Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

.png&w=3840&q=75)
Internatıonal Instıtute in Geneva
International Institute in Geneva İsveçrənin Cenevrə şəhərində yerləşən özəl ali təhsil müəssisəsidir. İnstitut 1997-ci ildən fəaliyyət göstərir və biznes, idarəetmə, beynəlxalq münasibətlər və rəqəmsal sahələr üzrə beynəlxalq proqramlar təqdim edir. Tədris prosesi güclü akademik baza və beynəlxalq mühit üzərində qurulub.
Təhsil Proqramları
- İnstitut bakalavr və magistr səviyyəsində aşağıdakı proqramları təklif edir:
- Biznesin İdarə Edilməsi (Bachelor)
- Beynəlxalq Münasibətlər (Bachelor)
- Rəqəmsal Media (Bachelor)
- Kompüter Elmləri (Bachelor)
- Biznesin İdarə Edilməsi üzrə Magistr (MBA)
- Beynəlxalq İdarəetmə (Master)
- Biznes Analitikası və Süni İntellekt (Master)
Beynəlxalq Mühit və Tələbə Həyatı
International Institute in Geneva-də təhsil alan tələbələr çoxmillətli mühitdə oxuyurlar. İnstitut müxtəlif akademik seminarlar, qonaq mühazirələri və peşəkar networking tədbirləri təşkil edir. Bu tədbirlər tələbələrə Cenevrədə yerləşən beynəlxalq təşkilatlar və biznes strukturları ilə yaxından tanış olmaq imkanı yaradır.
Komandamız proqram seçimi, qəbul tələblərinin izahı və müraciət prosesində istiqamətləndirici dəstək göstərir. Həmçinin sənədlərin hazırlanması və təhsil öncəsi mərhələdə tələbələrin düzgün qərar verməsinə kömək edilir.
Resmi Veb-sayt: : https://www.iig.ch
Youtube video: https://www.youtube.com/watch?v=_4gKl_feifY