Xaricdə Təhsil, Yeni Üfüqlərə Aparan İlk Addım!

Xaricdə Təhsil, Yeni Üfüqlərə Aparan İlk Addım!

Dünya səviyyəli universitetlər, real təcrübə və beynəlxalq perspektiv, sizin üçün ən uyğun yolu birlikdə müəyyən edirik!

Gələcəyinizə İnvestisiya Edin, Xaricdə Təhsil İmkanları Sizi Gözləyir!

Gələcəyinizə İnvestisiya Edin, Xaricdə Təhsil İmkanları Sizi Gözləyir!

StudyNet olaraq bu günə qədər 8300+ tələbənin xaricdə təhsil alaraq arzuladığı həyatı qurmaqda dəstək olmuşuq. Bu rəqəmlər isə illərdir qurduğumuz güvən və uğurun göstəricisidir.

Doğru Yönləndirmə və Etibarlı Bələdçi Seçin!

Doğru Yönləndirmə və Etibarlı Bələdçi Seçin!

15+ illik təcrübəmizə əsaslanaraq sizə universitet seçimi, sənəd hazırlığı və qəbul prosesi boyunca peşəkar komandamızla birgə, hər mərhələdə dəstək göstəririk.

next-button

Ölkə

Xəbərlər

Daha çox
Oxford Brookes Universiteti 2026-cı ilin Sentyabr Qəbulu üçün Beynəlxalq Tələbə Təqaüdünün Son Müraciət Tarixini Uzadıb
Oxford Brookes Universiteti 2026-cı ilin Sentyabr Qəbulu üçün Beynəlxalq Tələbə Təqaüdünün Son Müraciət Tarixini Uzadıb

Oxford Brookes Universiteti 2026-cı ilin sentyabr ayında təhsilə başlayacaq beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş £2,000 məbləğində Beynəlxalq Tələbə Təqaüdü proqramının müraciət müddətinin uzadıldığını elan edib. Bu qərar tələbələrə maliyyə dəstəyindən yararlanmaq üçün əlavə vaxt təqdim edir....

University of Hull London Study Centre: Sentyabr 2026 Qəbulu Açıqdır!

University of Hull London Study Centre Azərbaycanlı tələbələr üçün 2026-cı ilin sentyabr qəbulu üzrə proqram məlumatlarını açıqlayıb. Mövcud magistr proqramları aşağıdakılardır: 1. MSc Artificial Intelligence and Data Science 2. MSc Logistics and Supply Chain Management 3. MSc Digital Marketing and...

Peşəkar Sertifikat və Akkreditasiyalar

Beynəlxalq Təhsil üzrə Amerika Şurası (AIRC)
Beynəlxalq Təhsil üzrə Amerika Şurası (AIRC)

AIRC (American International Recruitment Council), beynəlxalq tələbə qəbulunu etik, şəffaf və peşəkar standartlarla təşviq edən ABŞ-ın nüfuzlu qeyri-kommersiya təşkilatıdır. 2008-ci ildən fəaliyyət göstərən AIRC, beynəlxalq tələbə qəbul agentlikləri üçün təlimlər, sertifikatlaşdırma və resurslar təqdim edir və 400-dən çox üzv təşkilatla fəaliyyət göstərir. Məqsəd, tələbələrin və universitetlərin etibarlı, keyfiyyətli və etik bir mühitdə əlaqə qurmasını təmin etməkdir.


StudyNet, beynəlxalq tələbə qəbulunda peşəkarlığı və keyfiyyəti ön planda tutan bir şirkət olaraq, AIRC akkreditasiyasına malikdir:


  1. Bütün proseslərimiz şəffaf və tələbə mərkəzli şəkildə aparılır.
  2. Akkreditasiya şirkətimizin dünya üzrə universitetlər və təhsil təşkilatları tərəfindən tanınmasını dəstəkləyir.
  3. Xidmətlərimiz tələbələrin ehtiyaclarına uyğun olaraq yüksək standartlarla həyata keçirilir.
  4. Komandamız AIRC tərəfindən təqdim olunan təlimlər vasitəsilə daim təkmilləşir və ən son standartları tətbiq edir.


Bu akkreditasiya ilə StudyNet, xaricdə təhsil yolunda tələbələr üçün etibarlı bir tərəfdaş olduğunu göstərir və onlara yüksək keyfiyyətli xidmət və konsultasiya təqdim edir.



Rəsmi vebsayt: https://www.airc-education.org/

Beynəlxalq Təhsil üzrə Amerika Şurası (AIRC)

Tələbə bloqu

Daha çox
Akademik Məqsədlərin Müəyyənləşdirilməsi
Tələbə həyatı
Akademik Məqsədlərin Müəyyənləşdirilməsi

Akademik məqsədlər tələbələrin təhsil yolu boyunca fokuslanmış, motivasiyalı və təşkilatlanmış qalmasına kömək edən vacib amillərdən biridir. İstər məktəb imtahanlarına hazırlaşan, istər universitetə qəbul olmağı planlaşdıran, istərsə də uzunmüddətli karyera hədəflərinə doğru çalışan tələbələr üçün...

Çevik Təhsilin Yüksəlişi: Onlayn, Hibrid və Kampus Təhsil Modelləri
Tələbə həyatı
Çevik Təhsilin Yüksəlişi: Onlayn, Hibrid və Kampus Təhsil Modelləri

Çevik təhsil müasir ali təhsilin ən vacib istiqamətlərindən birinə çevrilib. Universitetlər tələbələrin dəyişən ehtiyaclarına uyğunlaşdıqca, onlayn, hibrid və kampus əsaslı təhsil imkanları daha geniş yayılmağa başlayıb. Bu təhsil modellərini anlamaq tələbələrə öz məqsəd və həyat tərzlərinə uyğun se...

Universitet Tələbələri üçün Tədqiqat İmkanları Niyə Vacibdir?
Tələbə həyatı
Universitet Tələbələri üçün Tədqiqat İmkanları Niyə Vacibdir?

Universitet təhsili yalnız mühazirələrdə iştirak etmək və imtahanlardan uğurla keçməkdən ibarət deyil. Tələbələrin təhsil müddətində əldə edə biləcəyi ən dəyərli təcrübələrdən biri də tədqiqat fəaliyyətlərində iştirak etməkdir. Tədqiqat tələbələrə seçdikləri sahəni daha dərindən öyrənmək, akademik b...

Elektron jurnal
Elektron jurnal

Xaricdə təhsil sahəsində baş verən yenilikləri, xəbərləri, vebinar və təhsil proqramları, eləcə də təhsil təqaüdləri haqqında ətraflı məlumatı aylıq elektron jurnalımızdan əldə edə bilərsiniz!

FAQ

SNG hansı ölkələrdə təhsil almağa kömək edir?

StudyNet Group olaraq ABŞ, Böyük Britaniya, Kanada, BƏƏ, Avstraliya, Almaniya, Niderland, İtaliya, Polşa, Litva və digər Avropa ölkələrində yerləşən məktəb, universitet, kollec və təhsil institutları ilə əməkdaşlıq edirik. Foundation, bakalavr, doktorantura və digər akademik pillələr üzrə təhsil imkanları üzrə dəstək göstəririk.

SNG vasitəsilə universitetə qəbul üçün hansı sənədlər tələb olunur?

Xaricdə təhsil üçün tələb olunan sənədlər universitetə, ölkəyə və proqram növünə görə dəyişə bilər, əsasən tələb olunan sənədlər isə bunlardır: şəxsiyyət vəsiqəsi və ya pasport, pasport ölçülü şəkil, tərcümə olunmuş və təsdiqlənmiş attestat və ya diplom, akademik transkript, ingilis dili sertifikatı (IELTS, TOEFL və s.), motivasiya məktubu və CV (bəzi universitetlər üçün), tövsiyə məktubu, sağlamlıq arayışı, maliyyə təminatını göstərən sənədlər.

SNG təqaüd və maliyyə dəstəyi ilə bağlı fəaliyyət göstərirmi?

Konsultantlarımız universitet daxili güzəşt və imkanları tələbələrin göstəricilərinə və uğurlarına uyğun olaraq uzlaşdıraraq universitet tərəfindən müəyyən edilmiş təqaüdlərlə bağlı dəstək göstərir. Həmçinin "Dövlət Proqramı" çərçivəsində tələbələrin xaricdə təhsilini təmin edirik.

Qəbul prosesi nə qədər vaxt aparır?

Universitet və proqramdan asılı olaraq qəbul prosesi 2 həftədən 3 aya qədər davam edə bilər. Viza prosesi isə əlavə 1-4 həftə çəkə bilər. Ən yaxşı nəticə üçün erkən müraciət tövsiyə olunur.

Qəbul aldıqdan sonra SNG xaricdə yaşayış məsələlərində dəstək verirmi?

Təhsil məsləhətçilərimiz tələbələrin və ailələrin tələblərinə, istək və büdcələrinə uyğun ev, yataqxana kimi alternativləri təqdim edir, eyni zamanda müqavilələrlə bağlı dəstək göstərir. Müxtəlif seçimlərin olması imkanı isə xaricdə yaşamı tələbələr üçün daha təhlükəsiz və asan edir.

Viza dəstəyi göstərilirmi?

Viza ekspertlərimiz tərəfindən sənəd toplanmasından görüş təyin olunmasına qədər viza ilə bağlı bütün mərhələlərdə komandamız sizə dəstək göstərir.

SNG şirkətinin xidmət haqqı nə qədərdir?

SNG bəzi universitetlərlə birbaşa tərəfdaş olduğu üçün müraciətçilərin istəyinə və aldığı xidmətlərə görə qiymətlər fərqlənir. Hər bir xidmət üzrə (viza dəstəyi, sənəd tərcüməsi, fərdi konsultasiya və s.) üçün müəyyən xidmət haqqı tətbiq olunur. Bu qiymətlər müraciət edilən ölkə və xidmət növündən asılı olaraq dəyişir.

İngilis dili biliyim zəifdirsə, SNG mənə necə kömək edə bilər?

SNG həm Azərbaycanda, həm də xaricdə dil kursları təklif edir. IELTS, TOEFL və SAT imtahanlarına hazırlıq, şirkətimiz daxilində Foundation proqramlarımız da mövcuddur. Bəzi universitetlər isə "foundation" və ya "pre-sessional" proqramlar vasitəsilə tələbələrə əlavə dil dəstəyi verir. Biz isə bu proqramlara qəbul prosesində dəstək göstəririk.

icon-credit-card-online