Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.


Corvinus University of Budapest
CEMS (The Global Alliance in Management Education) 33 qabaqcıl universitet, 70+ korporativ partnyor və 8 sosial tərəfdaşı birləşdirən şəbəkədir.
Bir semestr ərzində siz CEMS partnyor universitetində təhsil ala, 70+ şirkətlə real biznes layihələri, case-study, təcrübə proqramları vasitəsilə əməkdaşlıq edə bilirsiniz. Budapeşt Avropanın mərkəzində yerləşməsinə baxmayaraq, həm yaşayış xərcləri, həm nəqliyyat, həm də təhsil xərcləri baxımından digər ölkələrə nəzərən olduqca əlverişlidir.
Üstəlik, Avropanın ən yaxşı şəhərlərinə də ya qatarla, ya da ucuz hava yolları biletləri ilə səyahət edə bilərsiniz. Odur ki, səyahət üçün digər xərclərdən qənaət etmək bir tələbə üçün heç də pis səslənmir, elə deyilmi? Bu universitet Macarıstanın iqtisadiyyat və sosial elmlər sahəsində aparıcı ali təhsil müəssisələrindən biridir. Amma Corvinus özünü daha çox dəyər yaratmağa çalışan bir cəmiyyət kimi qiymətləndirir, öz tələbələrinə də bunu aşılayır.
Sosial və maliyyə vəziyyəti təhsilə maneə olmamalıdır deyərəkdən, akademik göstəriciləri yüksək olan tələbələrə güzəşt və təqaüd imkanları da təklif edir.
OTP Bank-ın rəhbəri, milyarder iş adamı - Sándor Csányi, keçmiş Macarıstan baş naziri - Gordon Bajnai, Wizz Air CEO-su - József Váradi Corvinus məzunudur.
Corvinus komandaları dünya səviyyəli case yarışları - John Molson, MBC və Sydney International Business Competition-da qalib olaraq analitik və strateji bacarıqlarını sübut ediblər. Universitet tələbələri həmçinin innovativ startap layihələri ilə beynəlxalq müsabiqələrdə fərqlənirlər.
Budapest Blend, AEGEE-Bupadest, AIESEC, CEMS Club Budapest, ESN Corvinus kimi beynəlxalq tələbə və gənc icmaları da universitet həyatınızı rəngləndirəcək.
Xüsusilə, yerli dostları üçün darıxanlar, Budapeştdə oxumağın digər bir üstünlüyü də ondadır ki, digər ölkələrə nəzərən burada daha çox azərbaycanlı və türk vətəndaşlarla qarşılaşaraq, tək hiss etməyəcəksiniz.
Əmin olun ki, bu icmaların hər birində ən azı bir nəfər özünüzə həmvətən yoldaş həmişə tapacaqsınız.
Bakalavr Proqramları
Corvinus Universitetində təklif olunan ingilis dilində bakalavr proqramlarından bəziləri:
- Tətbiqi İqtisadiyyat üzrə BSc
- Biznes və İdarəetmə üzrə BSc (Biznes İdarəçiliyi və Menecment üzrə İqtisadçı)
- Beynəlxalq Biznes üzrə BSc
- Kommunikasiya və Media Elmləri üzrə BA
- Beynəlxalq Münasibətlər üzrə BA
- Sosilogiya üzrə BA
Magistr Proqramları
İngilis dilində magistr proqramlarından bəziləri:
- Maliyyə üzrə MSc
- Marketinq üzrə MSc
- Biznes İnformatikası üzrə MSc (və ya Biznes İnformasiya Texnologiyaları)
- Kommunikasiya və Media Elmləri üzrə MA
- İctimai Siyasət və İdarəetmə üzrə MSc
- MBA (ingilis dilində)
Doktorantura / PhD Proqramları
Corvinus Universiteti həmçinin Biznes və İdarəetmə, İqtisadiyyat, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər, Sosilogiya və Kommunikasiya Elmləri sahələrində doktorantura (PhD) proqramları təklif edir.
Rəsmi sayt: https://www.uni-corvinus.hu/?lang=en
Kampus turu: https://youtu.be/L3mQa4F6KEU?si=rxmEuFAMxs-UsSHo