Tələbələr üçün xidmətlərimiz

Qəbul qaydaları

Qəbul prosesini tamamlamaq üçün qaydalar

-Fakültələr ə müraciət üçün son tarix

-Universitet və Kolleclərə müraciət üçün son tarix

-Beynəlxalq İngilis dili imtahanlar sistemi və tələbləri(TOEFL, GRE, GMAT, IELTS etc.)

-Təhsil haqqı və ödəniş formaları

-Tələb olunan sənədlər

-Müraciət ərizələrinin göndəriləcəyi yerlər

-Qəbul  statusunu öyrənmə yolları

-Seçdiyiniz universitetlə qəbulu təstiqləmək üçün növbəti addımlar

Studynet Group  un peşəkarlığı və bir çox universitetlərlə olan müntəzəm qarşılıqlı əməkdaşlığı yuxarıda qeyd olunan bütün aspektləri fəaliyyətimiz sırasında nəzərdə saxlayaraq sizə üstün xidmət təklif etməyə imkan verir. Bununla yanaşı, Studynet Group  bütün sənədləşdirmə işlərini yerinə yetirir.

Necə kömək edə bilərik

Hər bir universitetin motivasiya məktubu yazarkən irəli sürdüyü tələblər i var.

Motivasiya məktubunun  sizin ərizələrinizin qəbul olunub olunmamasında  həll edici önəmi vardır. Motivasiya məktubu yaxşı olduğu halda universitet bir çox çatışmayan tərəflərə əhəmiyyət verməyərək  ərizəniz barədə müsbət rəy verəcəkdir. Bununla yanaşı, motivasiya məktubunuz qaneedici olmadığı halda digər aspektlərin yaxşı olması ərizənizin uğursuz olacağı anlamına gəlir.Motivasiya məktubu ümumilikdə sizin gələcək planlarınız, nə üçün bu ixtisası oxumaq istədiyinizi və əvvəlki təhsilinizlə bağlı sualları cavablandırır.

Motivasiya məktubu sizin özünüz haqqında fikirləriniz və ingilis dili biliyinizi nümayiş etdirməlidir.
Studynet sizin motivasiya məktublarınıza nəzər salaraq onları dəyərləndirir,lazımlı dəyişikliklər etməyi tövsiyə edir və onu universitetlərə təqdim etmək üçün daha yaxşı formaya gətirir. Studynet in bu xidməti sizin üçün ödənişsizdir.

Tövsiyə məktubu-Göstərişlər

-Bu esse sizin universitetə müraciət ərizənizin əsas hissəsidir və universitetə qəbul olmağınıza kömək edir. Buraya daxildir:

-Nə üçün seçdiyiniz ixtisasda oxumaq istəyirsiniz

-Bundan öncəki təhsilinizin seçdiyiniz ixtisasa uyğun  və ya olub olmaması

-İş təcrübəsi

-Nə üçün bu universitet

-Sizin məqsədləriniz, ambisiyalarınız və gözləntiləriniz

-Şəxsi maraq dairələriniz

-Ərizənizə kömək edəcək sizin haqqınızda əlavə məlumatlar

-Motivasiya məktubu təxminən 350 sözdən ibarət olmalıdır. Fikrinizi daha səlis çatdıraraq hərf və qrammatik səhvlərdə diqqətli olmalısınız.

-Yuxarıda qısaca təsvir edilmiş  yollarla motivasiya məktubunu yaza bilərsiniz. Məqsədimiz motivasiya məktublarının yazılmasında yalnız sizə istiqamət  verməkdir.

Qısa məlumat

Birinci abzas sizin adınız, şəxsi  deviziniz, özünüz  və nəhayət şəxsi maraqlarınız ( idman və s)  haqqında  olmalıdır. Siz bu imkandan yararlanaraq ilham qaynağınızın və ən böyük dəstəkçinizin ailəniz olmasından da bəhs edə bilərsiniz.Həyat yoldaşınızı və ya uşaqlarınızı özünüzlə aparır və ya əksinə təhsiliniz üçün onları bir müddətlik tərk etməli olduğunuzu da izah etməlisiniz.

Əvvəlki təhsil

  • Xronoloji ardıcıllıqla bütün akademik nailiyyətlərinizi tarixlərinə uyğun qeyd edin.
  • Universitet və ya Kollecdə təhsilin növü
  • Təhsil aldığınız müddətdə ixtisasınıza uyğun keçdiyiniz təcrübə və treninq proqramları daxil, akademik nailiyyətlərinizi və qazandığınız təqaüd proqramları və ya təltifləriniz.
  • Təhsilinizdə etdiyiniz dəyişikliklər onu hansı səbəbdən tamamlamadığınız və ya hər hansı bu kimi hallar baş veribsə
  • Seçdiyiniz ixtisası nə üçün ölkənizdə deyil, ondan kənarda oxumaq istəyinizin səbəbi. Əvvəlki akademik təhsilinizlə davam etdirəcəyiniz ixtisas arasında mühüm əlaqə yaratmağa çalışın

İş təcrübəsi

  • Təhsil alacağınız ixtisasla keçdiyiniz iş təcrübəsi arasında müvafiq uyğunluq olmalıdır. İşlədiyiniz sahədə hər hansı uğursuzluqlar baş vermişdirsə, bunu motivasiya məktubunda izah etməlisiniz. Əgər ailə biznesində işləyirsinizsə onla imkanlarınızı və ailə biznesində maraqlarınızı qeyd edin.
  • Kursu oxumaq məqsədinizi və nə üçün bu kursu oxumaq istədiyinizin səbəbini izah etməlisiniz. Nə üçün bu universitet və bu ölkəni seçdiyinizin səbəblərini açıqlayın.
  • Karyera məqsədləri- Seçdiyiniz kursu bitirdikdən sonra sizin karyeranıza hansı yöndə təsir edəcəyini açıqlayın. Bu hissə motivasiya məktubunuzda vacib hissə olub , haqqında geniş bəhs edilməlidir. Karyera haqqında arzularınızı və Birləşmiş Krallıqda təhsil almağınız karyeranızda hansı dəyişikliklərə səbəb olacağını yazın
  • Ölkənizə qayıtdığınızdan sonrakı planlarınız, ailə biznesinə qoşulmaq və ya öz şəxsi biznesinizi qurmaq barəsində danışın . Məqsədləriniz real olmalı və nəticələrinizə əsaslanmalıdır.
  • Sonda oxuyacağınız proqram haqqında hardan və necə eşitdiyinizi və bu kursu seçməyinizin xüsusi səbəblərini açıqlayaraq daxil olacağınız universitetdən nə üçün sizi seçmələrini izah edin.

Universitet seçimi

Bizim daim yenilənən bütün universitetlər və proqramları əhatə edən məlumat bazamız var. Komandamız universitet və kolleclərə dair məlumatlarla daim axtarışda olub sizin üçün ən yaxşı olanı seçməyə çalışır.

Öz sahələrində mütəxəssisləşmiş ekspertlərlə siz ən doğru universiteti  və proqramı seçməkdə heç vaxt yanılmayacaqsınız.

 Karyera imkanları

Studynet Group akademik təhsil öhdəliklərinə uyğun olaraq vahid pəncərə sistemində bütün universitetlər üçün ərizələrlə müraciət edir.

Sizin üçün müraciət etdiyimiz təhsil müəssisələri akreditə olunmuş və  böyük reputasiyaya sahib tanınmış universitetlərdir.  Studynetə müraciət edən tələbələr yüksək səviyyəli və professional xidmətərlə təmin olunurlar.

Xaricdə təhsilin əsas səbəbi karyera məqsədlərinə çatmaq istəyidir . Karyera düzgün planlaşdırılmasa  təhsilə verilən dəyər bir əhəmiyyət kəsb etmir. Studynet  Group da tələbələrə təkcə təhsil yox həmçinin  daha yaxşı karyera  qurmaq üçün yol göstərilir.

Ətraflı oxu

Ekspertlərimizin təcrübələrinə dayanaraq tələbələrə müxtəlif seçimlər edib onların məqsədlərinə doğru addımlamaq yolunda bələdçilik edirik. Bu tələbələrin təhsilə verdikləri dəyəri artıraraq daha uğurlu və daha dayanıqlı karyera qurmasına kömək edir. Dünyanın müxtəlif yerlərindən olan agentlərimiz  təhsil sahəsində ən son yeniliklərlə  daim bizi məlumatlandırır.

KURS VƏ FAKULTƏ SEÇİMİ

Yüzlərlə kurs ,ixtisas olduğuna görə tələbələr düzgün seçim etməkdə çətinlik çəkirlər. Studynet sizə ən doğru kursu seçməkdə kömək edəcək.

Dünyanın hər yerindən  universitet proqramları və dərəcələri barədə olan yeniliklərdən xəbərdarıq. Bura Universitet sertifikatları, Bakalavr və Magistratura diplomları, Beynəlxalq Foundation proqramı və s daxildir. Təhsil sahəsində olan məsləhətçilərimiz sizə akademik təhsiliniz və gələcək planlarınızı nəzərə alaraq ən yaxşı seçimi etməkdə köməklik edəcəklər.

Studynetlə  hər zaman doğru yolda olduğunuza əmin olun!

When there are thousands of courses, with multiple specializations and unlimited options, it is difficult for a student to make the right choice. Studynet expertise will make all the difference for you in this aspect.

We have detailed and up to-date information on all the courses at all levels (Certificate, Diploma, Bachelors, Masters, Foundation, Pre Master and etc.) in all the countries. Our counsellors will extensively review this information, make a careful selection and suggest you the right course, based on your preference, academic background and future plans.

At Studynet, you are always on the right course!

VİZA DƏSTƏYİ

Viza müraciət ərizəsi çox vaxt apardığına və çoxlu sənədlər tələb etdiyinə görə prosesin ən çətin və ən mühüm mərhələsidir.

Sizi vizaları daha asan və müvəffəqiyyətlə əldə edəcəyinizə əmin edirik.

Sizi viza rejimində ən son yeniliklərlə  məlumatlandıraraq :

-Viza intervyu prosesi üçün tələb edilən sənədləri toplamaq

-Bank sənədlərini hazırlamaqda bələdçilik

-Viza müraciət ərizəsi proseduru

-Viza müsahibəsinə hazırlıq

-Sizdən soruşulacaq mümkün suallar

-Və uğurla viza əldə edə bilməyin yolları

Kimi köməkliklər edirik.

AKADEMİK DƏSTƏK

Missiyamız xaricdə təhsilinizə nail olmaq istəyinizi həyata keçirməkdir.
İlk mərhələ: Təhsilinizi planlaşdırın
Maraq dairənizdə olan təhsil müəssəsini seçin:

-Universitetlər

-Kolleclər

-Ixtisasartırma və treninq kursları

-Dil kursları

Təhsil müəssisələrini seçərkən kursun müddəti, daxil olarkən irəli sürülən tələblər və digər sizi maraqlandıran suallar haqqında məlumat tapacaqsınız.

Ətraflı
Hansı təhsil dərəcəsini seçəcəyinizə qəra verin.
Universitetlərdə bakalavr , magistr ,PHD kimi müxtəlif dərəcələr təklif olunur. Bu kurslar tələbələrə yüksək təhsil verməklə yanaşı onlarda şəxsi bacarıqları və özlərinə inamı artırır.

Avropa universitetləri  fənnlərin çoxunu ingilis dilində tədris edir.

İkinci mərhələ: Kurs seçimi
Kollec və universitet seçimləri olduqca genişdir.

Maraqlandığınız kursun hansı universitet tərəfindən təklif ediliyini  və hansı dildə tədris ediləcəyinizi bilməniz lazımdır. Tələbə müvafiq kursa qəbul olmaq üçün minimum tələblərə cavab verməlidir. Universitetə qəbul formaları bir-birindən fərqlidir. Bir çox universitetlər ingilis dili biliyinizi sübut edən sənədi tələb edir. Lakin, bu həm də sizin nəzərdə tutduğunuz ixtisasdan da asılıdır.

Üçüncü addım: Universitetə müraciət
Oxumaq istədiyiniz universiteti seçdikdən sonra edəcəyiniz növbəti mərhələ  universitetə qəbul ərziə formasını doldurmaq və lazımlı sənədləri ərizə forması ilə bərabər göndərməkdir. Ərizə formasını doldurduqdan sonra  tələb edilən sənədləri həmin ərizə formasına əlavə edib , öz ərizənizi təstiqləməlisiniz. Təyin olunmuş agentlik sizin sənədlərinizi seçdiyiniz universitetə  göndərir və ərizəniz uöurlu olduğu halda universitet sizə qəbul məktubu göndərir.

Dördüncü mərhələ:  Viza üçün müraciət
Tələbələrin oxuduğu müddət ərzində etibarlı tələbə vizası  olmalıdır( xahiş edirik,yerli səfirliklə  oxuyacağınız ölkədə vizaya ehtiyacınız olub olmadığını dəqiqləşdirin). İlk olaraq, viza müraciət ərizəsini doldurmalı və onun viza üçün lazım olacaq sənədlər qovluğu yaradılmalıdır. Bu sənədlər qovluğuna sizin universitetdən aldığınız rəsmi qəbul kağızı, İELTS sertifikatınız,  Bank hesabınızdan çıxarış sənədlərini( təhsil alacağınız ölkəyə görə dəyişir)

Sənədlər hazır olan kimi səfirliyə göndərilir. Viza ərizəniz uğurludursa , siz viza əldə edəcəksiniz və bu vizada göstərildiyi tarix arasında müvafiq ölkəyə və geriyə qayıtmağa icazə veriləcək.

YERLƏŞMƏ DƏSTƏYİ

Məsləhətçilərimiz sizin büdcə və ehtiyaclarınızı nəzərə alıb sizə ən uyğun qalınacaq yer barəsində tövsiyələr verəcək.

SƏYAHƏTLƏRİN TƏŞKİLİ

Tələbələrə gedəcəkləri ölkələr və sərhəd qaydalarını izah etmək
Uyğun qiymətlərə biletlərin rezervasiyası
Hava limanından  tələbənin yaşadığı ünvana aparır  və ya həftəsonları ya da bayram günlərinə təsadüf edərsə universitetə yaxın ərazidə bir neçə gecəlik otel rezervasiya edirik.

TRANSFER XİDMƏTLƏRİ

Transfer xidmətlərinə təyyarə bilet rezervasiyaları, sizi hava limanından qarşılamaq ,universitetin ilk günlərində  sizə bələdçilik etmək kimi xidmətlər daxildir. your family member or friend would like to travel with you their travel arrangements can also be assisted through our agent in your country.

Ailə üzvünüz və ya dostunuz sizinlə getmək istədiyi halda  onların səyahətinin təşkili də həmin ölkədəki  agentlərimizin köməyi ilə edilir.