Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1767602803005-HERO-220506-macromedia-blog-academic-life-as-a-media-design-student-at-NABA-1-1620x912-cs-1400x788.jpg
NABA

NABA

İtaliyada yerləşən Nuova Accademia di Belle Arti (NABA) incəsənət, dizayn və yaradıcılıq sahəsində aparıcı ali təhsil müəssisələrindən biri kimi seçilir. Akademiya tələbələrinə qlobal və praktiki yönümlü təhsil təqdim edərək, onların yaradıcılıq bacarıqlarını real sektorla birləşdirməyə imkan yaradır. 20-dən çox beynəlxalq tərəfdaş universitetlə əməkdaşlıq edən NABA, Erasmus+ və daxili mübadilə proqramları, birgə layihələr, workshop-lar və ikili diplom imkanları təklif edir.


Tələbələr dərs müddətində real briflər və studiya əsaslı tapşırıqlar üzərində işləyərək, sanki bir agentlikdə və ya moda evində fəaliyyət göstərirmiş kimi təcrübə qazanırlar. Akademiya Armani, Versace, Gucci, Valentino, Dolce & Gabbana, Pandora, Henkel, Mitsubishi kimi dünyaca məşhur brendlərlə sıx əməkdaşlıq edir və bu, tələbələrə unikal sənaye təcrübəsi qazandırır.


NABA-nın tədris yanaşması çoxşaxəli, beynəlxalq və təcrübəyə əsaslanan modelə əsaslanır. Burada tələbələrin layihələri çox vaxt real məhsula çevrilir və ya beynəlxalq səviyyəli tədbirlərdə, məsələn, Milan Design Week çərçivəsində nümayiş olunur. Yəni dərs zamanı formalaşan bir ideya bir neçə ay sonra Ferrari üçün prototipə və ya Versace studiyasında təqdimata çevrilə bilər. Bu da NABA-nı yaradıcılıq sahəsində karyera qurmaq istəyən tələbələr üçün mükəmməl mərkəzə çevirir.


Akademik Proqramlar


Bakalavr ixtisasları:

  1. Design
  2. Fashion Design
  3. Creative Technologies
  4. Film and Animation
  5. Graphic Design and Art Direction
  6. Comics and Visual Storytelling
  7. Marketing and Management for Creative Business
  8. Painting and Visual Arts
  9. Set Design
  10. Fashion Marketing Management


Magistr proqramları:

  1. Fashion Design
  2. Design
  3. Communication and Graphic Design
  4. Media Design and New Technologies
  5. Visual Arts


Akademik Magistr proqramları:

  1. Visual Arts
  2. Design
  3. Communication and Graphic Design
  4. Fashion Design
  5. Media Design and New Technologies


Doktorantura (PhD):

  1. Artistic Practice


Rəsmi sayt: www.naba.it/en

Kampus turu: YouTube-da izləyin

Müraciət formu
icon-credit-card-online