Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

La Trobe University

La Trobe University

La Trobe Universiteti, 1967-ci ildə Avstraliyanın Viktoriya ştatında təsis edilmiş və qısa müddət ərzində ölkənin aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Universitet, hazırda 36,000-dən çox tələbəyə ev sahibliyi edir və 110-dan çox ölkədən gələn beynəlxalq tələbələr üçün geniş imkanlar təqdim edir.


La Trobe yüksək səviyyəli akademik proqramları və geniş tədqiqat fəaliyyəti ilə tanınır, xüsusilə sağlamlıq elmləri, biologiya, sosial elmlər, biznes və texnologiya sahələrində üstünlük təşkil edir. Universitet, dünya universitetləri reytinqlərində daima ön sıralarda yer almaqla yanaşı, Avstraliya və beynəlxalq səviyyədə müxtəlif akkreditasiyalara malikdir. Məsələn, La Trobe Business School, yalnız dünya üzrə 5% universitetdə mövcud olan AACSB beynəlxalq akkreditasiyasına malikdir, bu da onun tədris keyfiyyətini və tədqiqat fəaliyyətini təsdiq edir.


Jacinta Allan, Fran Bailey, Helen Buckingham, Jacinta Collins kimi görkəmli dövlət xadimləri universitetin məzunları arasındadır.


Əsas kampusları Bundoora və Melbourneda yerləşir. Digər iki böyük kampus Bendigo və Albury isə Wodongadadır. Tələbələr kampusların daxilində sağlamlıq mərkəzi, kitabxana və oxu zalları, ticarət mərkəzi, idman və fitness mərkəzi və yataqxana xidmətindən rahatlıqla istifadə edə bilərlər. Universitet proqramları beynəlxalq tələbələr üçün xüsusi olaraq nəzərdə tutulmuşdur. Beynəlxalq tələbələr üçün akademik dəstək kursları da mövcuddur.


La Trobe, həmçinin tədqiqat sahəsində liderlik etməyə davam edir, "Research 2030" strategiyası ilə sağlamlıq, qida, davamlı kənd təsərrüfatı və texnologiya sahələrində innovativ layihələr həyata keçirir.


Bu sahələr üzrə müxtəlif proqramlar təklif edir:


  1. İncəsənət, Sosial Elmlər və Kommunikasiya
  2. Biznes və Ticarət
  3. Kriminologiya
  4. Təhsil və Müəllimlik
  5. Mühəndislik
  6. Sağlamlıq
  7. İnformasiya Texnologiyaları
  8. Hüquq
  9. Elm


Tələb əsas olunan sənədlər:

Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikfatı ( IELTS və ya TOEFL).


Rəsmi sayt: https://www.latrobe.edu.au/

Universiteti görmək üçün: https://youtu.be/iK6KDJtVHTA?feature=shared


Müraciət formu
icon-credit-card-online