Studynet Group- Birləşmiş Krallıq-Southampton Universitetindən Yeniliklər

Elektron Mühəndislik sahəsində bu günə kimi əldə edilmiş nailiyyətlər bizim gündəlik həyatımızı tamam dəyişmişdir. Öz bilik və bacarıqlarınızı bir yerə gətirərək gələcəyiniz üçün addımlar atın.

Russel Group üzvü yüksək reytinqli Southampton Universitetində 2017-ci il Sentyabr qəbulu Master dərəcəsi üzrə yeni proqram – MSc Electronic Engineering yaradılmışdır. Qeyd edilən magistr dərəcəsini bitirdikdən sonra mikroelektronika sistemlərinin dizaynı, nanoelektronika, nanotexnologiya, fotonik texnologiya və əlaqəli sahələrdə dərin biliklər və təcrübə qazanacaqsınız.

Niyə bu proqramı seçməliyəm sualınıza isə bir neçə əsaslı cavabımız var. Beləliklə:

-Son 30 ildə Southampton Universiteti Elektronika Mühəndisliyi və Mikro-elektronika sahəsində bir neçə mühüm addımlar atmışdır
– Elektronika Mühəndisliyi ( Electrical and Electronic Engineering) tədqiqatlarının həcminə və keyfiyyətinə görə İngiltərədə aparıcıdır
– Elektronika Mühəndisliyi tədqiqatlarının 97%-i beynəlxalq dərəcədə qiymətləndirilmişdi
-Guardian University Guide 2017-ci il reytinqlərinə görə Southampton Universitinin Elekronika və Elektrik Mühəndisliyi üzrə Birləşmiş Krallıqda 1-ci yerdədir
– 2016-cı ildə Southampton Universiteti Elektronika Mühəndisliyi üzrə dünyanın 100 universiteti içərisində 51-ci yerdə sıralanmışdı

Elektronika və Elektronika Mühəndisliyi ixtisası üzrə siz aşağıdakı proqramlarda magistr təhsili ala bilərsiniz:

MSc Biodevices (1 year full-time)
MSc MicroElectroMechanical Systems (MEMS) (1 year full-time)
MSc Microelectronics Systems Design (1 year full-time)
MSc Nanoelectronics and Nanotechnology (1 year full-time)
MSc Systems, Control and Signal Processing (1 year full-time)
MSc System on Chip (1 year full-time)
MSc Wireless Communications (1 year full-time)
European Masters in Embedded Computing Systems (EMECS) (2 years )
MSc Energy and Sustainability with Electrical Power Engineering (1 year full-time)
MSc Embedded Systems (1 year full-time)

Tələb olunan sənədlər:

-İELTS sertifikatı 6.5
-Diplom.transkript

Share
SHAKUFA ALIZADA
[email protected]