Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

The University of South Florida

The University of South Florida

Cənubi Florida Universiteti (University of South Florida – USF) 1956-cı ildə Tampa şəhərində təsis edilmiş və qısa müddətdə ABŞ-ın aparıcı tədqiqat universitetlərindən birinə çevrilmişdir. 2018-ci ildən Florida Dövlət Universitetləri Sistemi çərçivəsində "Preeminent State Research University" statusu almışdır. 2023-cü ildə isə ABŞ və Kanadadakı 71 ən nüfuzlu tədqiqat universitetinin üzvü olan Amerika Universitetləri Assosiasiyasına (AAU) dəvət alaraq, bu sahədəki mövqeyini daha da möhkəmləndirmişdir . USF, Forbes tərəfindən 2025-ci ildə "Amerikanın Arzulanan İşəgötürənləri" siyahısına daxil edilən yeganə Florida universitetidir.


Universitetin akademik proqramları 14 fakültə üzrə təşkil olunmuş və 89 bakalavr, 139 magistr və ixtisas proqramı təklif edir . USF, həmçinin yüksək keyfiyyətli təhsil və karyera hazırlığı ilə tanınır, Princeton Review tərəfindən 2025-ci ildə ABŞ-ın ən yaxşı qiymətə təhsil verən universitetləri arasında yer almışdır.


USF-də tələbə həyatı zəngin və müxtəlifdir. Universitet, tələbələrinə geniş yaşayış və yemək imkanları, idman və əyləncə fəaliyyətləri, sosial klublar və könüllü proqramlar təklif edir. Tələbələr, həmçinin beynəlxalq təcrübə və tədqiqat imkanlarından da yararlana bilərlər. USF, tələbələrinin akademik və şəxsi inkişafını dəstəkləmək üçün müxtəlif resurslar və proqramlar təqdim edir.



Bakalavr Proqramları (B.A., B.S.)

  1. Biznes
  2. Təhsil
  3. Mühəndislik
  4. Kompüter Elmləri və Məlumat Texnologiyaları
  5. Hüquq və Dövlət Xidmətləri
  6. Sosial Elmlər
  7. Təbabət və Sağlamlıq Elmləri
  8. Təbiət Elmləri
  9. Ədəbiyyat və İncəsənət
  10. Dəniz Elmləri
  11. İqtisadiyyat və İdarəetmə
  12. İncəsənət və Dizayn


Magistr Proqramları (M.A., M.S., MBA və s.)

  1. Biznes və İdarəetmə
  2. Təhsil və Psixologiya
  3. Təbabət və Sağlamlıq Elmləri
  4. Hüquq və Dövlət Xidmətləri
  5. Mühəndislik və Texnologiya
  6. Kompüter Elmləri və Məlumat Texnologiyaları
  7. Sosial və Təbiət Elmləri
  8. İncəsənət və Humanitar Elmlər


Doktorantura Proqramları (Ph.D., Ed.D, M.D.)

  1. Biznes və İdarəetmə
  2. Mühəndislik və Texnologiya
  3. Təbabət və Sağlamlıq Elmləri
  4. Təbiət və Sosial Elmlər
  5. Kompüter Elmləri və Məlumat Texnologiyaları
  6. Humanitar Elmlər və İncəsənət


Rəsmi sayt: https://www.usf.edu/

Universiteti görmək üçün: https://youtu.be/MpsNtx1-1CU?feature=shared


Müraciət formu
icon-credit-card-online