Studynet Group – Xaricdə Təhsil üzrə Etibarlı Bələdçiniz!
Biz, StudyNet Group komandası olaraq, Azərbaycanda tələbələrin akademik və peşəkar məqsədlərinə çatması üçün çalışırıq. 15+ illik fəaliyyətimiz nəticəsində minlərlə gəncə ABŞ, Böyük Britaniya, Kanada, Dubay, Avstraliya və Avropanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazandırmışıq. Tələbərimizin uğurla və inamla təhsil yolunda irəliləməsi üçün onlara hərtərəfli istiqamət və dəstək göstərməyi hədəfləyir, bunun üçün daim inkişaf edərək fəaliyyətimizi genişləndiririk.

Haqqımızda
Bakıda yerləşən StudyNet Group, tələbələrə akademik və peşəkar məqsədlərinə çatmaqda dəstək verən aparıcı təhsil və məsləhət xidmətləri xaricdə təhsil şirkətidir. Biz tələbələrə universitet seçimi, sənəd hazırlığı və viza dəstəyi ilə yanaşı, həm də karyera inkişafı, universitetdaxili güzəştlər və beynəlxalq təhsil imkanları üzrə hərtərəfli dəstək göstəririk. StudyNet Group komandası olaraq, Azərbaycanda tələbələrin akademik və peşəkar məqsədlərinə çatması üçün çalışırıq. 10+ illik fəaliyyətimiz nəticəsində 8300-dən çox gəncə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Avropanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazandırmışıq. Tələbərimizin uğurla və inamla təhsil yolunda irəliləməsi üçün onlara hərtərəfli istiqamət və dəstək göstərməyi hədəfləyir, bunun üçün daim inkişaf edərək fəaliyyətimizi genişləndiririk.
Missiyamız
StudyNet Group-dakı missiyamız tələbələrə fərdi təhsil və karyera dəstəyi verərək onların ən yüksək potensiallarını reallaşdırmaqdır. Məqsədimiz hər bir tələbənin həm akademik, həm də peşəkar bacarıqlarını tam şəkildə inkişaf etdirə biləcəyi dəstəkçi və motivasiyaedici mühit yaratmaqdır. Biz tələbələrin məktəbdən universitetə və universitetdən karyeraya keçidini mümkün qədər rahat, səmərəli və uğurlu etmək üçün çalışırıq.
Dəyərlərimiz
Fəaliyyətimizdə keyfiyyət, empatiya, dürüstlük və innovasiya əsas dəyərlərimizdir. Biz tələbələrə dürüstlük və diqqətlə təqdim olunan yüksək keyfiyyətli xidmətlər göstərərək onların akademik və peşəkar inkişafını dəstəkləyirik. Hər bir xidmətimizdə şəffaflıq və tələbə mərkəzli yanaşmanı əsas prinsip olaraq qəbul edirik, çünki inanırıq ki, təhsil insan həyatını dəyişdirməyə qadir ən güclü vasitədir.
Vizyonumuz
Bizim vizyonumuz tələbələr üçün əlçatan, fərdiləşdirilmiş və innovativ təhsil imkanları yaratmaqdır. StudyNet Group olaraq məqsədimiz, şəraitindən və fəaliyyətindən asılı olmayaraq hər bir tələbəyə akademik və peşəkar sahədə uğur qazanmaq üçün dəstək olmaqdır. Biz innovativ təhsil proqramlarının yaradılmasında lider olaraq tələbələrimizin beynəlxalq səviyyədə uğur əldə etməsinə kömək etməyə sadiqik.
Gələcəyə baxış
Biz ən yüksək dəyərlərə, dürüstlüyə və empatiyaya sadiq qalaraq, təhsilin yalnız uğur üçün yox, həm də müsbət dəyişikliklər yaratmaq və yenilikçi düşüncə təşviq etmək üçün bir vasitə kimi qiymətləndiririk. Prioritetimiz hər bir tələbənin potensialını tam şəkildə reallaşdırmaq və həyatında müsbət təsir göstərmək üçün imkanlar təqdim etməkdir. Odur ki, təhsili dəyişdirən, inkişaf etdirən, gələcəyə investisiya kimi görən hər bir kəsin qlobal və dünyagörüşlü cəmiyyət üzvü olaraq formalaşması üçün çalışırıq.
Xidmətlərimiz
- Təhsil Müəssisələrinə Müraciət üzrə Peşəkar Dəstək
- Universitetə Hazırlıq üzrə Karyera Rəhbərliyi
- Standartlaşdırılmış və Beynəlxalq İmtahanlara Hazırlıq
- Akademik Repetitorluq və Təhsil Dəstəyi
- Xaricdə Təhsil üçün Yaşayış Yeri Dəstəyi
- Proqramdaxili Təqaüd Dəstəyi
- Müsahibəyə Hazırlıq Xidmətləri
- Təcrübə Proqramı və Karyera Dəstəyi
Yanaşmamız
Fərdi Karyera Məsləhəti və Təhsil Dəstəyi
StudyNet Group komandası tələbələrə akademik və karyera məqsədlərinə çatmaq üçün fərdi yanaşma ilə dəstək verir. Biz tələbələrin məqsəd, maraq və bacarıqlarını tam şəkildə başa düşmək üçün hər bir tələbə ilə yaxından əməkdaşlıq edirik. Məsləhətçilərimiz fərdiləşdirilmiş planlar hazırlayır, innovativ yanaşmalar tətbiq edir və tələbələrə davamlı resurslar təqdim edir. Bu xidmətlər sayəsində tələbələr həm akademik, həm də peşəkar uğurlarını maksimum səviyyədə reallaşdıra bilirlər. Biz yalnız təhsil prosesini deyil, tələbələrin gələcək karyera yolunu da düşünürük, onların inkişafını hərtərəfli dəstəkləyirik.
Niyə Biz?
Tələbələrin uğuruna sadiqliyimiz bizi təhsil və məsləhət sahəsində lider edir. Təcrübəli heyətimiz və müştəri yönümlü fəlsəfəmiz vasitəsilə hər tələbəyə fərdi diqqət göstərir, onların akademik və karyera məqsədlərinə çatmasına dəstək oluruq. Bizim yanaşmamız müasir və şəffafdır; hər bir tələbə öz potensialını maksimum şəkildə reallaşdırmaq üçün bizə etibar edə bilər. StudyNet Group tələbələrə yalnız təhsil yolunda deyil, həm də universitetdaxili və xarici sahələrdə də uğur qazanmaq üçün lazım olan bilik və dəstəyi təqdim edir.
Komandamız
Komandamız karyera məsləhətləri və təhsil sahəsində geniş biliyə və zəngin təcrübəyə malikdir. Təcrübəli məsləhətçilərimiz və beynəlxalq repetitorlarımız tələbələrin məqsəd və ehtiyaclarını dərindən anlayır, onlara hər mərhələdə fərdi dəstək göstərir. Bizim diqqətli və mehriban dəstək heyətimiz tələbələrin suallarını cavablandırır, problemlərini həll edir və onları uğur yolunda motivasiya edir. Hər bir komanda üzvümüzün əsas hədəfi tələbələrin akademik və peşəkar inkişafına müsbət təsir göstərməkdir.
Tələbə Uğur Hekayələri
StudyNet Group-un fərdiləşdirilmiş konsultasiya və karyera məsləhətləri tələbələrin həyatında əhəmiyyətli dəyişikliklər yaradır. Xidmətlərimizdən faydalanan tələbələrimiz uğurla universitet və karyera məqsədlərinə çatır, onların hekayələri gələcək tələbələr üçün ilham mənbəyinə çevrilir. Müştərilərimizin rəy və təcrübələri göstərir ki, biz yalnız məsləhətçi deyil, həm də tələbələrin akademik və peşəkar yolunda etibarlı tərəfdaşıyıq.
Resurslar və Bloq
Bloqumuz, sosial media kanallarımız və resurs kitabxanamız tələbələr üçün imtahan strategiyaları, karyera inkişafı, kollec və universitet müraciətləri, universitetdaxili imkanlar və digər təhsil mövzularında geniş və faydalı məlumatlar təqdim edir. Məqsədimiz tələbələrə təhsil sisteminin incəliklərini başa düşməkdə, düzgün qərarlar verməkdə və akademik hədəflərinə çatmaqda kömək etməkdir. Ekspert məsləhətləri, praktik strategiyalar, faydalı məlumatlar və real təcrübə nümunələri vasitəsilə tələbələr öz akademik və peşəkar yolunu uğurla planlaya bilirlər.
Komanda üzvlərimiz
Missiyamıza uyğunlaşan insanlar və təşkilatlarla əməkdaşlıq etməkdən qürur duyuruq. Komandamızla tanış olun.
Oruc Quliyev
Baş Təhsil Məsləhətçisi
Beynəlxalq təhsil sahəsində səkkiz ildən artıq təcrübəyə malik olan konsultantımız, Böyük Britaniya, Avropa və Şimali Amerika üzrə yüzlərlə tələbəni universitet qəbul prosesində uğurla istiqamətləndirib. O, bir çox beynəlxalq konfrans və təhsil seminarlarında iştirak edərək qlobal təhsil sistemləri və qəbul standartları üzrə biliklərini daha da dərinləşdirmişdir, Leiden Universitetində keçirilən təlimlər də bura daxildir. Oruc British Council, AIRC (American International Recruitment Council) və ICEF kimi nüfuzlu qurumların peşəkar sertifikat və təlim proqramlarını müvəffəqiyyətlə tamamlayaraq etik tələbə prinsipləri və qlobal ali təhsil tendensiyaları sahəsində biliklərini gücləndirmişdir. Onun akademik tələblər haqqındakı fərdi yanaşması tələbələrə məqsədlərinə uyğun ən yaxşı təhsil istiqamətlərini və universitetləri müəyyənləşdirməyə kömək edir. O, tələbələrə strateji məsləhət, müraciət prosesi boyunca dəstək və mentorluq göstərməyə davam edir, onların təhsil həyatı boyu düzgün və inamlı qərarlar verməsini təmin edir. Əlaqə: [email protected]
Fəridə Əliyeva
Baş Təhsil Məsləhətçisi
Xaricdə təhsil üzrə mütəxəssisimiz ali təhsil səviyyəsində (bakalavriat və magistratura) mürəkkəb qəbul prosesləri və rəhbər səviyyəli (executive) proqramlar sahəsində geniş təcrübəyə malikdir və tələbələrə peşəkar dəstək verir. O, Les Roches Regional Forum (Montreux & Marbella), UK Agent and Counsellor Training (British Council), International Representatives Seminar (Barcelona), Campus & College Visits: SSBM & Webster University (Geneva), Study UK: A Guide for Education Agents (British Council), Kaplan Global Conference, GEDU Paris Event: École de Management Appliqué, Schiller International University & ICN Business School və ICEF Berlin kimi beynəlxalq təhsil tədbirlərdə təmsilçimiz olaraq iştirak etmişdir. Bu beynəlxalq təcrübə ona tələbələrə ən uyğun və yüksək səviyyəli təhsil proqramlarını təqdim etmək, həm ali təhsil, həm də daha yüksək səviyyəli proqramlar üzrə peşəkar məsləhətlər vermək imkanı verir. Əlaqə: [email protected]
Nailə Qədirova
Baş Təhsil Məsləhətçisi
Təhsil məsləhətçimiz Xarici Dillər Universitetini bitirib və təhsil sahəsində 2021-ci ildən bu yana fəaliyyət göstərir. O, AİRC, UK Agent and Counsellor, ASU Partner Training və US Agent Workshop kimi sertifikatlara sahibdir. Tələbələrə xaricdə təhsil üzrə rəhbərlik edərək onları universitetə qəbul prosesini asanlaşdırır. Bu zaman öz mentorluğunu təqdim edir, tələbələri lazımi şəkildə məlumatlandırır. Müraciət sənədlərinin hazırlanmasında, CV və motivasiya məktublarının tərtibində dəstək göstərir. Qəbuldan sonra qeydiyyat, uyğun yaşayış yerlərinin tapılması və sənədlərin leqallaşdırılması işlərini təşkil edir. Universitetlə əlaqə qurur, orientasiya fəaliyyətlərini idarə edir və tələbələrin qarşılaşa biləcəyi çətinlikləri həll etməyə kömək edir. O cümlədən, Junior Təhsil Məsləhətçilərindən ibarət komandanı idarə edərək onları uyğun şəkildə yönləndirir. Əlaqə: [email protected]
Gülsüm Mustafayeva
Tərəfdaşlıq və İnzibati İşlər üzrə Koordinator
Tərəfdaşlıq və İnzibati İşlər üzrə Koordinatorumuz şirkətimizin inkişafını dəstəkləmək üçün yeni təhsil müəssisələri ilə əməkdaşlıqlar qurur və idarə edir. Koordinatorumuz 2021-ci ildən etibarən xaricdə təhsil sahəsində təşkilati, akademik və konsultasiya xidmətləri üzrə peşəkar fəaliyyət göstərib. Hal-hazırda isə o, daxili komandaların səmərəliliyi və effektivliyi artırmaq üçün komandanı istiqamətləndirir, eyni zamanda dəstək göstərir. Həmçinin, Proqram əməliyyatlarını idarə edir, yüksək standartların qorunmasını və işlərin problemsiz icrasını təmin edir. O cümlədən, tapşırıqları sadələşdirmək, vaxtında yerinə yetirilməsini təmin etmək üçün inzibati sistem və prosesləri idarə edərək ümumi proseslərin mükəmməlliyinə töhfə verir. Əlaqə: [email protected]

Elza Hüseynzadə
Viza Eksperti
Viza Ekspertimiz tələbələrə, valideynlərə və xaricə səfər etmək istəyən hər kəsə dəstək olur, viza sahəsində 2022-ci ildən etibarən fəaliyyət göstərir. Öncəki illərdəki təhsil sahəsi üzrə akademik və professional fəaliyyəti isə onun tələbələrin ehtiyaclarına dərhal cavab verməsini təmin edir. Viza Ekspertimiz uyğun viza növünü müəyyən edir, lazım olan sənədlərin hazırlanmasına kömək edir və onların düzgünlüyünü yoxlayır. Müraciət prosesində lazımi dəstəyi verir, müsahibəyə hazırlıq üçün məsləhət və praktik məşqlər təqdim edir, müraciətin statusunu izləyir və müntəzəm məlumatlandırma aparır. Əlaqə: [email protected]
Nəzrin Nəsirova
Təhsil Məsləhətçisi
Təhsilini Malayziyada beynəlxalq Linkokwing University of Creative Technology-də tamamlamış təhsil məsləhətçimiz insan resurslarının idarə olunması, müxtəlif komandaların koordinasiyası və təhsil sahəsində təcrübəyə malikdir. 2023-cü ildən etibarən o, gənclərə xaricdə təhsil üzrə dəstək göstərir, onların suallarını cavablandırır və uyğun təhsil müəssisələri və proqramlar barədə ətraflı məlumat təqdim edir. Bundan əlavə, universitet müraciətləri, qəbul prosesləri, qəbuldan sonra qeydiyyat və yaşayış yeri tapılması, həmçinin sənədlərin apostili kimi addımlarda tələbələrə effektiv dəstək təmin edir. Əlaqə: [email protected]
Amina Heydərova
Təhsil Məsləhətçisi
Təhsil Məsləhətçimiz Litvanın Liepaja Universitetində bakalavr təhsilini almış, daha sonra magistr təhsilini University of Latviyada Təhsil Menecmenti üzrə tamamlamışdır, həmçinin UK Agent and Counsellor sertifikatına sahibdir. Müxtəlif ölkələrin təhsil müəssiələrinə müraciət, sənəd hazırlığı və qəbulla bağlı fəaliyyət göstərir. O cümlədən, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” üçün də tələbələrə dəstək göstərir. Əlaqə: [email protected]
Turac Nəsirli
Təhsil Məsləhətçisi
Təhsil məsləhətçimiz Bakı Mühəndislik Universitetində təhsil alıb, 2021-ci ildən etibarən təhsil sahəsində müxtəlif fəaliyyətlər göstərərək fərqli yaş qrupları ilə işləyib və UK Agent and Councellor Training Sertifikatına malikdir. Təhsil məsləhətçimiz tələbələri universitetə qəbul prosesinin hər mərhələsində müşayiət edir. O, müraciət sənədlərinin hazırlanmasında, CV və motivasiya məktublarının hazırlanmasına dəstək göstərir. Qəbul aldıqdan sonra qeydiyyat prosesini təşkil edir, uyğun yaşayış yeri tapmaqda kömək edir və sənədlərin leqallaşdırılmasını təmin edir. Bundan əlavə, universitetlə əlaqələrin qurulmasını, orientasiya fəaliyyətlərinin keçirilməsini koordinasiya edir və tələbələrin üzləşə biləcəyi çətinliklərin həllinə, eləcə də motivasiya dəstəyinə xüsusi önəm verir. Əlaqə: [email protected]

Lizbar Göyüşova
Təhsil Məsləhətçisi
Təhsil Məsləhətçimiz ilk təhsilini Bakı Dövlət Universiteti üzrə tamamladıqdan sonra, Joint Degree Proqramı ilə 3 ölkədə - Almaniya, Litva, İsveçdə magistr təhsilini tamamlayıb. Onun müxtəlif ölkələr üzrə qazandığı təcrübə tələbələrə xaricdə təhsil imkanlarını daha yaxşı anlamağa və universitetə qəbul prosesində effektiv dəstək göstərməyə imkan verir. O, müraciət sənədlərinin hazırlanmasında və CV ilə motivasiya məktublarının tərtibində tələbələrə dəstək göstərir. Qəbul prosesindən sonra qeydiyyat işlərini təşkil edir, tələbələr üçün uyğun yaşayış yerlərinin tapılmasına kömək edir və sənədlərin leqallaşdırılmasında və xarici diplomun ölkədə tanınmasında dəstək təmin edir. Həmçinin universitetlərlə əlaqələri qurur və tələbələrin qarşılaşa biləcəyi çətinliklərin həll edir. Əlaqə: [email protected]
-(1)-(1)-(1).png&w=3840&q=75)
Nədamət Novruzova
Proqram Koordinatoru və Konsultant
Bizim Proqram Koordinatoru tələbə və nəticəyönümlü peşakar olaraq bir neçə ildir ki, beynəlxalq sektorda fəaliyyət göstərmişdir. O, tələbələrə akademik və karyera planları qurmaqda, müraciət seçimlərini dəyərləndirməkdə və müsahibələrə hazırlaşmaqda dəstək olur. Həmçinin, təhsil proqramlarını planlaşdırır və idarə edir. Müəllimlər, valideynlər, tələbələr və daxili komanda ilə əlaqə saxlayaraq tələbələrin irəliləyişini izləyir və nəticələr barədə müntəzəm məlumatlandırmanı həyata keçirir. Əlaqə: [email protected]
Kassem Hijazi
Akademik Tutor
Akademik Tutorumuz tələbələrə təhsil prosesinin hər mərhələsində fərdi rəhbərlik göstərir. Kurs seçimi və dərs cədvəli planlamasından başlayaraq, çətin mövzuların mənimsənilməsi, esse və tədqiqat işlərinin hazırlanması, eləcə də imtahanlara effektiv hazırlaşma sahələrində dəstək təmin edir. Həmçinin, fərdi mentorluq və akademik məsləhət verərək tələbələrin bacarıqlarını inkişaf etdirmələrinə, problemləri vaxtında həll etmələrinə və akademik hədəflərinə uğurla çatmalarına yardımçı olur. Əlaqə: [email protected]
Amer Hijazi
Tutor
Müəllimimiz tələbələrin analitik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirir, onların tənqidi düşünmə qabiliyyətlərini gücləndirir və akademik yanaşmalarını təkmilləşdirir. Tutorumuz test strategiyaları, vaxt idarəsi, düzgün və effektiv sualların cavablandırılması üsullarını öyrədir. Hər bir tələbənin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün tələbələrə uyğun fərdi və qrup şəklində dərs planları hazırlayır. Eyni zamanda öyrənmə prosesində davamlı dəstək göstərir. Əlaqə: [email protected]
Nader Hijazi
Təhsil Eksperti
Təhsil Ekspertimiz tələbələri ilk konsultasiyadan başlayaraq uzunmüddətli karyera planlamasına qədər bütün mərhələlərdə müşayiət edir. Hər bir tələbənin güclü tərəflərini, arzularını və imkanlarını nəzərə alaraq onlara uyğun qərar verməyə kömək edir. O, universitet seçimində və sənədləşmədə dəstək göstərərkən, həm də seçilən proqramın gələcək karyera inkişafına uyğunluğuna da xüsusi diqqət yetirir. Beləliklə, Təhsil Ekspertimiz qərarsız gələn tələbələrə düzgün istiqamət tapmaqda və xaricdə təhsilin açacağı qlobal fürsətləri görməkdə rəhbərlik edir. Həmçinin o, praktiki dəstək və strateji planlamanı birləşdirərək tələbələrin gələcəklərinə inamla qərar vermələrinə şərait yaradır. Əlaqə: [email protected]
-(1)-(1)-(2).png&w=3840&q=75)
Arpana Laute
General English, SAT English və IELTS üzrə Tutor
İngilis dili müəllimimiz tələbələrin oxuma, yazma, dinləmə və danışıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş əhatəli dil tədrisi təqdim edir. O, dərs planlarını hər tələbənin ehtiyacına uyğun hazırlayır və akademik proqramlara, eləcə də dil imtahanlarına hazırlıq üçün fərdi sınaqlar, dərs planları, rəy və tövsiyələr təmin edir. Proses boyunca tələbələrin irəliləyişini izləyir, güclü və zəif tərəflərini müəyyən edir, onların akademik və dil hədəflərinə tam hazır olmalarını təmin edir. Əlaqə: [email protected]
Nigar Məmmədova
Baş Marketinq Mütəxəssisi
Marketinq mütəxəssimiz sosial media, vebsayt və digər platformalar üçün vizual və rəqəmsal məzmunlar hazırlanmasına dəstək, nəzarət və yönləndirmə edir, paylaşır, həmçinin təhsil sahəsindəki kampaniyaları planlayır və idarə edir. O, 2023-cü ildən etibarən kontent, sosial media və marketinq sahəsində fəaliyyət göstərir. Marketinq mütəxəssisimiz daxili komanda və tərəfdaşlarla əməkdaşlıq edir, hədəf auditoriya üzrə araşdırmalar apararaq marketinq strategiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin edir. Eyni zamanda, partnyor təhsil müəssisələri ilə kommunikasiya, təhsil sərgilərinin təşkili və idarə olunmasını həyata keçirir. Əlaqə: [email protected]
Lamiyə Abbasova
Təhsil Məsləhətçisi
Təhsil Məsləhətçimiz Azərbaycan Dillər Universitetində bakalavr təhsilini başa vuraraq 2020-ci ildən etibarən müxtəlif təhsil sahələrində fəaliyyət göstərib. Hal-hazırda ADA Universitetində Təhsil Menecmenti üzrə magistr təhsilini davam etdirir, bu da ona imkan verir ki, müraciətçiləri daha yaxşı başa düşsün və onların ehtiyaclarına uyğun olaraq müraciət prosesini, yaşayış yeri tapılmasını və universitetlərlə əlaqələrin qurulmasını təmin etsin. Əlaqə: [email protected]
Aytən Mahmudova
Təhsil Məsləhətçisi
Təhsilini Bakı Mühəndislik Universitetində tamamlamış təhsil məsləhətçimiz 2022-ci ildən etibarən təhsilin müxtəlif sahələrində təcrübə qazanmış, şagirdlərə və tələbələrə akademik dəstək göstərmişdir. Hal hazırda xaricdə təhsil üzrə universitetlərlə əlaqənin qurulması, müraciətçilərin suallarının cavablandırılması, uyğun yaşayış yerlərinin tapılması və universitetə müraciət kimi proseslər üzrə fəaliyyət göstərir. Əlaqə: [email protected]
-(1)-(3).jpg&w=3840&q=75)
Ləman Abduləzizova
Qeydiyyatçı
Qeydiyyatçımız tələbələr, valideynlər və müraciətçilərlə ilk əlaqəni quraraq onların suallarını cavablandırır və lazımi şöbələrə yönləndirir. O, sənədləşmə və yazışmaların düzgün aparılmasına nəzarət edir, görüşlərin təşkilində iştirak edir. Bundan əlavə, müraciətçilərin rahatlıqla məlumat əldə etməsi üçün dəstək göstərir, gündəlik proseslərin koordinasiyasına kömək edir və komanda ilə sıx əməkdaşlıq edərək işlərin səmərəli aparılmasında iştirak edir. Əlaqə: [email protected]