Beynəlxalq Təhsil, Yeni Təcrübələr və Fürsətlər Sizi Gözləyir!

Dünyanın aparıcı universitetlərini kəşf edin, uyğun proqramı seçin və beynəlxalq karyera üçün dəstək əldə edin.

1765521249981-HERO-student-with-backpack-flags-scene.jpg

StudyNet Beynəlxalq Xaricdə Təhsil Sərgisi - Fall 2024

Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istəyirik ki, Studynet Group akademik gələcəyini prestijli beynəlxalq təhsil müəssisələrində görən gəncləri 26 oktyabr tarixində ilin ən böyük Xaricdə Təhsil Sərgisinə dəvət edir.


Sərgi 8-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri üçün açıqdır.

Studynet Group şirkəti ABŞ, Birləşmiş Krallıq, Kanada və Avropanın bir çox ali təhsil müəssisələri, təhsil mərkəzləri və dil kursları ilə sıx əməkdaşlıq edərək, bu uğurlu tərəfdaşlıqlar sayəsində Azərbaycanlı gənclərin yüksək səviyyəli beynəlxalq təhsil almasına dəstək verir.


İllərdir silsilə tədbir olaraq keçirilən StudyNet Xaricdə Təhsil Sərgisi minlərlə tələbənin xaricdə təhsil almasına və arzularını gerçəkləşdirməsinə yol açmışdır. 10 ildən artıq peşəkar təcrübəyə sahib təhsil məsləhətçiləri, sizə universitet və akademik proqram seçimində yardımçı olmağa, həmçinin elmi dərəcələrinizə və xəyalını qurduğunuz ali təhsilə ən uyğun variantı tapmaqda kömək etməyə hazırdırlar.


Beynəlxalq reytinqli universitetləri bir ünvanda toplayacaq “Xaricdə Təhsil Sərgisi” Landmark Baku-da keçiriləcəkdir. Sərgidə iştirak etməklə, 150+ beynəlxalq reytinqli universitet və məktəbin təmsil olunduğu, 30+ ABŞ, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən olan universitetlərin rəsmi nümayəndələri ilə birbaşa görüşüb sizə uyğun proqram seçimi, tam və ya qismən ödənişli təqaüdlər, təhsil haqqı, endirimlər və proqram üstünlükləri haqqında geniş məlumat ala bilərsiniz.


Tarix: 26 oktyabr, 2024-cü il

Saat: 12:00-dan 17:00-dək

Qeyd: Sərgini ziyarət ödənişsizdir, qeydiyyat isə zəruridir.

Ünvan: Landmark Baku, Rotunda zalı

26 Oktyabr 2024 Xaricdə Təhsil Sərgisində aşağıda qeyd olunan universitetlər rəsmi şəkildə təmsil olunacaq:

  1. University of Westminster
  2. Schiller International University
  3. University of Greenwich
  4. Solent University
  5. Middlesex University
  6. Northumbria University
  7. University of South Wales
  8. London Metropolitan University
  9. University of Roehampton
  10. Heriot-Watt University
  11. Kaplan International Pathways
  12. Coventry University
  13. Cardiff Sixth Form College
  14. Essex University
  15. Edinburgh University
  16. University of East London
  17. Corvinus University of Budapest
  18. EU Business School
  19. Hult International Business School
  20. Swiss School of Business and Management Geneva
  21. Webster University Geneva
  22. City, University of London
  23. Duke Education
  24. Barton Business School
  25. QA Higher Education
  26. Barcelona Executive Business School (BEBS)

StudyNet Group-un təşkilatçılığı ilə baş tutacaq 2024 Xaricdə Təhsil Sərgisində iştirak edərək, gələcəyiniz üçün ən doğru universiteti seçməyə tələsin.

TOP reytinqli və etibarlı təhsil müəssisələri ilə görüşmək və akademik istiqamətinizi müəyyən etmək fürsətini qaçırmayın!

  • Oct 26, 2024

  • 12:00 - 17:00

  • Landmark Baku, Rotunda Hall