Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

Middlesex University Dubai
Middlesex University Dubai Böyük Britaniyada yerləşən Middlesex University London-un beynəlxalq filialıdır və eyni akademik idarəetmə, keyfiyyət təminatı və diplom sisteminə əsaslanır. Dubay kampusunda tədris olunan bütün proqramlar Britaniya ali təhsil standartlarına uyğun hazırlanır və beynəlxalq səviyyədə tanınır.
Universitet Dubai Knowledge Park ərazisində yerləşir — bu isə Dubayın əsas təhsil və akademik mərkəzlərindən biridir. Bu mühit tələbələrə klassik kampus modelindən daha çox şəhər əsaslı, peşə yönümlü bir təhsil təcrübəsi təqdim edir.
Universitetin yerləşməsi tələbələrə media, biznes və texnologiya mərkəzlərinə yaxın olmaq imkanı yaradır.
Middlesex University Dubai daha çox praktiki və tətbiq yönümlü təhsil modeli ilə tanınır. Tədris sistemi əsasən coursework, layihələr, təqdimatlar və qrup işləri üzərində qurulub. Bu yanaşma tələbələrə real iş mühitinə uyğun bacarıqlar qazandırmağa kömək edir.
Academic proqramlar
Bakalavr programmes:
• Business Management
• Marketing
• Accounting and Finance
• Computer Science
• Information Technology
• Psychology
• Media and Digital Design
Magistr proqramları:
• MSc International Business Management
• MSc Marketing
• MSc Human Resource Management
• MSc Project Management
• MSc Data Science
• MSc Cyber Security
• MSc Digital Transformation
Middlesex University Dubai çoxmillətli tələbə mühiti ilə seçilir. Müxtəlif ölkələrdən olan tələbələr burada birgə təhsil alaraq həm akademik, həm də mədəni baxımdan geniş təcrübə qazanırlar. Tədris prosesi interaktivdir və tələbələrin dərslərdə aktiv iştirakı təşviq olunur.
Universitet tələbələrin yalnız akademik biliklərini deyil, eyni zamanda peşə bacarıqlarını da inkişaf etdirməyi hədəfləyir. Komanda işi, vaxtın idarə olunması, təqdimat bacarıqları və müstəqil araşdırma kimi kompetensiyalar tədris prosesinin əsas hissəsidir.
Middlesex University Dubai Dubaydakı ən böyük Britaniya universitet kampuslarından biridir və uzun illərdir BƏƏ ali təhsil sektorunda fəaliyyət göstərir.
StudyNet tələbələrə Middlesex University Dubai üzrə düzgün proqram seçimi, qəbul tələblərinin izahı, sənədlərin hazırlanması və təhsil prosesinə uyğunlaşma mərhələlərində dəstək göstərir. Tələbələr təhsil yolunu daha real və planlı şəkildə qurmaq imkanı əldə edirlər.
Rəsmi vebsayt: https://www.mdx.ac.ae
Youtube Videosu: https://youtu.be/ptjN3hJeBik?si=_s06ShpL5JZlpv0R