Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

1768648391403-HERO-Greenwich-University.jpg
University of Greenwich

University of Greenwich

University of Greenwich Londonda, tarixlə müasirliyi birləşdirən cazibədar kampuslara sahib olan dövlət universitetidir. Universitet tələbələrə geniş akademik proqramlar, tətbiqi öyrənmə imkanları və Londonda peşəkar əlaqələr qurmaq üçün əlverişli mühit təqdim edir. Greenwic-in yerləşməsi Thames çayının sahilində və UNESCO Dünya İrsinə daxil olan Böyük Gəmiqayırma Muzeyinə yaxınlığı ilə də məşhurdur.


Niyə bu universiteti seçməlisiniz?

University of Greenwich, praktik tədris və karyera yönümlü öyrənmə axtaran tələbələr üçün çox uyğun universitetdir. Bu universitet biznes, mühəndislik, dizayn və logistika kimi sahələrdə real dünya təcrübəsinə əsaslanan təhsil verir. Tələbələr həm nəzəri dərslər, həm də real layihələr və staj imkanları ilə biliklərini genişləndirə bilərlər.



Greenwich Universiteti, filmlərdə tez-tez gördüyünüz Old Royal Naval College kompleksində yerləşir. Bu kampusda Pirates of the Caribbean, Thor, Les Misérables kimi filmlər, hətta The Crown və Bridgerton serialları çəkilib.

Yəni Greenwich-də təhsil alarkən film çəkiliş meydançasında yaşayır kimi hiss edəcəksiniz.


“Milli turizm mükafatı” qazananlar, “İlin Tələbə Tibb Bacısı”, “İnnovativ biznes ideyası ilə Hong Kong səfəri” qazananlar…Nobel mükafatı laureatı və “Broadband-in Ata”sı Professor Charles Kao da Greenwich məzunudur!


Universitetin binasında "əks olunan səs" fenomeni var! Painted Hall-un içində danışanda səsin özünə qayıtması (echo) baş verir. Bu səs effekti o qədər möhtəşəmdir ki, burda edilən hər söz sanki tarixdəki əks-səda olaraq geri qayıdır.


Akademik proqramlar

University of Greenwich bakalavr səviyyəsində təklif etdiyi proqramlara aşağıdakılar daxildir:

  1. Business və Management
  2. Engineering və Built Environment
  3. Computing və Digital Technologies
  4. Design və Creative Arts
  5. Maritime Studies
  6. Hospitality və Tourism Management
  7. Social Sciences və Psychology


Tədris mühiti və tələbə təcrübəsi

Greenwich kampusu müasir laboratoriyalar, istedad inkşaf mərkəzləri və təcrübə yönümlü tədris resursları ilə təchiz olunub. Universitet tələbələrə praktiki bacarıqlar, qrup işləri və layihə əsaslı öyrənmə imkanı verir. Xüsusən Londonun iş imkanlarına çıxış, staj və professional şəbəkə qurmaq üçün geniş perspektivlər yaradır.



University of Greenwich kampusu Thames çayının sahilində yerləşməsi və Greenwich Park, Kral Rəsədxanası və Kraliça Mary Muzeyi kimi Dünya İrsinə daxil olan görməli yerlərə yaxın olması ilə seçilir. Bu unikal mühit tələbə həyatını həm akademik, həm də mədəni baxımdan zənginləşdirir.


StudyNet komandası University of Greenwich-ə müraciət edən tələbələrə proqramların seçimi, qəbul şərtləri və müraciət sənədlərinin hazırlanması üzrə fərdi dəstək verir ki, müraciət prosesi daha aydın və rahat olsun.



Official website: https://www.gre.ac.uk

Youtube video:https://www.youtube.com/watch?v=ZsBJPaHnESY


Müraciət formu
icon-credit-card-online