Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

Riverstone International School

Riverstone International School

Riverstone International School 1997-ci ildə Hidden Springs Community School adı ilə qurulmuş və 2006-cı ildə hazırkı adını almışdır. Məktəb ABŞ-ın Boise, Idaho şəhərində yerləşir və bütün IB (Beynəlxalq Bakalavr) proqramlarını təklif edən nadir məktəblərdən biridir. Riverstone tələbələrinin ACT və SAT nəticələri Idaho və ABŞ ortalamasından yüksəkdir və IB proqramında yüksək keçid nisbətinə malikdir. Məktəb həm akademik, həm də sosial sahədə tələbələrin inkişafını dəstəkləyir, geniş co-curricular fəaliyyətlər və liderlik imkanları təqdim edir.


Riverstone International School IB proqramlarında yüksək nəticələr göstərir, tələbələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır və zəngin tələbə həyatı ilə fərqlənir. Məktəb həmçinin akademik uğur, beynəlxalq akkreditasiya və geniş co-curricular fəaliyyətləri ilə tanınır.


Burada hər il yeni daxil olan şagirdlərinə unikal təhsil təcrübəsi və bir sıra digər aşağıa sadalanan üstünlükləri təklif edilir:


  1. Beynəlxalq səviyyədə tanınan kurikulum və proqramlar;
  2. Beynəlxalq təhsil;
  3. Yüksək tələbə-müəllim münasibətləri olan kiçik siniflər;
  4. ABŞ-ın ən təhlükəsiz ştatlarından birində yeni tikilmiş yataqxana: Boise, Idaho
  5. Yüksək təhsil həvəsli, beynəlxalq, açıq fikirli şagird və əməkdaş icması


Hər il məktəb 45+ ölkədən 400 tələbə qəbul edir və məktəb (boarding school) icması hər təhsil ilində yalnız 32 tələbə qəbul edir. Həmçinin, Riverstone tələbələrə maraq, yaradıcılıq və öhdəçiliyi öyrətməklə, onlara ömür boyu uğur yolunda müstəqil düşünən insanlar olmağa kömək edir.


Riverstone Beynəlxalq Məktəbi Aydahoda Beynəlxalq Bakalavr Diplom Proqramı (International Baccalaureate Diploma Programme) təklif etmək səlahiyyətinə malik ilk məktəbdir.


3 təhsil bölgüsü mövcuddur:

  1. Primary Years Program
  2. Middle Years Program
  3. High School & IB Program


Müraciət formu
icon-credit-card-online