Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1768810299865-HERO-kcl-strand-.x059e7b16.jpg
King's College London

King's College London

King’s College London, Böyük Britaniyanın Lider Universitetlərindən birikimi tanınır.


KCL Londonun mərkəzində yerləşən prestijli tədqiqat universiteti və Böyük Britaniyanın ən qədim ali təhsil müəssisələri olaraq yer alır. Universitet 1829‑cu ildə təsis olunub və London Universitetinin qurucu kollecindən biri olmuşdur.


King’s College London dünya səviyyəli təhsil, tədqiqat və innovasiya mərkəzi kimi tanınır və həm yerli, həm də beynəlxalq tələbələr üçün geniş imkanlar təqdim edir.


Niyə King’s College London?

  1. Qlobal nüfuz: King’s, ali təhsil sahəsində yüksək akademik keyfiyyətə malikdir və beynəlxalq reytinqlərdə yüksək yerlərdə qərarlaşır.
  2. Elmi tədqiqatlar: Universitet dünyanı dəyişən tədqiqat layihələri və yenilikçi proqramlar ilə tanınır.
  3. Böyük beynəlxalq icma: KCL‑də dünyanın müxtəlif ölkələrindən gələn tələbələr təhsil alır və zəngin mədəni mühit yaradır.
  4. Geniş kurs seçimi: Universitet bakalavriat, magistratura və doktorantura səviyyələrində 180‑dən çox təhsil proqramı təklif edir.


Təhsil və Akademik Struktur

King’s College London aşağıdakı sahələrdə güclü akademik proqramlar təqdim edir:

  1. Humanitar və incəsənət elmləri
  2. Tibb və həyat elmləri
  3. Hüquq və sosial elmlər
  4. Biznes və idarəetmə
  5. Təbiət, riyaziyyat və mühəndislik elmləri

Bu geniş fakültə strukturu tələbələrə fərqli karyera istiqamətləri üzrə profesional təhsil imkanları təmin edir.


Tədqiqat və İnnovasiya

King’s College London tədqiqat gücü ilə seçilir və dünyada tibb, beynəlxalq əlaqələr, hüquq, informasiya texnologiyaları və digər sahələrdə aparıcı araşdırmalara ev sahibliyi edir. Universitet tədqiqat sahəsində yüksək nüfuza malikdir və innovasiya yönümlü layihələr həyata keçirir.


Tələbə Həyatı və Dəstək

KCL tələbələrinə akademik dəstəkdən əlavə, tələbə fəaliyyətləri, könüllülük proqramları, startap akseleratorları və idman imkanları kimi əlavə imkanlar təqdim edir. Bu, tələbələrin həm şəxsi, həm də peşəkar inkişafına güclü təkan verir.


300+ tələbə icması ilə Həm səhnəyə çıxıb teatrda rol ala, həm Entrepreneurship Society və Women in STEM kimi peşəkar qruplarla gələcək karyeranız üçün əvəzsiz şəbəkə yarada bilərsiniz.


Məhz bu cürə könüllülük, idman, media, sosial layihələr və akademik cəmiyyətlər – KCL tələbələri üçün Londonun özündən də böyük bir dünya yaradır.


Londonun elə bir mərkəzində oxuyursunuz ki, addımladığın küçələrdə James Bond qaçıb, The Crown-un saray dramları çəkilib, Sherlock Holmes isə cinayət izlərini burada axtarıb.


KCL-in qonşuluğundakı bu tarixi binalar (Somerset House) filmlərin sevimli məkanıdır, siz isə gündəlik bu səhnələrin içindən keçəcəksiniz.


King’s College London-un 12 Nobel laureatı var.

London AI Centre, King’s Digital Lab və Policy Institute kimi qurumlar vasitəsilə interdisipliner tədqiqatlara rəhbərlik edir.


Beləliklə, KCL sizə Nobel səviyyəsində düşünməyi, qlobal miqyasda təsir yaratmağı və elmi transformasiyanın bir hissəsi olmağı öyrədir.


Rəsmi Sayt:

https://www.kcl.ac.uk/ King's College London

Universitetlə tanış olmaq üçün:

https://www.youtube.com/watch?v=1trvO6dqQUI

Müraciət formu
icon-credit-card-online