Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.


Aston University
Yüksək məzun nəticələrinə görə Aston University son illərdə xüsusilə fərqlənir.
Belə ki, Aston University Daily Mail University Guide-da 2025-ci il üçün Tələbə Uğuru üzrə İlin Universiteti seçilib. Yüksək əməkhaqqı, ali ixtisaslı işlər və yüksək akademik nailiyyət ilə məzun olanların çoxluğuna görə Birləşmiş Krallığın 129 universitetini geridə qoyaraq ölkənin ən yaxşısı adını qazanıb.
Aston University AACSB, EQUIS, AMBA akkreditasiyalarına sahibdir, bu 3-lü “Triple Crown” akkreditasiyasına isə dünyada biznes məktəblərinin yalnız 1%-i malikdir.
Qeyd edək ki, Biznesin İdarəedilməsi və Marketinq sahəsində öz sözünü deyən Aston University, global arenada bu sahə üzrə TOP 100 universitetdən biridir.
Kimya mühəndisliyi üzrə isə Böyük Britaniyada 3-cü yeri tutan Aston University, 200-dən çox işəgötürənin kampus ziyarətləri etməsinə də səbəbdir.
Aston University kampusu Böyük Britaniyanın ikinci ən böyük, canlı və tələbə dostu şəhərlərindən birində, Birmingham mərkəzində yerləşir.
Aston University həm kompakt və təhlükəsiz kampusu, həm də komfortlu, tam avadanlıqlı yataqxanaları ilə tələbə həyatı üçün ən ideal mühitlərdən birini yaradır.
Gəlin sizə tələbə həyatından qısa bir VR tur təqdim edək:
Placement year - bakalavr təhsili zamanı tələbənin tam bir il işləməsi və ya xaricdə (partnyor universitetlərin birində) təhsil alması deməkdir.
Universitetin bir çox bakalavr proqramlarına inteqrasiya olunmuş placement year mövcuddur. Bu isə o deməkdir ki, təhsilin üçüncü ilində sizin bir illik peşəkar iş təcrübəsi qazanmaq və ya qlobal tərəfdaş universitetlərin birində təhsil placement-ində iştirak etmək şansınız var.
Ərazisi 16 hektardan ibarət olan Aston Universiteti 1895-ci ildə yaranmışdır, 1966-ci ildə Queen Elizabeth II tərəfindən universitet statusu verilmişdir. Universitet İngiltərənin ikinci ən böyük şəhəri olan Birmingham şəhərində yerləşir. Universitet 40 fərqli ölkədən 140 universitet ilə əməkdaşlıq edir, bu ölkələr arasında Çin, Hindistanın adını çəkmək olar. Universitetde 11.000 tələbə öz təhsilini davam etdirməkdədir.
Təhsil proqramları :
- MBA
- Kompüter elmləri
- Biznes və İdarəetmə
- Səhiyyə və Tibb elmləri
- Memarlıq və Mühəndislik
- Dil və Sosial Elmlər
Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)