Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.


University College London
University College London (UCL) Böyük Britaniyanın və dünyanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir. 1826-cı ildə Londonun mərkəzində təsis edilmiş UCL, Russell Group-un üzvü olmaqla yanaşı, multidissiplinar tədris yanaşması və qlobal akademik nüfuzu ilə seçilir. Universitet elmi-tədqiqat, innovasiya və cəmiyyətə təsir edən bilik istehsalını əsas prioritet kimi qəbul edir.
UCL tələbələrə yalnız akademik bilik deyil, eyni zamanda müstəqil düşüncə, problemlərin analitik həlli və qlobal kontekstdə qərarvermə bacarıqları qazandırmağa fokuslanır.
UCL, Oxford və Cambridge universitetləri ilə birlikdə “Qızıl Üçlüyü” formalaşdırır və Russel Grupun bir nümayəndəsidir. UCL-n hazırki müəllim və məzun heyəti ümumilikdə 29 Nobel Mükafatı qazanmışdır. Universitet tələbələri Böyük Ormond Uşaq xəstəxanası, Royal Free Xəstəxanası və Moorfield Göz Xəstəxanası kimi çox böyük xəstəxanalarla əməkdaşlıq edirlər. Beynəlxalq ofis, birinci və ikinci kurs başlamamışdan öncə xaricdən gələn tələbələr üçün bir oriyentasiya proqramı təşkil edir. UCL dünyanın hər yerindən 260-dan çox universitetlə aktiv tələbə mübadiləsi və tədqiqat əlaqələrinə malikdir. Foundation və Bakalavrın ilk illərində universitet beynəlxalq tələbələri yataqxana ilə təmin edir. Universitetin Bloomsbury Marble Arch və Hampstead kimi kampusları var. UCL-nin The Bartlett Faculty of the Built Environment memarlıq və şəhər planlaşdırma sahəsində dünyanın ən yüksək qiymətləndirilən fakültələrindən biridir və 2025-də bu sahədə dünyada birinci yeri tutub.
Niyə məhz bu universitet?
University College London xüsusilə tədqiqat yönümlü, yüksək akademik standartları olan və beynəlxalq səviyyədə tanınan diplom əldə etmək istəyən tələbələr üçün güclü seçimdir. Universitet Londonun mərkəzində yerləşdiyi üçün tələbələr həm akademik imkanlardan, həm də şəhərin təqdim etdiyi peşəkar və mədəni mühitdən maksimum yararlana bilirlər.
UCL bir çox sahə üzrə lider mövqedədir: memarlıq, mühəndislik, kompüter elmləri, səhiyyə, sosial elmlər və humanitar sahələr universitetin ən güclü istiqamətlərindəndir. Akademik proqramlar tələbələri gələcək magistratura, doktorantura, akademik karyera və ya beynəlxalq şirkətlərdə yüksək səviyyəli peşəkar fəaliyyət üçün hazırlayır.
UCL-nin The Bartlett Faculty of the Built Environment fakültəsi memarlıq və şəhər planlaşdırması sahəsində dünyanın ən yüksək reytinqə malik fakültələrindən biridir və 2025-ci il üzrə bu sahədə dünyada 1-ci yerə layiq görülmüşdür. Bu fakültə urbanistika, davamlı şəhər inkişafı və innovativ dizayn sahələrində qlobal akademik trendləri formalaşdırır.
Akademik proqramlar
University College London bakalavr səviyyəsində geniş akademik proqramlar təqdim edir, o cümlədən:
Architecture and Built Environment
- Business and Management
- Law
- Computer Science
- Engineering
- Biological Sciences
- Psychology
- Arts and Humanities
- Social Sciences
- Medical and Health Sciences
- Information Studies
- Economics and Finance
Proqramların əksəriyyəti tədqiqat əsaslıdır və seminarlar, layihələr, analitik yazılar və müstəqil işlər üzərində qurulub.
Tədris mühiti və tələbə təcrübəsi
UCL-də tədris elmi-tədqiqatla sıx şəkildə inteqrasiya olunub. Universitet dünya üzrə tanınmış akademik heyət, müasir laboratoriyalar, elmi mərkəzlər və geniş kitabxana resursları ilə tələbələr üçün güclü akademik mühit yaradır. Londonun mərkəzində yerləşmə tələbələrə beynəlxalq tədbirlərdə, konfranslarda və peşəkar şəbəkələrdə iştirak imkanı verir.
UCL-də 150-dən çox ölkədən gəlmiş tələbələr təhsil alır. Bu multikultural mühit dərslərdə müxtəlif baxış bucaqlarını təşviq edir və tələbələrin qlobal düşüncə tərzini inkişaf etdirir.
UCL-ə müraciət prosesində komandamız tələbələrə proqramların düzgün qiymətləndirilməsi, qəbul tələblərinin izahı və sənədlərin hazırlanması üzrə mərhələli dəstək göstərir. Məqsədimiz müraciət prosesinin aydın, planlı və stresssiz şəkildə aparılmasına kömək etməkdir.
Official website: https://www.ucl.ac.uk
Youtube video:https://www.youtube.com/watch?v=zRRg9VhEAew