Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1765561507723-HERO-c489d288-8395-4486-ad26-620b9ac68151.png
Berlin University of Applied Sciences (SRH)

Berlin University of Applied Sciences (SRH)

Berlin University of Applied Sciences 2019-cu ildə, 3 məktəbin birləşməsindən yaranıb. Hazırda universitetin tərkibində, Berlin, Drezden və Hamburq şəhərlərində yerləşən 6 məktəb fəaliyyət göstərir. Bu məktəblər ixtisas profillərinə görə bir-birindən fərqlənir, lakin elmi və inzibati strukturlar, həmçinin resurslar və dəyərlər ümumi olduğundan, məktəblər bir çətir altında birləşərək uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqdan ən çox faydalanan isə tələbələrdir.


SRH qrupuna daxil olan məktəblər - Berlin Layihə və Kommunikasiya məktəbi, Berlin Populyar incəsənət növləri məktəbi, Berlin İdarəçilik məktəbi, Berlin Texnologiya məktəbi, Drezden İdarəçilik məktəbi, SRH Hamburq kampusudur.


Universitetin tərkibində fəaliyyət göstərən ayrı-ayrı departamentlər tələbələrin bütün təhsilləri müddətində istənilən köməklik və dəstəyi göstərməyə hazır vəziyyətdədirlər.

Universitetin təklif etdiyi 33 bakalavr proqramı, 31 magistratura proqramı, 6 MBA proqramı və 3 qısamüddətli kursların 65-i akkreditasiyadan keçib. Tədris alman və ingilis dillərində aparılır. Universitet 100-dən çox ölkədən gələn əcnəbi tələbələrə ev sahibliyi edir.


Bakalavr Proqramları


Berlin İdarəetmə Məktəbi

  1. Beynəlxalq Biznes İdarəetməsi
  2. Qlobal Qonaqpərvərlik İdarəçiliyi
  3. Beynəlxalq İdarəetmə
  4. Sahibkarlıq
  5. Beynəlxalq Sağlamlıq İdarəçiliyi
  6. Beynəlxalq Biznes və Liderlik
  7. Qonaqpərvərlik İdarəçiliyi və Liderlik


Berlin Texnologiya Məktəbi

  1. Tətbiqi Mexatronik Sistemlər
  2. Tikinti Sistemləri Mühəndisliyi
  3. İnformasiya Texnologiyaları və Süni İntellekt


Berlin Dizayn və Kommunikasiya Məktəbi

  1. Marketinq Kommunikasiyası
  2. Reklam
  3. Kommunikasiya Dizaynı
  4. Fotoqrafiya
  5. İllüstrasiya
  6. Film və Motion Dizaynı
  7. Veb İnkişaf
  8. Oyun Tədqiqatları


Berlin Populyar İncəsənət Məktəbi

  1. Musiqi İstehsalı
  2. Kommunikasiya Dizaynı
  3. İnteraktiv Dizayn
  4. Motion Dizaynı
  5. Tədbir və Musiqi İdarəçiliyi
  6. Rəqəmsal Media İdarəçiliyi
  7. Jurnalistika və PR İdarəçiliyi
  8. Audio Dizayn (ingilis dilində)
  9. Populyar Musiqi (ingilis dilində)
  10. Yaradıcı Sənayelər İdarəçiliyi (ingilis dilində)
  11. Yaradıcı Yazı və Mətn Yazma


Magistr Proqramları


Berlin İdarəetmə Məktəbi

  1. Beynəlxalq İdarəetmə
  2. Beynəlxalq İdarəetmə – Yaradıcı İdarəetmə Fokuslu
  3. Sahibkarlıq
  4. Beynəlxalq Biznes və Liderlik
  5. Qonaqpərvərlik İdarəçiliyi və Liderlik
  6. Ümumi İdarəetmə
  7. Beynəlxalq Sağlamlıq İdarəçiliyi
  8. Beynəlxalq MBA


Berlin Texnologiya Məktəbi

  1. Tikinti Sistemləri Mühəndisliyi
  2. İnformasiya Texnologiyaları və Süni İntellekt
  3. Proqram Mühəndisliyi
  4. Kompüter Elmləri – Kiber Təhlükəsizlik Fokuslu
  5. Kompüter Elmləri – Böyük Məlumat və Süni İntellekt Fokuslu


Berlin Dizayn və Kommunikasiya Məktəbi

  1. Marketinq Kommunikasiyası
  2. Strateji Dizayn


Berlin Populyar İncəsənət Məktəbi

  1. Media Psixologiyası
  2. Təcrübə Kommunikasiyası
  3. Hesablama və İncəsənət
  4. Yaradıcı Sənayelər İdarəçiliyi


Rəsmi sayt: university.de/en/our-campuses/berlin/

Universiteti görmək üçün: https://youtu.be/8HT8C4f-O9Y?feature=shared

Müraciət formu