Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1764589908524-HERO-events-693ec1d3c42852e89ff50e77d5ee31989bc0f6205e985ab0ea3c4c5ab3670ab1.jpg
Barton Business School Valencia

Barton Business School Valencia

Barton Business School təməl, bakalavr, magistr, aspirantura və doktorantura səviyyələrində müxtəlif təhsil proqramları təqdim edir. Barton Business School dünyanın bir çox ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək akkreditə olunmuş və beynəlxalq səviyyədə tanınan dərəcə proqramları və peşəkar ixtisaslar təklif edir.


Beynəlxalq standartlara cavab verən bir biznes məktəbi kimi Barton Business School tələbələr üçün yüksək keyfiyyətli tədris binası və müasir texniki avadanlıqlarla təmin olunmuş mükəmməl öyrənmə mühiti yaradır. Tədris proqramı mütəxəssislər tərəfindən daim yenilənir. Tələbələr üçün təşkil edilən təcrübə proqramları və seminarlar onların real biznes mühitində bilavasitə təcrübə qazanmasına kömək edir. Eyni zamanda, iş mühitində peşəkar inkişafını davam etdirmək istəyən şəxslər üçün professional proqramlar da təqdim olunur. Barton Business School-un missiyası dünyanın hər yerində iqtisadi və sosial dəyər yaradan sahibkarlıq liderləri yetişdirməkdir.


BBS Böyük Britaniya və İsveçrənin nüfuzlu universitetləri ilə əməkdaşlıq çərçivəsində ikili bakalavr proqramları təklif edir. Bundan əlavə, məktəb Böyük Britaniyanın aparıcı təltifetmə qurumları olan QualifiOTHM ilə əməkdaşlıq edərək tələbələrə yüksək keyfiyyətli, beynəlxalq səviyyədə tanınan ixtisaslar təqdim edir. Bu əməkdaşlıqlar tələbələrin həm diplomlarının tanınmasını, həm də karyera perspektivlərini gücləndirir.

BBS iddialı tələbələrin ardıcıl təlim və zəhmət vasitəsilə peşəkar biznes liderlərinə çevrilməsinə kömək edir. Operations Management-dən Business Law-a qədər olan kurslarımız tələbələri qlobal əmək bazarının tələblərinə uyğun praktik bilik və bacarıqlarla təmin edir. Biz həmçinin bacarıq boşluqlarını aradan qaldırmaq və karyera imkanlarını artırmaq məqsədilə tanınmış magistr dərəcələri (MS, LLM) də təklif edir.


BBS sosial inklüzivliyə dəyər verir, təşəbbüskarlığı, özünüifadəni, müxtəlifliyi, rasional düşüncəni və hamı üçün bərabər imkanları təşviq edir.

BBS tələbələrə təhsil prosesində maliyyə dəstəyi göstərmək məqsədilə akademik göstəricilər və maliyyə vəziyyətinə əsaslanan təqaüdlər və yardım proqramları təqdim edir. Bu təqaüdlər müxtəlif meyarlara uyğun olaraq hazırlanır və dünyanın hər yerindən gələn istedadlı və məqsədyönlü tələbələrin ali təhsil arzularını reallaşdırmasına kömək edir.


Təhsil proqramları (Bakalavr, Magistr, Professional):

  1. BA (Hons) in Business Management
  2. BA (Hons) in Marketing
  3. BSc (Hons) in International Accounting
  4. BSc (Hons) in Financial Management
  5. BA in Hospitality & Tourism Management
  6. LLM in International Commercial Law
  7. MA in Human Resource Management
  8. MA in Marketing and Innovation
  9. MBA (Master of Business Administration)
  10. MSc in Accounting and Finance
  11. MA in International Tourism, Hospitality & Event Management
  12. Certificate in Operations Management
  13. Certificate in Global Business Management
  14. Certificate in Contemporary Issues in Oil, Gas, and Energy
  15. Certificate in Business Law
  16. Advanced Certificate in Sustainable Business Development
  17. Advanced Diploma in Finance and Investment


Rəsmi vebsayt: https://bartonbs.com/

Müraciət formu
icon-credit-card-online