Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1755169691373-munich-business-school-2.png
Munich Business School

Munich Business School

Munich Business School (MBS) 1991-ci ildə təsis olunmuş və Almaniyanın Bavariya əyalətində yerləşən özəl biznes məktəbidir. MBS, 2003-cü ildən indiki adını daşıyır və Almaniya Elmi Şurası tərəfindən akkreditə olunmuş ilk özəl universitetlərdən biridir. Məktəb həmçinin FIBAA akkreditasiyasına malikdir və beynəlxalq səviyyədə tanınan AACSB üzvlüyü ilə seçilir. MBS-də təhsil alan tələbələr dünya üzrə 80-dən çox ölkədən gəlir və universitet güclü beynəlxalq fokuslu təhsil təqdim edir.


Universitet yerli və əcnəbi tələbələrə iqtisadi sahədə təhsil proqramları təklif edir. Münhen Biznes Məktəbinin etnik tərkibi olduqca müxtəlifdir. Burada hətta bəzi qəbul semestrlərində əcnəbi tələbələrin sayı 70%-dən çox olur.


Bu universiteti seçmək üçün bir sıra səbəblər mövcuddur. Onlardan bəziləri, universitetin beynəlmiləl olması, praktiki təlim metodlarına üstünlük verilməsi, hər bir tələbəyə fərdi qaydada diqqətin ayrılması, mütəmadi olaraq daxili və xarici qurumlar tərəfindən nəzarət-təftiş prosedurlarından keçirilərək qiymətləndirmənin aparılması və bəzi təhsil proqramlarının həm alman, həm də ingilis dillərində tədris olunmasıdır.

Burada təhsil alan tələbələr təhsil aldıqları müddət ərzində müəyyən semestrləri, universitetin əməkdaşlıq etdiyi 60-dan çox universitetdə təhsil ala bilər ki, bu, MBS universitetinin təklif etdiyi unikal imkanlardandır.



Bakalavr Proqramı

  • Beynəlxalq Biznes


Magistr Proqramları

  • Beynəlxalq Biznes
  • İnnovasiya və Sahibkarlıq
  • Beynəlxalq Marketinq və Brend İdarəçiliyi
  • İdman Biznesi və Kommunikasiya
  • Maliyyə


MBA Proqramları

  • MBA (Full-time)
  • MBA (Part-time)


DBA Proqramı

  • DBA (Sheffield Hallam University ilə birgə)


Rəsmi sayt: https://www.munich-business-school.de/

Universiteti görmək üçün: https://youtu.be/eFLbUl7t_tE?feature=shared

Müraciət formu