Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!

Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

University of Massachusetts Boston (UMass Boston)

University of Massachusetts Boston (UMass Boston)

University of Massachusetts Boston (UMass Boston), 1972-ci ildə təsis edilmişdir və ABŞ-ın ən böyük universitet sistemlərindən biri olan Massachusetts Universiteti sisteminin tərkib hissəsidir. Boston şəhərinin yeganə dövlət tədqiqat universiteti olan UMass Boston, şəhərin cənub sahilində yerləşən Columbia Point yarımadasında yerləşir. Şəhər ictimai tədqiqat universitetidir və Massachusetts kampusu beş kampus içərisində üçüncü böyük kampusdur. UMass Boston Bostonda yeganə ictimai universitetdir.


Universitet, New England Higher Education Commission (NECHE) tərəfindən akkreditə olunmuşdur və bu akkreditasiya 2015-ci ildə yenilənmişdir . UMass Boston, həmçinin AACSB International tərəfindən akkreditə olunmuşdur, bu da onun biznes proqramlarının yüksək keyfiyyətini təsdiq edir.


Universitetin tələbə həyatı zəngin və müxtəlifdir. UMass Boston, tələbələrinə müxtəlif akademik proqramlar, tələbə klubları, idman fəaliyyətləri və sosial xidmət imkanları təqdim edir. Beacon Leadership Awards kimi mükafatlar, tələbələrin liderlik və icma xidmətini tanımaq məqsədini güdür.


UMass Boston universitetinin tərkibində 100-dən çox müxtəlif klub, tələbə təşkilatları, nəşriyyat, incəsənət qalereyası və 16 NCAA Division III sport teams mövcuddur.


Bakalavr Proqramları


  1. Biznes və İdarəetmə: Biznesin idarə edilməsi (BBA), Maliyyə, Marketinq, İnsan resursları, Beynəlxalq biznes, İqtisadiyyat
  2. Təhsil və İnsan İnkişafı: Erkən uşaqlıq təhsili, Məktəb psixologiyası, Təhsil liderliyi
  3. Təbii Elmlər və Riyaziyyat: Biologiya, Kimya, Riyaziyyat, Fizika, Kompüter elmləri
  4. Humanitar və Sosial Elmlər: Tarix, Sosiologiya, Psixologiya, Kriminalistika, Sosial iş, Ətraf mühit elmləri
  5. Dil və Ədəbiyyat: İngilis dili, Xarici dillər
  6. İncəsənət və Dizayn: İncəsənət, Musiqi, Teatr
  7. Sağlamlıq və İdman Elmləri: Fizioterapiya, İdman elmləri, Sağlamlıq elmləri


Magistr Proqramları


  1. Biznes və İdarəetmə: Biznesin idarə edilməsi (MBA), Maliyyə, Marketinq, İnsan resursları
  2. Təhsil və İnsan İnkişafı: Təhsil liderliyi, Məktəb psixologiyası, Məktəb məsləhətçiliyi
  3. İctimai Siyasət və İdarəetmə: İctimai siyasət, İctimai idarəetmə, Şəhər planlaşdırma
  4. Sağlamlıq və Sosial Xidmətlər: Sosial iş, Fizioterapiya, İdman və sağlamlıq elmləri
  5. Təbii Elmlər və Riyaziyyat: Biokimya, Biologiya, Riyaziyyat


Doktorantura Proqramları


  1. Biznes və İdarəetmə: Biznesin idarəetməsi
  2. Təhsil və İnsan İnkişafı: Təhsil, Məktəb psixologiyası
  3. İctimai Siyasət və İdarəetmə: İctimai siyasət və idarəetmə
  4. Təbii Elmlər və Riyaziyyat: Biologiya, Biokimya və Riyaziyyat
  5. Sağlamlıq və Sosial Xidmətlər: Sosial iş və Sağlamlıq elmləri və s.



Rəsmi sayt: https://www.umb.edu/

Universiteti görmək üçün: https://youtu.be/Jii8iXPABB8?feature=shared


Müraciət formu
icon-credit-card-online