Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1785485633660-HERO-Application_Img180183.webp
Teesside University

Teesside University

Böyük Britaniyada keyfiyyətli təhsil almaq istəyən tələbələr üçün Teesside University müasir təhsil mühiti, beynəlxalq nüfuzu və tələbəyönümlü yanaşması ilə seçilən universitetlərdən biridir. 1930-cu ildən fəaliyyət göstərən universitet bu gün həm Middlesbrough, həm də London kampuslarında tələbələrə geniş akademik imkanlar təqdim edir.

Teesside University-nin beynəlxalq nüfuzu

Teesside University beynəlxalq səviyyədə əldə etdiyi uğurlar və reytinqlərlə diqqət çəkir.

Universitet:

•⁠  ⁠Times Higher Education University of the Year 2025 adına layiq görülüb;

•⁠  ⁠Teaching Excellence Framework (TEF) 2023 üzrə Overall Gold reytinqi alıb;

•⁠  ⁠Daily Mail University Guide tərəfindən Modern University of the Year 2026 seçilib.

Bundan əlavə, universitet:

•⁠  ⁠Animation Career Review reytinqində animasiya üzrə dünyada 18-ci yerdə qərarlaşıb;

•⁠  ⁠Times Higher Education World University Rankings 2025 siyahısında yer alıb;

•⁠  ⁠International Student Barometer 2022 nəticələrinə əsasən tələbə məmnuniyyətinə görə dünyada 5-ci yeri tutub;

•⁠  ⁠Avropada Adobe Creative Campus statusunu alan ilk ali təhsil müəssisəsi olub və Apple Distinguished School kimi tanınıb.

Müasir kampuslar və əlverişli yerləşmə

Teesside University-nin əsas kampusu Middlesbrough, London kampusu isə Queen Elizabeth Olympic Park ərazisində yerləşir. Middlesbrough şəhəri İngiltərənin digər böyük şəhərlərinə rahat nəqliyyat əlaqələri təqdim edir və Manchester ilə Edinburgh şəhərlərinə təxminən 2,5 saatlıq qatar məsafəsində yerləşir.

London kampusu isə 2023-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb və rəqəmsal texnologiyalar və biznes istiqamətlərinə yönəlmiş proqramlar təqdim edir.

Dünya səviyyəli kampus infrastrukturu

Universitet son illərdə kampusun inkişafına böyük həcmdə investisiya yatırıb.

Kampusun inkişafına:

•⁠  ⁠£275 milyondan çox sərmayə qoyulub;

•⁠  ⁠əlavə olaraq £300 milyonluq inkişaf layihələri davam etdirilir.

Tələbələrin istifadəsinə təqdim olunan əsas obyektlərə aşağıdakılar daxildir:

•⁠  ⁠müasir kitabxana;

•⁠  ⁠Curve binası;

•⁠  ⁠Student Life Building;

•⁠  ⁠MIMA (School of Art & Creative Industries);

•⁠  ⁠Campus Heart;

•⁠  ⁠National Horizons Centre.

Niyə Teesside University?

Universitet müasir təhsil texnologiyalarına və sənaye ilə əməkdaşlığa xüsusi önəm verir.

Teesside University:

•⁠  ⁠TEF Gold reytinqinə malikdir;

•⁠  ⁠rəqəmsal təhsilə fokuslanır;

•⁠  ⁠Apple Distinguished School statusunu daşıyır;

•⁠  ⁠Adobe Creative Campus tərəfdaşıdır;

•⁠  ⁠Microsoft sertifikatlaşdırma imkanları təqdim edir;

•⁠  ⁠Süni İntellekt və Data Science sahəsində tədqiqatlar aparır;

•⁠  ⁠sənaye tərəfdaşlıqları və peşəkar əlaqələrə malikdir;

•⁠  ⁠müxtəlif proqramlar üzrə beynəlxalq akkreditasiyalar təqdim edir.

Beynəlxalq tələbələr üçün imkanlar

Universitetdə hazırda:

•⁠  ⁠18,000-dən çox tələbə;

•⁠  ⁠4,000-dən çox beynəlxalq tələbə təhsil alır.

Tələbələr 120-dən çox ölkədən gəlirlər.

Universitet həmçinin:

•⁠  ⁠beynəlxalq tələbə məmnuniyyətinə görə Böyük Britaniyada 1-ci yeri;

•⁠  ⁠ümumi beynəlxalq tələbə məmnuniyyətinə görə dünyada 5-ci yeri;

•⁠  ⁠öyrənmə texnologiyalarına görə isə 130 universitet arasında 1-ci yeri əldə edib.

Middlesbrough kampusunda tələbə həyatı

Əsas kampus şəhər mərkəzində yerləşir və mağazalara, restoranlara, əyləncə məkanlarına, qatar və avtobus stansiyalarına piyada təxminən 10 dəqiqəlik məsafədədir.

Universitet həmçinin:

•⁠  ⁠çoxsaylı mükafatlara layiq görülmüş Students’ Union-a;

•⁠  ⁠təhlükəsizlik üçün SafeZone tətbiqinə;

•⁠  ⁠müxtəlif sosial fəaliyyətlərə malikdir.

Tələbə yataqxanaları

Teesside University müxtəlif büdcələrə uyğun yaşayış imkanları təqdim edir. Yataqxanaların qiymətləri həftəlik təxminən £100–£175 arasında dəyişir. Universitet yataqxanalarının üstünlükləri:

•⁠  ⁠24/7 təhlükəsizlik;

•⁠  ⁠yüksək sürətli Wi-Fi;

•⁠  ⁠tələbə əmlakı üçün sığorta;

•⁠  ⁠təhlükəsiz və rahat mühit.


9 aylıq yaşayış, qidalanma, nəqliyyat və digər gündəlik xərclər birlikdə orta hesabla £10,224 təşkil edir.

İdman və kampus imkanları

Universitetdə Olympia Building daxil olmaqla müasir idman infrastrukturu fəaliyyət göstərir.

Tələbələr üçün:

•⁠  ⁠idman zalı;

•⁠  ⁠squash meydançası;

•⁠  ⁠AstroTurf meydançası;

•⁠  ⁠dırmanma divarı;

•⁠  ⁠fitness studiyası;

•⁠  ⁠sauna;

•⁠  ⁠buxar otağı;

•⁠  ⁠müxtəlif idman dərsləri mövcuddur.

Bundan əlavə, tələbələr Students’ Union vasitəsilə idman klublarına qoşula bilirlər.

Təhsil istiqamətləri

Universitet aşağıdakı məktəblər üzrə proqramlar təqdim edir:

•⁠  ⁠School of Health & Life Sciences;

•⁠  ⁠School of Social Sciences, Humanities & Law;

•⁠  ⁠School of Computing Engineering & Digital Technologies;

•⁠  ⁠Teesside University International Business School;

•⁠  ⁠School of Arts & Creative Industries.

London kampusunda isə əsasən aşağıdakı istiqamətlər təklif olunur:

•⁠  ⁠Business;

•⁠  ⁠Computer Science & Cyber Security;

•⁠  ⁠Computer Games;

•⁠  ⁠Health.

Qəbul tarixləri

Teesside University tələbələrə il ərzində bir neçə qəbul imkanı təqdim edir.

Əsas intake tarixləri:

•⁠  ⁠September

•⁠  ⁠January

•⁠  ⁠May

Təhsil haqqı və təqaüdlər

Təqdimatda göstərilən məlumata əsasən:

•⁠  ⁠Undergraduate proqramları – £17,000;

•⁠  ⁠1 illik Postgraduate proqramları – £17,000;

•⁠  ⁠2 illik Postgraduate proqramları – illik £10,000.


Universitet müxtəlif beynəlxalq təqaüdlər də təqdim edir.

Onlara daxildir:

•⁠  ⁠Vice Chancellor’s Scholarship – £7,000

•⁠  ⁠GREAT Scholarship – £10,000

•⁠  ⁠International Development Scholarship – £3,000

•⁠  ⁠Global Excellence Scholarship – £2,000

•⁠  ⁠Teesside Alumni Scholarship – £1,000

•⁠  ⁠London Campus Scholarship – £2,500

Mərkəzi Asiyadan müraciət edən tələbələr üçün isə £2,000 Academic Excellence Scholarship təqdim olunur.

Teesside University beynəlxalq reytinqləri, müasir kampusları, güclü akademik istiqamətləri, müxtəlif təqaüd imkanları və il ərzində bir neçə qəbul dövrü ilə Böyük Britaniyada təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar təqdim edir.

StudyNet sizə necə kömək edə bilər?

StudyNet Group komandası sizə Teesside University-də uyğun proqramın seçilməsi, müraciət prosesinin hazırlanması, qəbul sənədlərinin toplanması və təhsil imkanları haqqında ətraflı məlumat verə bilər. StudyNet Group ilə əlaqə saxlayaraq Böyük Britaniyada təhsil yolunuza inamla başlaya bilərsiniz.

Tel: +994 55 918 93 93 | +994 12 310 00 23

E-mail: [email protected] 

Müraciət formu
icon-credit-card-online