Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1767679578871-HERO-16396702983.jpg
Malvern House

Malvern House

Malvern House İngiltərədə İngilis dili təhsili üzrə tanınmış və Britaniya Şurası tərəfindən akkreditə olunmuş peşəkar dil məktəbləridir. Təcrübəli müəllim heyəti və müasir tədris metodları ilə tələbələrə yüksək səviyyəli İngilis dili kursları təklif olunur. Malvern House İngilis dilini real həyatda istifadə etməyə yönəldən tədris yanaşması ilə fərqlənir. Burada məqsəd tələbənin ingiliscə səlis və özünə inamla danışma qabiliyyəti qazanmasına kömək etməkdir.


Təklif Edilən Kurslar


  1. Ümumi İngilis dili (General English) – gündəlik kommunikasiya bacarıqları
  2. Biznes üzrə İngilis dili (Business English) – peşəkar ünsiyyət üçün
  3. IELTS və Cambridge imtahanlarına hazırlıq – akademik və peşəkar məqsədlərlə dil öyrənmək
  4. Professional və müəllim hazırlaşma kursları
  5. Fərdi və intensiv dərslər


Qeyd edək ki, kurslar başlanğıcdan irəliləmiş səviyyəyə qədər bütün səviyyələr üçün uyğundur. Tələbələr üçün gündəlik sosial proqramlar və şəhər fəaliyyətləri təşkil olunur ki, bu da ingilis dilini real mühitdə tətbiq etməyə şərait yaradır. Hər iki şəhər - London və Manchester beynəlxalq tələbələr üçün fəal və dinamik mühit təklif edir.


Malvern House müəllimləri yüksək ixtisaslıdır və tələbələrin fərdi inkişafına diqqət yetirir. Məktəb həm dil öyrənməni, həm də tələbələrin ümumi rifahını dəstəkləyən peşəkar komanda ilə çalışır.


Qəbul Şərtləri

Bütün səviyyələr üçün açıqdır. Səviyyə testləri vasitəsilə uyğun qruplar müəyyən edilir.


Partnyorluğumuz

Biz Malvern House London ilə rəsmi əməkdaşlıq edirik və tələbələrə bütün müraciət prosesində kömək edirik. Malvern House London-da dil təhsili ilə maraqlanırsınızsa, bizimlə əlaqə saxlayın. Komandamız müraciət prosesində sizə tam dəstək göstərəcək.


Dərslərin qiymətləri kurs növü, müddət və intensivliyə görə dəyişir - qısa və uzunmüddətli proqramlar mövcuddur. Ətraflı məlumatı rəsmi saytından əldə edə bilərsiniz.


Veb sayt: https://malvernhouse.com/

Müraciət formu
icon-credit-card-online