldilmişdir. Həmçinin, tyutoriyallar  verilən lahiyələrin və ya yazılı tapşırıqların və digər məsələlərlə bağlı tələbələrə kömək məqsədilə nəzərdə tutulmuşdur. Müvəffəqiyyət əldə etmək üçün tələbələrimiz daha əzmli və  həvəsli olmalıdırlar. Bu məqsədə nail olmaq üçün tələbələrimizə müəllim heyəti tərəfindən bütün zəruri köməklik göstərilir.

Qiymətləndirmə

Studynet Group Beynəlxalq Hazırlıq Proqramı bir çox qiymətləndirmə metodlarından istifadə edir. Bunlara yazılı tapşırıqlar (referatlar), reportlar, təqdimatlar, lahiyə işləri və imtahan qiymətləndirmələri daxildir. Referatların adətən eıeltron formatda Studynet Group Portalına yüklənmasi tələb olunur. Lakin, bəzən tələbələr onların electron deyil, original kağız versiyasını da təqdim etməlidirlər. Bu müddət ərzində referatla bağlı bir problem və ya sual yaranarsa, tələbələr özlərinin şəxsi tyutorlarına yaxınlaşa bilərlər.

Studynet Group Azerbaycan Beynəlxalq Hazırlıq Proqramı 100 hər bir kurs üçün 100 ballıq şkala ilə ölçülür

50% – 55% – PASS (keçid balı)

55% – 65% – MERIT (qənaətbəxş)

65% and above – DISTINCTION (fərqlənmə)

Davamiyyət

Studynet Group Azerbaycan Beynəlxalq Hazırlıq Proqramında istər mühazirələr, seminarlar, istərsə də tyutoriyallarda iştirak etmək məcburidir. 80%-dən aşağı davamiyyəti olan tələbələr semesterin axırında kursdan xaric olunacaqlar.

Tələbələrimizin davamiyyəti müntəzəm olaraq yoxlanılır və məruzə edilir.

İngilis dili Kursları

Studynet Group Azerbaycan Beynəlxalq Hazırlıq Proqramı iki semester ərzində ( 9 ay) ümumilikdə 12 kredit təşkil edən 12 fəndən (moduldan) ibarətdir

Tələbənin seçdiyi proqramdan asılı olaraq bir çox modulların qarışıq tətbiqi həyata keçirilir. (Anlamadım nə demək istəyib burda ikinci cümlədə)

İxtisas fənləri (60 kredit) – seçilmiş proqrama xüsusi olaraq tədris olunan fənləri əhatə edir.

Əsas fənnlər (60 kredit) – İngilis dili və təhsil bacarıqlarına aid 3 fənndən ibarətdir. Bu fənnlər bütün tələbər üçün məcburi olaraq tədris olunur.

Modullar:

-English language and Study Skills (20 kredit)

-English for Academic Purposes (10 kredit)

-Integrated Study Skills (10 kredit)

-Social and Cultural Environment (20 kredit)

Kurs tələbələri akademik yönümlü inkişaf etdirmək üçün nəzərdə tutulan müxtəlif yazılı və şifahi formatlardan ibarətdir və İngilis dilində tədris olunan fənlərdə yüksək nəticə əldə etmək istəyən tələbələr üçün ideal hazırlıq hesab olunur. Kurs müddətində tələbələrin bakalavr təhsillərində uğur qazanmaqları üçün zəruri olan İngilis dili qrammatikasını və söz bazasını  və tələbələrin səlis danışmasını təmin etmək üçün onların oxumaq, yazmaq, qulaq asmaq və danısmaq bacarıqlarını inkişaf etdirməyə yönəldilmişdir.

Beynəlxalq Hazırlq Proqramı həmçinin tələbələri ali məktəb üçün vacib olan informatika biliklərinin  və internetdən təhsil üçün, eləcədə tyutor və digər tələbələrlə əlaqə saxlamaq üçün vacib olan bacarıqların inkişaf etdirilməsini təmin edir. Müəllimlərimiz tələbələrə əsas proqram təminatları və University Computing Advisory Service-dən necə kömək əldə edə biləcəkləri barədə məlumatlandıracaqlar.

Beynəlxalq Hazırlıq Proqramı (Foundation)

Biznes, Mühəndislik və Hüquq

Studynet group  Biznesdə Beynəlxalq Foundation Programını biznes yönümlü sahələrdə bakalavr təhsili əldə etmək üçün nəzərdə tutmuşdur.

Proqramda keçirələcək əsas fənnlər:

-Business Studies (20 kredit)

-Quantitative Methods for Business (20 kredit)

-Introduction to Management (10 kredit)

-Introduction to Economics (10 kredit)
Business Studies:

Bu sahə biznes yönümlü elmlərin inkişafını qarşıya məqsəd kimi qoymuşdur. Biznes  elmləri sayəsində  tələbələr biznes mövzularını və biznes elmlərinin fundamental əsaslarını anlayırlar..

Biznes yönümlü ixtisaslara İnsan Resurslari Menecmenti, , Biznesin planlaşdırlması,Marketing , Təşkilati Davranış və biznes ünsiyyət vərdişləri kimi proqramlar daxildir.

Biznesin planlaşlaşdırılması tələbələri keçdikləri fənnlər sayəsində bütün tədris fənnlərinə müraciət imkanı qazanırlar. Onlar həmçinin Studynet Group Mərkəzində professorlar, mühazirəçilər və tələbələr qarşısında prezentasiya edirlər.

Ətraflı oxu
Biznes üçün rəqəmsal( kəmiyyət) metodlar.

Bu kursu tamamlayaraq tələbə müvafiq riyazi və statistik metodlarda rəqabət aparmaq bacarığına yiyələnir. Tələbələr müvafiq hesablamalar və manipulyasiyalar aparmağı və əsas prinsiplərini öyrənir.

Menecmentə Giriş

Bu kurs iş təşkilatlarında insanların fəaliyyətlərini anlamağı qarşısına məqsəd qoymuşdur. Buna şəxslərin təşkilatlarda, qruplarda individual və qrup daxilində davranışları daxil olub, qrupların, təşkilatların cəmiyyətə daha geniş təsirini öyrənir.

İqtisadiyyata giriş

Bu sahə makro və mikro iqtisadiyyatı birlikdə öyrənir. Tələb , Təklif, Qiymət nəzəriyyəsi, İstehlakçı nəzəriyyəsi, pul siyasəti, işsizlik və başqa ahələr arasında olan əlaqələri  araşdıraraq öyrənir

Mühəndislik

Beynəlxalq Foundation proqramı

Proqram aşağıdakı komponentləri özündə birləşdirir.

-Trigonometry and Calculus 1 Triqonometriya və Hesab (10 kredit)

-Engineering Analysis (Mühəndisliyin Təhlili)(20 kredit)

-Algebra and Engineering Functions(Cəbr və Mühəndisliyin funskiyaları ) (10 kredit)

-Engineering Materials(Mühəndislik) (10 kredit)

-Hesab (10 kredit)
Trigonometriya və Hesab

Trigonometriya  və Hesab daha çətin trigonometriya və diferensial Hesaba girişdir.

Engineering Analysis( Mühəndisliyin Təhlili)

Mühəndisliyin Təhlili tələbələrin qrafik texnikaları və statistik analizləri anlamağına kömək edərək bu mövzu ilə əlaqəli  sahələri tələbədə işkişaf etdirir.

Ətraflı


Cəbr Mühəndisliyin funskiyaları

Kursun bu hissəsi sizə mühəndislik riyaziyyatı barədə əsas metod və ideyanı verir.  Keçirələcək dərslərə cəbr və mühəndislik faktorları, kordinat sistemləri və vektorlar daxildir.

Mühəndislik

Bu bölmə mühəndislik sahəsində olan əsas mexaniki, termal və maqnetik materiallardan bəhs edir. Kursa elektrik enerjisi, onun paylanması, yerli maşınqayırma və istehlak elektronikası haqqında tədqiqatlar daxildir.

Hesab

Bu modul tələbələrə Maxima funksiyasının öyrənilməsi və müəyyən edilən sahələrin praktikal problemləri və inteqrasiyasının diferensiasiyasını verir.

Hüquq

Beynəlxalq Foundation proqramı

Proqrama aşağıdakı fənnlər daxildir.

İngiltərə Hüquq Sisteminə giriş(10 kredit)

İnsan hüquqları (10 kredit)

Hüquqi tədqiqat bacarıqları (10 kredit)

Hüquq və cəmiyyət (10 kredit)

Səlis İngilis dili və Oxu vərdişləri(10 kredit)

Sosiologiya (10 kredit)
İngiltərə hüquq sisteminə giriş

Kurs tələbələrə əsas leqal prinsiplərdən bəhs edir. Buraya hüquq resursları və leqal fəaliyyətlə məşğul institutlar, məhkəmə tərəfindən yaradılan metodlar və cinayət məhkəməsində hakimlərin rolu daxildir.

İnsan hüquqları

Tələbələr hüquq məhkəmələrindəki real məsələlərlə müzakirələr edərək xüsusi hazırlanmış suallar və misallarla  sivil azadlıqların müdafiəsi mövzusunda imtahan olunurlar.

Hüquq tədqiqat bacarıqları

Bu modul tələbələrə hüquq elmi üçün çox vacib olan  hüquqi tədqiqat bacarıqlarını öyrədir.

Ətraflı
Hüquq və Cəmiyyət

Tədqiqat yönümlü mövzularla işləyərək tələbələrin tədqiqat və şifahi təqdimat vərdişlərini inkişaf etdirir

Səlis İngilis dili və Oxu vərdişləri

İngilis dili və hüquq elminə uyğun dil bacarıqlarından istifadə edib problemləri həll edərək, fikirlər arasında balans yaradaraq, arqumentləri ümumiləşdirərək  insanların inamını qazanmağı öyrədir.

Sosiologiya

Bu modul  sosial institutlar vasitəsilə müasir beynəlxalq cəmiyyətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyur.