Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.


Arden University Berlin
Arden University Berlin, 2018-ci ildən fəaliyyət göstərən və İngiltərənin tanınmış Arden Universitetinin bir hissəsi olan özəl ali təhsil müəssisəsidir.Almaniyanın paytaxtı Berlində yerləşən bu universitet, tələbələrə beynəlxalq səviyyədə tanınan bakalavr və magistr proqramları təklif edir.Proqramlar 100% ingilis dilində tədris olunur və tələbələrə tam zamanlı və ya yarım zamanlı təhsil seçimi imkanı verir.
Arden University Berlin, Berlindəki Beynəlxalq Biznes Bölgəsində yerləşir. Bu mərkəzi mövqe tələbələrə şəhərin dinamik mühitindən faydalanma imkanı verir. Kampus müasir tədris avadanlıqları ilə təchiz olunmuşdur və tələbələrə yüksək keyfiyyətli təhsil mühiti təqdim edir. Berlin şəhərində yerləşən universiteti seçmək üçün isə sizə 10 əsas səbəb göstərə bilərik:
1) Universitet təhsilin keyfiyyətinə görə Birləşmiş Krallığın Keyifyyətə Zəmanət Agentliyi tərəfindən tanınır.
2) Berlin kampusunun yerləşdiyi ərazi əsas korporativ fiqurların yerləşdiyi yerə yaxındır.
3) Tələbələr arasında aparılan qiymətləndirməyə görə, universitet 5 ballıq sistemlə 4.2 bal qazanıb.
4) Arden universiteti müxtəlif millətlərin nümayəndlərinin birgə təhsil aldığı məkandır.
5) Universitet yüksək təcrübəyə və müasir sənaye biliklərinə malik olan etnik cəhətdən müxtəlif elmi kadralara sahibdir.
6) Təhsil haqqının ödənişi semestr boyunca hissə-hissə həyata keçirilə bilər. Bununla yanaşı, universitet təhsil haqqına müxtəlif endirimlər də təklif edir.
7) Bütün proqramlar qlobal biznes dili olan ingilis dilində tədris olunur.
8) Araşdırmalara görə, Almaniya əcnəbi tələbələrin Avropada ən çox üz tutduğu ölkədir.
9) Berlin şəhərində yaşam xərcləri, həmçinin nəqliyyat şəraiti olduqca əlverişlidir.
10) Almaniyada təhsilini bitirdikdən sonra hər bir tələbəyə 18 ay müddətində ölkədə qalıb iş tapması üçün oturum icazəsi verilir.
Bakalavr Proqramları:
- Biznes İdarəetməsi
- İnsan Resursları İdarəetməsi
- Marketinq
- Maliyyə və Mühasibatlıq
- Sağlamlıq İdarəetməsi
Magistr Proqramları:
- MBA və İcraçı MBA
- Strategik Rəqəmsal Marketinq
- Strategik İnsan Resursları İdarəetməsi
- Layihə İdarəetməsi
- Təchizat Zənciri və Logistika
- Kibertəhlükəsizlik
- Data Elmi
- İctimai Səhiyyə
Rəsmi sayt: https://arden.ac.uk/berlin
Universiteti görmək üçün: https://youtu.be/5MYwNI6l-LQ?feature=shared