Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

Woolf University
Woolf Universiteti, 2018-ci ildə Joshua Broggi tərəfindən təsis edilmiş və ilk qlobal kollegial ali təhsil müəssisəsi olaraq fəaliyyətə başlamışdır. Malta Ali Təhsil və Peşə Təhsili Avtoriteti (MFHEA) tərəfindən akkreditə olunmuşdur və bu akkreditasiya Avropa Təhsil Sahəsi (EHEA) çərçivəsində tanınır, bu da təhsil kreditlərinin və diplomlarının Avropa İttifaqı daxilində daşınmasını təmin edir . Universitetin məqsədi, yüksək keyfiyyətli təhsili dünya miqyasında əlçatan etmək və tələbələrə müxtəlif akademik sahələrdə uğurlu karyera qurmaq üçün lazım olan bilik və bacarıqları qazandırmaqdır.
Woolf, öz tələbələrini və fakültələrini idarə edən, lakin universitetin ümumi standartları altında birləşən üzv kolleclərə sahib Kaliforniya Universiteti və London Universitetinin əsasında modelləşdirilmişdir.
Bunlarla yanaşı, bütün sahələrdə Woolf maraq, intellektual nizam-intizam və ifadə aydınlığı dəyərlərini aşılamağa çalışır. Qeyd olunmalıdır ki, Woolf hər zaman tədqiqat yönümlü təhsilə və tədrisə üstünlük verir və Woolf öz professor-müəllim heyətini əsaslı tədqiqatlarla məşğul olmağa təşviq edir. Həmçinin bütün üzv kolleclərdəki bütün tədris olunan proqramlar eyni elmi mükəmməllik standartlarına cavab verir və bütün kurslar Avropa Standartları Rəhbərliyinə əsaslanan akademik ekspert rəyindən və keyfiyyət təminatı prosesindən keçir.
Tədris Kollecləri:
- Scaler Neovarsity
- Metis
- GoIT Neoversity
- AlmaBetter Innovarsity
- UGNXT
- Breathe For Change
- Oneday
- Directors' Institute
- Exeed College
- Learnbay
- Data Science Institute
- The Global Leaders Institute
- Global Center for Advanced Studies
- GMC School of Technology
- WeStride Institute of Technology
- ALTIS Higher Education
- Studienzentrum Hohe Warte
Woolf Universiteti kompüter elmləri, biznes idarəçiliyi, sosial və humanitar elmlər, təhsil, maliyyə, liderlik və digər sahələri əhatə edən bakalavr, magistr və doktorantura proqramları təklif edir.
Rəsmi sayt: https://woolf.university/
Universiteti görmək üçün: https://youtu.be/3X8ZCTEZ20k?feature=shared