Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

Richard Bland College

Richard Bland College

Richard Bland College (RBC) William & Mary ənənələrini daşıyan, Virciniya ştatında yerləşən nüfuzlu iki illik dövlət kolleci olaraq 1960-cı ildə təsis edilmişdir. 750 akrdan böyük müasir və tarixi gözəllikləri birləşdirən kampusu ilə RBC tələbələrə həm akademik, həm də sosial baxımdan zəngin təcrübə təqdim edir. Kollec 17.500-dən çox uğurlu məzunu, yüksək keyfiyyətli müəllim heyəti ilə fərqlənir. Ən önəmlisi isə RBC məzunlarının böyük əksəriyyəti Virciniyanın və ABŞ-ın aparıcı universitetlərinə uğurla transfer olur. Burada təhsil həm əlçatan qiymətlərlə təklif olunur, həm də tələbələr üçün fərdi mentorluq sistemi tətbiq edilir ki, bu da hər bir gəncin akademik və şəxsi inkişafına dəstək olur. İdman komandaları ilə də tanınan RBC, 2022-ci ildə NJCAA Diviziya II üzrə milli çempion adını qazanaraq öz uğurlarına yeni bir səhifə əlavə edib.


Richard Bland College məzunları ABŞ-ın ən yaxşı universitetlərində təhsillərini davam etdirərək mühüm uğurlara imza atırlar. Kirk Cox – Virginia Nümayəndələr Palatasının keçmiş spikeri, Jennifer McGrew – J.P. Morgan Asset Management şirkətində maliyyə direktoru, Rodney Ashby və daha onlarla məzun müxtəlif sahələrdə nüfuzlu mövqelər tutublar. Hər il RBC Foundation məzunlara xüsusi mükafatlar təqdim edir: Distinguished Alumni Award, Young Alumni AwardRichard Bland Award. Bu ənənə həm məzunların uğurlarını qeyd edir, həm də gələcək tələbələr üçün rol modeli yaradır.


Akademik Proqramlar


1.Associate of Arts (A.A.)

  1. İncəsənət, humanitar və sosial elmlər sahələrində bakalavr təhsili almağı planlaşdıran tələbələr üçün nəzərdə tutulub.


2. Associate of Science (A.S.) — Ümumi

  1. Təhsil, biznes, səhiyyə, sosial iş, mühəndislik və təbii elmlər üzrə davam edən tələbələr üçün nəzərdə tutulub. Xarici dil tələbi yoxdur.


3. Associate of Science (A.S.) — Spesifik Proqramlar


Richard Bland College A.S. dərəcəsi daxilində aşağıdakı ixtisaslaşmış proqramları təklif edir:


Behavioral Sciences

  1. Sosiologiya, psixologiya, sosial xidmət və məsləhətçilik kimi sahələrə yönəlikdir.


Business Administration

  1. Mühasibat, iqtisadiyyat, biznes idarəçiliyi, maliyyə və marketinq sahələrində transfer üçün hazırlanır.


Math / Computer Science

  1. İnformasiya analizi, sistem idarəçiliyi və digər kəmiyyət yönümlü sahələrdə davam etmək üçün nəzərdə tutulub.


Physical Science

  1. Kimya və fizika kimi elmi sahələrə keçid üçün uyğun struktura malikdir.


Life Science

  1. Biologiya, ətraf mühit elmləri, nevrologiya və kinesiyologiya kimi sahələrdə bakalavr təhsilinə keçid üçün nəzərdə tutulub.


Clinical Lab Sciences

  1. Forensik elmlər, tibbi laboratoriya texnologiyaları, kliniki tədqiqat və sağlamlıq sahələrinə yönəlikdir.



Rəsmi sayt: https://www.rbc.edu/

Universiteti görmək üçün: https://youtu.be/ePt8YJUFX6o?feature=shared


Müraciət formu
icon-credit-card-online