Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1755168953838-campus-londra.jpg
ESCP Business School

ESCP Business School

ESCP Biznes Məktəbi beynəlxalq universitet olub, 6 kampusu - Berlin, London, Madrid, Paris, Turin, Varşava şəhərlərində fəaliyyət göstərir. Avropa üzrə 140, dünya üzrə isə 47 elmi alyansın üzvüdür. Universitetin Berlin kampusunda 100-dən artıq millətin nümayəndələri təhsil alır. ESCP məktəbi bir çox akkreditasiyalardan keçib. Bunlara AACSB, EQUIS, EFMD MBA, EFMD EMBA daxildir.


ESCP Biznes Məktəbi Almaniyanın qabaqcıl biznes məktəblərindən olmaqla, dövlət tərəfindən rəsmi şəkildə tanınır. Universiteti yalnız ölkə miqyasında deyil, həmçinin beynəlxalq reytinqlərdə də çox tez-tez irəli pillələrdə görmək mümkündür.


ESCP Berlin məktəbi 3 əsas sahə üzrə ixtisaslaşıb: bunlar - davamlılıq, sahibkarlıq və rəqəmsallaşmadır. Tanınmış şirkətlər olan Accenture, Bain, Bayer, Coca-Cola və P&G universitetlə sıx əməkdaşlıq edir, universitetin akademik heyəti tərəfindən aparılan elmi araşdırmaların, tələbə və məzunların yüksək təhsil keyfiyyətinə malik olması onların universitetlə daim əlaqədə qalmasını təmin edir.


ESCP Business School, “Master in Management”, “Master in Finance” və “Executive MBA” kimi proqramları ilə dünyanın aparıcı universitet reytinqlərində yüksək yerlərdə qərarlaşır. Tələbələr həm nəzəri bilik, həm də praktiki bacarıqlar qazanaraq, qlobal biznes arenalarında uğurla karyera qurmaq imkanı əldə edirlər.


Full-Time Proqramlar

  • Menecment üzrə Bakalavr
  • Magistr Hazırlıq İli
  • Menecment üzrə Magistr
  • Elmlər üzrə Magistr
  • Beynəlxalq Menecment üzrə MBA
  • Doktorantura Proqramları


Part-Time Proqramlar

  • Sertifikatlar və Qısa Müddətli Proqramlar
  • İcraçı MBA
  • İcraçı Magistr Proqramları
  • Qlobal İcraçı Ph.D.


Digər Proqramlar

  • Onlayn Proqramlar
  • ESCP Extension
  • Beynəlxalq Yay Məktəbi


Rəsmi sayt: https://escp.eu/berlin

Universiteti görmək üçün: https://youtu.be/Z3aI5402ALE?feature=shared

Müraciət formu