Sərhədləri Aşın Yeni Üfüqləri Kəşf Edin!
Xaricdə təhsil almaq istəyirsiniz? Biz sizə universitet və kolleclərdə ən yaxşı seçimləri təqdim edir, sizi fərqləndirəcək strategiyanı təqdim edirik!

American University Beynəlxalq Tələbələr üçün Magistratura Təhsili İmkanlarını Genişləndirir
Jun 11, 2026 - Jun 11, 2027American University beynəlxalq tələbələr üçün magistratura təhsili imkanlarını daha da genişləndirərək bir neçə fərqli qəbul və hazırlıq yolu təqdim edir. Birbaşa magistratura qəbulu, Graduate Gateway Program (GGP) və English Language and Training Academy (ELTA) tərəfindən təqdim olunan Intensive English Program vasitəsilə tələbələr həm akademik, həm də dil hazırlıqlarını gücləndirərək ABŞ-da ali təhsilə uğurlu keçid edə bilirlər.
Vaşinqton şəhərində yerləşən American University beynəlxalq yönümlü təhsil modeli, yüksək akademik standartları və müxtəlif sahələr üzrə təklif etdiyi proqramlarla tanınır. Universitet hazırda 140-dan çox magistratura, doktorantura və sertifikat proqramı təqdim edir. Bu proqramlar tələbələrə biznes, beynəlxalq münasibətlər, dövlət siyasəti, kommunikasiya, hüquq, təhsil, incəsənət, elm və digər sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Universitet həm akademik inkişaf, həm peşəkar yüksəliş, həm də tədqiqat fəaliyyətləri ilə maraqlanan tələbələr üçün geniş imkanlar təqdim edir. Dünyanın müxtəlif ölkələrindən gələn tələbələr burada qlobal problemlərin həllinə töhfə vermək, liderlik bacarıqlarını inkişaf etdirmək və beynəlxalq səviyyədə rəqabətədavamlı karyera qurmaq üçün təhsil alırlar.
American University-də Birbaşa Magistratura Qəbulu
American University-də magistratura təhsili almaq istəyən tələbələr müraciətlərini birbaşa seçdikləri proqram və fakültə vasitəsilə həyata keçirirlər.
Magistratura proqramları aşağıdakı akademik bölmələr üzrə təklif olunur:
- College of Arts and Sciences (CAS)
- Kogod School of Business (KSB)
- School of International Service (SIS)
- School of Communication (SOC)
- Baker School of Education
- School of Public Affairs (SPA)
- Washington College of Law (WCL)
Hər məktəb və fakültə qəbul prosesini ayrıca idarə edir. Tələbələr maraqlandıqları proqramlar haqqında məlumat əldə edə, akademik məsləhətçilərlə əlaqə saxlaya və müraciətlərini birbaşa həyata keçirə bilərlər. Universitetdə 140-dan çox magistratura, doktorantura və sertifikat proqramı mövcuddur. Bu proqramlar tələbələrə ixtisas biliklərini dərinləşdirmək, yeni bacarıqlar əldə etmək və müxtəlif sahələrdə peşəkar inkişaf imkanlarından yararlanmaq imkanı verir.
American University uzun illərdir dövlət idarəçiliyi, beynəlxalq münasibətlər, siyasət, tədqiqat, biznes və kommunikasiya sahələrində lider mütəxəssislərin hazırlanması ilə tanınır. Universitet tələbələrə qlobal problemləri araşdırmaq, innovativ həllər hazırlamaq və liderlik potensiallarını inkişaf etdirmək üçün əlverişli akademik mühit təqdim edir.
Universitetin təqdim etdiyi məlumatlara əsasən:
- Magistratura tələbələrinin 86%-i maliyyə dəstəyi alır
- Magistratura tələbələrinin 44%-i təhsillərini part-time formada davam etdirir
- Tələbələrin 30%-i onlayn proqramlarda təhsil alır
Bu göstəricilər universitetin tələbələrə çevik və əlçatan təhsil imkanları təqdim etdiyini göstərir.
Magistratura Proqramları üçün İngilis Dili Tələbləri
American University-də əksər MA və MS proqramları üçün yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.
Standart qəbul tələbləri adətən aşağıdakı nəticələri əhatə edir:
- TOEFL – 100
- IELTS – 7.0
- Duolingo – 120
Bununla yanaşı, universitet akademik baxımdan qəbul üçün uyğun olan, lakin ingilis dili nəticələri tələb olunan minimum səviyyədən bir qədər aşağı olan tələbələr üçün əlavə alternativ təqdim edir. Bu alternativ Graduate Gateway Program vasitəsilə həyata keçirilir.
Graduate Gateway Program (GGP) – Magistraturaya Keçid Proqramı
Graduate Gateway Program (GGP) magistratura təhsilinə başlamaq istəyən, lakin əlavə akademik ingilis dili hazırlığına ehtiyacı olan beynəlxalq tələbələr üçün yaradılmış xüsusi keçid proqramıdır. Proqram magistratura təhsilinə başlamazdan əvvəl tələbələrin akademik ingilis dili bacarıqlarını inkişaf etdirməyə və ABŞ universitet mühitinə uyğunlaşmalarına kömək edir.
GGP yalnız dil hazırlığı proqramı deyil. Proqram tələbələrə ABŞ-da magistratura səviyyəsində təhsil sistemini, akademik gözləntiləri, universitet mühitini və tədris metodlarını daha yaxından tanımaq imkanı yaradır. Tələbələr ayrıca GGP-yə müraciət etmirlər. Onlar əvvəlcə seçdikləri magistratura proqramına müraciət edir, daha sonra uyğun olduqları halda Graduate Gateway Program vasitəsilə qəbul prosesini davam etdirirlər.
Proqram aşağıdakı məktəblərə müraciət edən tələbələr üçün əlçatandır:
- College of Arts and Sciences (CAS)
- Kogod School of Business (KSB)
- School of International Service (SIS)
- School of Communication (SOC)
- Baker School of Education
- School of Public Affairs (SPA)
- Washington College of Law (WCL)
Şərti Qəbul İmkanı
Akademik baxımdan qəbul üçün uyğun olan, lakin standart ingilis dili nəticələrinə çatmayan tələbələr Graduate Gateway Program vasitəsilə şərti qəbul əldə edə bilərlər.
GGP üçün tələb olunan minimum dil göstəriciləri:
- TOEFL – 85
- IELTS – 6.5
- Duolingo – 110
Bu imkan tələbələrə magistratura təhsillərini təxirə salmadan əlavə dil hazırlığı keçərək proqramlarına başlamağa şərait yaradır.
Proqram Müddəti, Təhsil Haqqı və Yaşayış
Graduate Gateway Program yalnız yay semestri ərzində keçirilir.
2027-ci il üçün proqramın tarixləri:
28 iyun 2027 – 5 avqust 2027
Proqram təxminən 7 həftə davam edir və tələbələri payız semestrində başlayacaqları magistratura təhsilinə hazırlayır.
Təhsil haqqı:
10.000 ABŞ dolları
Proqram iştirakçıları yay müddətində kampus daxilində yerləşən yataqxanalardan istifadə edə bilirlər. Universitet həmçinin bəzi hallarda tələbələrin payız semestrində də kampus yaşayışından yararlana bilməsi imkanını nəzərdən keçirir.
Graduate Gateway Program Kurikulumu
GGP kurikulumu magistratura səviyyəsində uğur qazanmaq üçün lazım olan akademik və dil bacarıqlarının inkişafına yönəlib. Dərslər həftənin bazar ertəsi–cümə axşamı günləri keçirilir və ümumilikdə həftədə 18 saat tədris həyata keçirilir.
Tələbələr aşağıdakı fənləri öyrənirlər:
ELTA-072 Graduate Critical Reading Skills- Bu kurs tələbələrə akademik mətnləri təhlil etmək, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və magistratura səviyyəsində oxu strategiyalarını mənimsəmək imkanı verir.
ELTA-080 Graduate Academic Communication-Kurs akademik ünsiyyət bacarıqlarının inkişafına yönəlib və tələbələrə təqdimatlar, müzakirələr və peşəkar kommunikasiya sahəsində təcrübə qazandırır.
ELTA-081 Introduction to Graduate Academic Writing- Bu kurs akademik yazı bacarıqlarını inkişaf etdirir və tələbələrə tədqiqat əsaslı yazılar, analitik esse və akademik layihələrin hazırlanması üzrə biliklər təqdim edir.
Magistratura Təhsilinə Keçid
Graduate Gateway Program-ı uğurla tamamlayan tələbələr seçdikləri magistratura proqramına birbaşa keçid əldə edirlər.
Bunun üçün tələbələr hər kurs üzrə minimum:
Bu qiyməti və ya daha yüksək nəticə əldə etməlidirlər.
Proqram çərçivəsində kursların təkrarlanması nəzərdə tutulmur. Ən vacib üstünlüklərdən biri isə odur ki, tələbələrdən proqramı bitirdikdən sonra əlavə IELTS, TOEFL və ya digər ingilis dili imtahanı tələb olunmur. Keçid tamamilə proqram ərzində göstərilən akademik nəticələr əsasında həyata keçirilir.
ELTA Intensive English Program- American University həmçinin English Language and Training Academy (ELTA) vasitəsilə Intensive English Program təqdim edir.
Bu proqram Graduate Gateway Program-dan fərqli olaraq keçid proqramı deyil və ingilis dili bacarıqlarını inkişaf etdirmək istəyən tələbələr, peşəkarlar və digər dil öyrənənlər üçün nəzərdə tutulub.Dərslər birbaşa American University kampusunda keçirilir və təcrübəli müəllimlər tərəfindən tədris olunur.
Intensive English Program Kimlər Üçündür?
Proqram aşağıdakı şəxslər üçün uyğun hesab olunur:
- ABŞ-da bakalavr təhsilinə hazırlaşan tələbələr
- ABŞ-da magistratura təhsilinə hazırlaşan tələbələr
- İngilis dili bacarıqlarını peşəkar məqsədlər üçün inkişaf etdirmək istəyən şəxslər
- Danışıq, dinləmə, yazı və qrammatika bacarıqlarını gücləndirmək istəyən tələbələr
- Vaşinqton şəhərində tam immersiv təhsil təcrübəsi yaşamaq istəyən şəxslər
- Dünyanın müxtəlif ölkələrindən olan insanlarla ünsiyyət qurmaq istəyən tələbələr
Intensive English Program üçün Qəbul Tələbləri
Proqrama müraciət edən şəxslər:
- Orta məktəb təhsilini başa vurmuş olmalıdırlar
- Universitet təhsili almaq hüququna malik olmalıdırlar
Minimum dil tələbləri:
- TOEFL 50+
- IELTS 4.0
- Duolingo 55
- Pearson Express 40
Bu göstəricilər proqramı ingilis dili bacarıqlarını yeni inkişaf etdirməyə başlayan tələbələr üçün də əlçatan edir.
Beynəlxalq Tələbələr üçün Geniş İmkanlar
American University birbaşa magistratura qəbulu, Graduate Gateway Program və Intensive English Program vasitəsilə beynəlxalq tələbələrə müxtəlif səviyyələrdə dəstək göstərir. Tələbələr istər birbaşa magistraturaya qəbul olmaq, istər əlavə akademik ingilis dili hazırlığı keçmək, istərsə də ümumi dil bacarıqlarını inkişaf etdirmək istəsinlər, universitet onların məqsədlərinə uyğun müxtəlif təhsil imkanları təqdim edir.
Bu proqramlar tələbələrə ABŞ-da ali təhsilə hazırlaşmaq, akademik mühitə uyğunlaşmaq, dil bacarıqlarını inkişaf etdirmək və gələcək peşəkar fəaliyyətləri üçün möhkəm təməl yaratmaq imkanı verir.
StudyNet ilə Xaricdə Təhsil İmkanlarını Kəşf Edin
StudyNet tələbələrə uyğun proqramların seçilməsi, qəbul tələblərinin öyrənilməsi, sənədlərin hazırlanması və xaricdə təhsil müraciətlərinin həyata keçirilməs prosesində peşəkar dəstək göstərir. Studynet komandamız tələbələrin akademik və karyera hədəflərinə uyğun təhsil imkanlarını müəyyən etmələrinə kömək edir.
Tel: +994 55 918 93 93 ; +994 12 310 00 23
Mail: [email protected]