Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.


Lancaster University (Leipzig)
Lancaster University Leipzig Birləşmiş Krallığın top onluğuna daxil olan Lancaster universitetinin 5 beynəlxalq filialından biridir. Universitet Almaniya, Avropa Birliyi ölkələri ilə yanaşı, dünyanın istənilən yerindən gələn tələbələrə bakalavr proqramları təklif edir. Lancaster universitetinin Leypsiq şəhərində fəaliyyəti Ali təhsil, Tədqiqat və İncəsənət üzrə Saksoniya Dövlət Nazirliyi tərəfindən təsdiq edilib. Texnologiya, innovasiya və qlobal sənaye mərkəzi olan Leypsiqdə yaşam xərcləri kifayət qədər aşağıdır və ona görə də, məzun olan tələbələrə burada iş tapıb, yaşamaq üçün əlverişli şərait var.
Universitetdə təhsilini uğurla başa vuran tələbələrə Birləşmiş Krallıq Diplomu təqdim olunur. Lancaster universitetinin ali dərəcəsi beynəlxalq səviyyədə tanınır, müəssisə və işəgötürən təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Universitetin 60-dan çox ölkədə araşdırma sahəsində əməkdaşları vardır.
Bakalavr Proqramları:
- İqtisadiyyat və Maliyyə
- Biznes İdarəetməsi
- Biznes Analitikası ilə Biznes İdarəetməsi
- Media ilə Biznes İdarəetməsi
- Kompüter Elmləri
- Proqram mühəndisliyi
Magistr Proqramları:
- Kiber Təhlükəsizlik
- Məlumat Elmləri
- İdarəetmə
- Loqistika və Təchizat Zənciri İdarəetməsi
Hazırlıq Proqramları:
- Biznes üzrə Pre-Master’s
- Kompüter Elmləri üzrə Pre-Master’s
Rəsmi sayt: https://www.lancasterleipzig.de/
Universiteti görmək üçün: https://youtu.be/watQ_pCafj8?feature=shared