Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1754571903870-cp-preparation-programmes-berlin-campus-intl_fpz6kl.webp
International University of Applied Sciences

International University of Applied Sciences

IUBH University of Applied Sciences, 1998-ci ildə Bonn şəhərinə yaxınlığı ilə tanınan Bad Honnef şəhərində özəl biznes məktəbi kimi təsis edilmişdir. Universitetin Bad Honnef, Bad Reichenhall və Berlin şəhərlərində kampusları mövcuddur. IUBH-nin müasir kampusu Bad Honnefin mərkəzində, mənzərəli St Peter Park və Anno Parkı ərazisində yerləşir. Düsseldorf şəhəri universitetdən təxminən 1 saat, Köln isə 30 dəqiqəlik məsafədədir.

Ümumilikdə, IUBH kampusunda təxminən 9,000 tələbə təhsil alır. Tədris prosesi dünya üzrə tanınmış universitetlərdən məzun olmuş və biznes ilə turizm idarəçiliyi sahəsində uzun illər təcrübəyə malik professorlar tərəfindən aparılır. Tədris dili əsasən ingilis və almandır. Universitetdə yüksək səviyyəli menecerlərin iştirakı ilə “CEO-dan dərslər” adlı xüsusi seminarlar təşkil olunur. Karyera xidməti tələbələrə staj və iş imkanları ilə bağlı məsləhətlər təqdim edir.


IUBH tələbələri Almaniyanın Airberlin, Deutsche Lufthansa, Köln və Bonn hava limanları kimi böyük şirkətlərində təcrübə keçmə imkanı qazanırlar. Universitetin geniş sənaye əlaqələri məzunların karyera inkişafına böyük dəstək olur — tələbələrin 75%-i məzun olduqdan üç ay sonra işlə təmin edilir.


Universitet uzun illərdir ki, Şimali və Cənubi Amerika, Asiya, Avstraliya və Avropanın qabaqcıl universitetləri ilə geniş əməkdaşlıq edir. IUBH tələbələrinə təhsil aldıqları proqramı başqa ölkədə davam etdirmək imkanı yaradır ki, bu da onların xarici dil bacarıqlarını artırmaqla yanaşı, beynəlxalq şirkətlərdə praktik təcrübə qazanmalarına şərait yaradır.


Bütün proqramlar FIBAA (Beynəlxalq Biznes İdarəçiliyi Akkreditasiya Fondu) tərəfindən akkreditə olunub və universitet 2009-cu ildə Almaniyanın Elm və Humanitar Elmlər Şurası tərəfindən də tanınmışdır. 2020-2022-ci illər ərzində Universitetin Biznes Administrasiyası proqramı CHE-Ranking-in bir neçə nominasiyasında Almaniyanın ən qabaqcıl proqramlarından biri kimi seçilmişdir.



Data və İT Proqramları


Bakalavr səviyyəsi:

  • Tətbiqi Süni İntellekt
  • Biznes və İT
  • Kompüter Elmləri
  • Kiber Təhlükəsizlik
  • Sənaye Mühəndisliyi və İdarəetmə


Magistr səviyyəsi:

  • Süni İntellekt
  • Kompüter Elmləri
  • Kiber Təhlükəsizlik
  • Məlumat Elmi
  • Mühəndislik İdarəetməsi


Biznes və İdarəetmə Proqramları


Bakalavr səviyyəsi (BA):

  • Biznes Administrasiyası
  • Beynəlxalq İdarəetmə


Magistr səviyyəsi (MA):

  • Beynəlxalq İdarəetmə
  • İdarəetmə və ixtisaslaşmalar


MBA Proqramları

Ümumi MBA-lar:

  • Biznes Administrasiyası
  • Birillik MBA


İxtisaslaşmış MBA-lar:

  • Süni İntellekt üzrə MBA
  • Böyük Məlumatların İdarəedilməsi
  • Elektron İdman İdarəçiliyi
  • Mühəndislik İdarəetməsi
  • Maliyyə və Mühasibat
  • Sağlamlıq Xidməti İdarəetməsi
  • İnsan Resursları İdarəetməsi
  • İT İdarəetməsi
  • İnnovasiya və Sahibkarlıq
  • Beynəlxalq Marketinq
  • Salesforce və Satış İdarəetməsi
  • Supply Chain İdarəetməsi


Rəsmi sayt: https://www.iu.org/

Universiteti görmək üçün: https://youtu.be/dRXRiqZNPPI?feature=shared

Müraciət formu