Qlobal Təhsil, Yeni Təcrübə və Fürsətlər Sizi Gözləyir!

Beynəlxalq təhsil müəssisələrini və qlobal imkanları kəşf edərək sizə özəl fərdiləşdirilmiş xidmətlərimizdən yararlanın.

The Virtual Open Day at the National Mathematics and Science College

The National Mathematics and Science College-da Virtual Açıq Qapı Günü

The National Mathematics and Science College (NatMatSci) Böyük Britaniyada yerləşən, riyaziyyat və təbiət elmlərinə fokuslanan ixtisaslaşmış ali məktəb öncəsi kollecidir. Burada akademik olaraq uğurlu tələbələr üçün dünya səviyyəli təhsil verilir. Məqsəd 15–19 yaş arası tələbələri TOP universitetlərdə təhsil almağa hazırlamaqdır, xüsusilə də onlar riyaziyyat, fizika, kimya, biologiya, kompüter elmləri və əlaqəli sahələr üzrə maraqlıdırsa.


NatMatSci-də tələbələr kiçik və dəstəkləyici bir icma ilə işləyirlər, burada riyaziyyat və təbiət elmlərinə olan maraq təşviq olunur. Tədris mühiti universitet üslubuna yaxındır, yəni tələbələrin yaradıcı düşünməsinə və akademik bacarıqlarını maksimum inkişaf etdirməsinə burada yüksək səviyyədə dəstək göstərilir.


Kollecin əsas akademik proqramı iki illik A-level proqramıdır və bu proqram STEM sahələrinə fokuslanır. Proqram universitetlər tərəfindən yüksək qiymətləndirilir. Bir çox məzun dünyanın ən yaxşı universitetlərinə qəbul olur, o cümlədən Oxford, Cambridge, Imperial College London, UCLA və s.


Tələbələr həmçinin fərdi universitet müraciət dəstəyi alırlar, karyera məsləhətləri, UCAS müraciətləri və müsahibə hazırlığı daxil olmaqla, bu, onların rəqabətli proqramlara və top universitetlərə qəbul olunmasına kömək edir.


Akademik sahədən kənarda, kollecdə şəxsi inkişaf və qayğı da önəmlidir. Burada tələbələr özünəinam, komanda işi və liderlik bacarıqları inkişaf etdirir və yataqxana mühitini bir ev kimi hiss etməsi kollecin əsas prioritetlərindəndir.


Daha ətraflı məlumat və müraciət üçün rəsmi sayt: https://natmatsci.ac.uk/


Virtual Açıq Qapı Günü Haqqında

Gələcək tələbələri və onların ailə üzvlərini bu unikal tədbirə şəkildə dəvət edirik. Evinizin rahatlığından sadəcə qeydiyyatdan keçərək Virtual Açıq Qapı Gününə qoşula bilərsiniz.


Virtual Açıq Gün zamanı siz Direktor Dr Andy Kemp, Vitse-direktor Dr Penny Robotham, ali rəhbər heyət və fakültə rəhbərlərinin təqdimatlarını dinləyəcək, həmçinin kollecin müasir imkanları və kampusu üzrə virtual turda iştirak edəcəksiniz.


Əgər siz və ya övladınız riyaziyyat və təbiət elmlərinə maraqlıdırsa, həmçinin top universitetlərə qəbul olmaq və bu sahələrdə güclü akademik baza qurmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!


Tədbirin sonunda isə hazırkı tələbələr və əməkdaşlar açıq sual-cavab sessiyası keçirəcək, maraqlandığınız bütün sualları onlara verə bilərsiniz.


Tarix: Çərşənbə, 21 Yanvar 2026

Vaxt: 10:30 & 16:30 (UK vaxtı ilə)

Qeydiyyat linki: https://natmatsci.ac.uk/apply/open-