Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

The University of Massachusetts Lowell

The University of Massachusetts Lowell

University of Massachusetts Lowell (UMass Lowell) 1894-cü ildə Massaçusets ştatının Lowell şəhərində təsis edilmiş və bu gün ABŞ-ın aparıcı dövlət tədqiqat universitetlərindən biri olaraq tanınır. 18,000-dən çox tələbəsi və 7,000-dən çox fakültə və əməkdaşı ilə UMass Lowell innovativ və praktik yönümlü təhsil, yüksək səviyyəli tədqiqat imkanları və karyera hazırlığı təqdim edir. University of Massachusetts Lowell metrologiya, səs yazma texnologiyası, nüvə mühəndisliyi və plastika mühəndislikləri üzrə bakalavr təhsili verən az sayda universitetdən biridir. Universitet mühəndislik, biznes, tibb və sağlamlıq elmləri, təhsil və sosial elmlər, humanitar və incəsənət sahələrində yüksək nüfuza malikdir və bütün bu sahələrdə akkreditə olunmuşdur.


Xüsusilə, mühəndislik proqramları ABET tərəfindən tanınır, biznes məktəbi AACSB akkreditəsinə malikdir. Tələbə həyatı universitetdə zəngin və rəngarəngdir: 250-dən çox tələbə klubu və təşkilatı, 14 NCAA Division I idman komandası, beynəlxalq proqramlar və təcrübə imkanları tələbələrə akademik və şəxsi inkişaf üçün geniş imkanlar təqdim edir. Eyni zamanda, məzunların 96%-i iş tapır, magistr və ya doktorantura təhsilinə davam edir ki, bu da universitetin uğur və nüfuzunu göstərir.


Akademik Proqramlar


1.Manning Business Məktəbi

  1. Əsas ixtisaslar: Mühasibatlıq, Maliyyə, İdarəetmə, Marketinq, Biznesdə Girişimçilik və İnnovasiya, Əməliyyatlar və İnformasiya Sistemləri.


2. Francis Engineering Kolleci

  1. Proqramlar: Biomedikal Mühəndislik, Kimya Mühəndisliyi, Sənaye və Mexaniki Mühəndislik, Elektrik və Kompüter Mühəndisliyi, Plastik Mühəndislik, Və daha çox—ABET akkreditasiyası ilə.


3. İncəsənət, Humanitar və Sosial Elmlər Kolleci

  1. Proqramlar: Rəssamlıq və Dizayn, Cinayətkarlıq və Ədalət Araşdırmaları, İqtisadiyyat, Təhsil, İngilis dili, Tarix, Musiqi, Fəlsəfə, Siyasət Elmləri, Psixologiya, Sosilogiya, Dünya Dilləri və Mədəniyyətləri.


4. Zuckerberg Sağlamlıq Elmləri Kolleci

  1. Departamentlər: Biomedikal və Qidalanma Elmləri, Solomont Tibb Məktəbi (Tibb bacılığı), Fiziki Terapiya və Kinesiyologiya, İctimai Sağlamlıq.


5. Kennedy Təbiət Elmləri Kolleci

  1. Proqramlar: Biologiya, Kimya, Miner Kompüter və İnformasiya Elmləri Məktəbi, Ətraf-Mühit və Torpaq Elmləri, Riyaziyyat və Statistik, Fizika və Tətbiqi Fizika.


6. Honors Kolleci və Intercampus Dərs Mübadiləsi

  1. Honors Kolleci akademik mükəmməllik yolu ilə fərqli imkanlar təqdim edir, Intercampus Proqramları isə tələbələrə müxtəlif kampuslarda kurslar keçmək imkanı verir.



Rəsmi sayt: https://www.uml.edu/

Universiteti görmək üçün: https://youtu.be/kO3fQAsY7ws?feature=shared



Müraciət formu
icon-credit-card-online