Beynəlxalq Təhsil, Yeni Təcrübələr və Fürsətlər Sizi Gözləyir!
Dünyanın aparıcı universitetlərini kəşf edin, uyğun proqramı seçin və beynəlxalq karyera üçün dəstək əldə edin.

SNG Xaricdə Təhsil Sərgisi - Yaz 2024
Dünyanın yüksək reytinqli 100 universiteti Bakıya gəlir!
Böyük məmnuniyyətlə bildiririk ki, Studynet Group akademik gələcəyini prestijli beynəlxalq təhsil müəssisələrində görən tələbələri ilin ilk iri təhsil sərgisinə, 6 aprel 2024-cü il tarixində, dəvət edir.
Sərgi 8–11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri üçün açıqdır.
Studynet Group ABŞ, Birləşmiş Krallıq, Kanada və Avropanın bir çox universitetləri, təhsil mərkəzləri və dil kursları ilə sıx əməkdaşlıq edir. Bu uğurlu tərəfdaşlıqlar sayəsində Azərbaycanlı gənclərə yüksək səviyyəli beynəlxalq təhsil almaqda dəstək göstərilir.
İllərdir silsilə tədbir olaraq keçirilən StudyNet Xaricdə Təhsil Sərgisi minlərlə tələbənin xaricdə təhsil almağa və arzularını gerçəkləşdirməyə imkan yaratmışdır. 10 ildən artıq təcrübəyə malik təhsil məsləhətçilərimiz sizə universitet və akademik proqram seçimi, həmçinin elmi dərəcələrinizə və arzuladığınız ali təhsilə uyğun variantın müəyyən edilməsində kömək etməyə hazırdırlar.
Xaricdə Təhsil Sərgisi, beynəlxalq reytinqli universitetləri bir ünvanda toplayacaq və Landmark Baku-da keçiriləcəkdir. Sərgidə iştirak edərək siz:
- 150+ beynəlxalq universitet və məktəbin nümayəndələri ilə görüşə biləcəksiniz
- ABŞ, Birləşmiş Krallıq, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən olan 30+ universitetin rəsmi nümayəndələri ilə birbaşa tanış ola biləcəksiniz
- Sizin üçün uyğun proqramlar və imkanlar haqqında məlumat ala biləcəksiniz
- Tam və qismən ödənişli təqaüdlər, təhsil haqları, endirimlər, proqram üstünlükləri və gələcək karyera imkanları barədə geniş məlumat əldə edə biləcəksiniz
Tarix: 6 aprel 2024
Saat: 12:00 – 17:00
Qeyd: Sərgiyə giriş pulsuzdur, lakin qeydiyyat tələb olunur
Ünvan: Landmark Baku, Rotunda zalı
6 aprel 2024-cü il tarixində sərgidə aşağıdakı universitetlər rəsmi şəkildə təmsil olunacaq:
- University of Westminster
- Schiller International University
- Solent University
- Middlesex University
- Northumbria University
- University of South Wales
- London Metropolitan University
- University of Roehampton
- Heriot-Watt University
- Kaplan International Pathways
- Coventry University
- Cardiff Sixth Form College
- Essex University
- Edinburgh University
- University of East London
- Corvinus University of Budapest
- EU Business School
- Hult International Business School
- Swiss School of Business and Management Geneva
- Webster University Geneva
- City, University of London
- Duke Education
- Barton Business School
- QA Higher Education
- Barcelona Executive Business School (BEBS)
Studynet Group-un təşkilatçılığı ilə baş tutacaq 2024 Xaricdə Təhsil Sərgisində iştirak edərək sizin üçün uyğun universiteti seçin.
TOP reytinqli və etibarlı təhsil müəssisələri ilə görüşmək və gələcək akademik istiqamətinizi müəyyən etmək fürsətini qaçırmayın!
Apr 6, 2024
12:00 - 17:00
Landmark Baku, Rotunda zalı