Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

University of New Hampshire
1866-cı ildə qurulan University of New Hampshire (UNH), ABŞ-ın yalnız R1 kateqoriyalı ən yüksək tədqiqat statusuna malik azsaylı dövlət universitetlərindən biridir. Durham kampusu təbiət və texnologiyanın qovşağında yerləşən UNH, okean elmləri, dəniz mühəndisliyi, ətraf mühit tədqiqatları, kosmos araşdırmaları və kibertəhlükəsizlik sahələrində milli və beynəlxalq miqyasda tanınır. Universitet NASA, NOAA və Fortune 500 şirkətləri ilə sıx əməkdaşlıq edir, tələbələrə real layihələrdə iştirak və geniş təcrübə imkanları yaradır. 200-dən çox akademik proqram təklif edən UNH, güclü elmi bazası ilə yanaşı, tələbələrinə ABŞ-ın ən təhlükəsiz və ekoloji baxımdan sağlam kampuslarından birində zəngin tələbə həyatı təqdim edir.
Üç geniş kampusa (Durham, Manchester və Concord) malik universitetin hər bir kampusu müasir və təhlükəsiz bir mühitə sahibdir. Universitetin Durham kampusu, altı kollecdən ibarətdir və təxminən 60 hektar yaşıl ərazini əhatə edir. Universitetin geniş və yüksək standartlara cavab verən kampuslarında tələbələrə asudə vaxtlarını səmərəli və əyləncəli keçirə bilməkləri üçün istənilən şəraiti yaradır. Hər kampus unikal, stimullaşdırıcı tədris, öyrənmə və tədqiqat mühiti ilə yanaşı tələbələri yüksək komfortla təmin edir. Tələbələr yuxarıda qeyd olunan xidmətlərdən əlavə olaraq universitetin nəzdində fəaliyyət göstərən 35-dən çox tələbə klubuna və tələbə təşkilatlarına üzv ola bilərlər.
Bakalavr Proqramları (Undergraduate)
Təbiət və Ətraf Mühit Elmləri
- Ətraf Mühit Mühəndisliyi
- Ətraf Mühit Elmləri (Ekosistemlər, Geosistemlər, Hidrologiya, Torpaq və Su Hövzələri)
- Meşəçilik
- Dəniz, Şirin Su və Ekosistem Biologiyası
- Neyroelm və Davranış
- Biologiya
- Fizika
- Kimya
Mühəndislik və Texnologiya
- Mexaniki Mühəndislik
- Elektrik və Kompüter Mühəndisliyi
- Okean Mühəndisliyi
- İnformasiya Texnologiyaları
- Data Elmi
- Kiber Təhlükəsizlik və Analitika
Biznes və İdarəetmə
- Biznesin İdarə Olunması
- Marketinq
- İnsan Resurslarının İdarə Edilməsi
- İdarəetmə və Liderlik
- İdman Menecmenti və Liderlik
- Təchizat Zənciri və Logistika İdarəçiliyi
Sosial və Humanitar Elmlər
- Tarix
- Fəlsəfə
- Sosiologiya
- Politologiya
- Psixologiya
- Kriminalistika və Hüquqşünaslıq
- Beynəlxalq Münasibətlər
- Gender və Qadın Araşdırmaları
Dillər, İncəsənət və Yaradıcılıq
- İngilis Dili və Ədəbiyyatı
- Fransız Dili
- İspan Dili
- Dilçilik
- Musiqi (İfaçılıq, Bəstəkarlıq, Dirijorluq)
- İncəsənət və Qrafik Dizayn
- Teatr və Səhnə Sənəti
Səhiyyə və Sosial Xidmətlər
- Tibb Bacılığı (Nursing)
- Qidalanma və Dietologiya
- İctimai Səhiyyə
- Sosial İş
- İnsan İnkişafı və Ailə Araşdırmaları
- Reabilitasiya və İstirahət İdarəçiliyi
Magistratura və Doktorantura Proqramları (Graduate)
Elmi-Tədqiqat və Təbiət Elmləri
- Dəniz Biologiyası (M.S., Ph.D.)
- Okeanoqrafiya (M.S., Ph.D.)
- Hidrologiya
- Neyroelm və Davranış (M.S., Ph.D.)
- Mikrobiologiya (M.S., Ph.D.)
- Molekulyar və Hüceyrə Biotexnologiyası (M.S.)
- Təbii Resurslar və Ətraf Mühit Araşdırmaları (M.S., Ph.D.)
Mühəndislik və Texnologiya
- Mexaniki Mühəndislik (M.Eng., M.S., Ph.D.)
- Elektrik və Kompüter Mühəndisliyi (M.Eng., M.S., Ph.D.)
- Okean Mühəndisliyi və Xəritəçəkmə
- Məlumat Elmləri və Analitika
- Layihə İdarəçiliyi (M.S., Sertifikat)
Sosial və Humanitar Elmlər
- İqtisadiyyat (M.S., Ph.D.)
- Tarix (M.A., Ph.D.)
- Sosiologiya (M.A., Ph.D.)
- İngilis Dili və Ədəbiyyatı (M.A., Ph.D.)
- Ədəbiyyat və Dilçilik: TESOL və Tətbiqi Dilçilik
- Ədəbiyyat üzrə Liberal Araşdırmalar (M.A.L.S.)
- Ədalət Araşdırmaları (M.A.)
- İctimai Siyasət (M.P.P., İki Diplomlu Proqram – J.D./M.P.P.)
Biznes və İdarəetmə
- Maliyyə (M.S.)
- Biznes İdarəçiliyi (MBA – müxtəlif ixtisaslaşmalar)
- İctimai İdarəetmə (M.P.A., İcraçı M.P.A.)
- Qlobal Münaqişə və İnsan Təhlükəsizliyi (M.S.)
- Əməliyyatların İdarəedilməsi (M.S.)
Səhiyyə və Sosial Xidmətlər
- İctimai Səhiyyə (M.P.H., Sertifikat)
- Tibb Bacılığı (M.S.N., D.N.P.)
- Sosial İş (M.S.W., İki Diplomlu variantlar)
- Qidalanma və Qida Elmləri (M.S., Ph.D.)
- Peşə Terapiyası (M.S., OTD)
- Kinezologiya və Fizioloji Elmlər
- Ailə və Nigah Terapiyası (M.S.)
Rəsmi sayt: https://www.unh.edu/
Universiteti görmək üçün: https://youtu.be/ooz7LdiUQkc?feature=shared