Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

Saint Louis University

Saint Louis University

1818-ci ildə St. Louis şəhərində əsası qoyulan Saint Louis University, akademik tədqiqat və təhsili ilə ABŞ-ın ən tanınmış və nüfuzlu universitetlərindən biridir. Universitet “Association of Jesuit Colleges and Universities” assosasiyasının 28 üzvündən biridir və “North Central Association of Colleges and Secondary Schools” tərəfindən rəsmi akkreditasiyaya sahibdir. Atlantic 10 üzvü olan SLU idman klubu NCAA 1-ci diviziyasında çıxış edir.


Bir çox təhsil sahəsindəki uğurlarına görə Saint Louis University ABŞ universitetləri reytinq sıralamasında üst sıradadır. Buna misal olaraq, Times Higher Education Birləşmiş ştatlar universitetləri sıralamasında SLU 106-cı yerdə sıralanmışdır. SLU ABŞ-da ilk federasiya sertifikatlı uçuş universiteti adı almışdır.


Universitetin akademik heyəti ümumi sayı 750-dən çox olan ixtisaslı müəllim və professorlardan ibarətdir. Təxminən 14,000-dən çox tələbənin təhsil aldığı universitet öz kampuslarında tələbələrin yerləşməsində və asudə vaxtlarını səmərəli şəkildə keçirə bilməkləri üçün imkan yaradır.


Universitetin yüksək keyfiyyətli tədris binaları və tələbələrə təqdim edilən ən son texniki avadanlıqlarla tələbələr üçün mükəmməl universitet şəraiti yaratmışdır. Tələbələr kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə iştirak edə bilər və eyni zamanda universitetin razılığı əsasında mədəni tələbələr özləri də tədbir təşkil edə bilərlər.


Universitetin Karyera Xidməti bir çox tələbələri təhsil aldığı müddət ərzində təcrübə proqramlarına və universiteti bitirdikdən sonra işə yerləşdirmə köməkliyi göstərir.

Amerika Birləşmiş Ştatlarında keyfiyyətli bir universitet təhsili üçün Saint Louis University beynəlxalq tələbələr üçün prioritet hesab edilən seçimlərdən biridir.



Bakalavr Proqramları

  1. Sənət və Elmlər Kolleci (College of Arts and Sciences)
  2. Elm və Mühəndislik Kolleci (School of Science and Engineering)
  3. İctimai Sağlamlıq və Sosial Ədalət Kolleci
  4. “SLU-Madrid” Kampusunda Təklif Edilən Bakalavr Proqramları
  5. Teoloji Araşdırmalar, B.A.


Onlayn Bakalavr Proqramları (Professional Studies)


Magistr Proqramları

  1. Elm və Mühəndislik Kolleci
  2. İctimai Sağlamlıq və Sağlamlıq İdarəçiliyi


Onlayn Magistr Proqramları


Doktorantura (Ph.D.) Proqramları

  1. Elm və Mühəndislik Kolleci
  2. İctimai Sağlamlıq Kolleci



Official website: https://www.slu.edu/

See the university: https://youtu.be/CYMBLYkEsPQ?feature=shared

Müraciət formu
icon-credit-card-online