Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

Murdoch University
Murdoch Universiteti, 1974-cü ildə Perth-də təsis edilmiş, beynəlxalq akkreditasiyalı ali təhsil müəssisəsidir. Bakalavr, magistr və PhD proqramları, zəngin tələbə həyatı və uğurlu məzunları ilə tanınır.
Murdoch Universiteti, 1974-cü ildə Avstraliyanın Perth şəhərində təsis olunmuşdur. Universitet inklüziv və çevik təhsil yanaşması ilə seçilir və müxtəlif mədəniyyətlərdən gələn tələbələrə açıqdır. Bugün Murdoch, 25,000-dən çox tələbəyə xidmət edir və 100-dən çox ölkədən beynəlxalq tələbələri qəbul edir.
Murdoch Universiteti, Avstraliya Təhsil Keyfiyyəti və Standartları Agentliyi (TEQSA) tərəfindən akkreditə olunub və CRICOS qeydiyyatı ilə beynəlxalq tələbələr üçün də etibarlıdır. Universitet bakalavr, magistr və PhD proqramları təqdim edir. Proqramlar arasında biznes, informasiya texnologiyaları, səhiyyə, mühəndislik, hüquq və incəsənət sahələri mövcuddur.
Murdoch Universitetində tələbələr sosial və mədəni fəaliyyətlərdə, idman və tələbə təşkilatlarında iştirak edə bilirlər. İşləyən təcrübə proqramları (Work Integrated Learning) vasitəsilə tələbələr real iş mühitində təcrübə qazanır və gələcək karyeralarına hazırlaşırlar.
Universitet tələbələrə bakalavr, magistr və PhD proqramları təklif edir.
Əsas Təhsil Sahələri:
- Biznes və İqtisadiyyat: Biznes idarəçiliyi, maliyyə, marketinq, beynəlxalq biznes.
- Hüquq və Cəmiyyət: Hüquq, kriminologiya, siyasət və media.
- İnformasiya Texnologiyaları və Mühəndislik: Kompüter elmləri, IT, mühəndislik.
- Səhiyyə və Tibb Elmləri: Psixologiya, sağlamlıq elmləri, veterinariya.
- Ətraf Mühit və Həyat Elmləri: Ekologiya, molekulyar elmlər, ətraf mühit tədqiqatları.
- İncəsənət və Sosial Elmlər: Sosial elmlər, tarix, fəlsəfə, media və kommunikasiya.
- Təhsil və Pedagoji: Erkən uşaqlıq və orta təhsil proqramları.
Tələb əsas olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikfatı ( IELTS və ya TOEFL).
Rəsmi sayt: www.murdoch.edu.au
Universiteti görmək üçün: https://youtu.be/AM61zHUL5Dg?feature=shared