Sərhədləri Aşın Yeni Üfüqləri Kəşf Edin!

Xaricdə təhsil almaq istəyirsiniz? Biz sizə universitet və kolleclərdə ən yaxşı seçimləri təqdim edir, sizi fərqləndirəcək strategiyanı təqdim edirik!

1778071893670-HERO-unnamed-(2).png

St Clare’s 2026 Yay Proqramı Çərçivəsində Yeni Leadership & Sustainability Kursunu Təqdim Edir!

St Clare’s, Oxford 2026 yay proqramları çərçivəsində Surrey şəhərində yerləşən Merrist Wood kampusunda keçiriləcək yeni Leadership & Sustainability kursunu təqdim edib. University of Surrey və CIFAL Surrey tərəfdaşlığı ilə hazırlanmış proqram universitet səviyyəli tədrisi praktiki dayanıqlılıq təcrübəsi ilə birləşdirən premium residential summer school formatında təşkil olunur.

Proqram eyni zamanda BMT-nin Təlim və Tədqiqat İnstitutu olan UNITAR tərəfindən təsdiqlənib və sertifikatlaşdırılır. Bu isə iştirak edən tələbələrə beynəlxalq səviyyədə tanınan akademik təcrübə və sertifikat əldə etmək imkanı yaradır.


Proqram Haqqında

15–17 yaş arası tələbələr üçün nəzərdə tutulmuş proqram dayanıqlılıq, liderlik və qlobal məsuliyyət mövzularına fokuslanır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (UN SDGs) əsasında hazırlanmış proqram akademik bilikləri praktiki və real həyat tətbiqləri ilə birləşdirərək tələbələrin həm təhsil, həm də gələcək karyera həyatında istifadə edə biləcəyi bacarıqları inkişaf etdirməsinə kömək edir.


Proqram çərçivəsində tələbələr:

İqlim dəyişikliyi, qida sistemləri və sosial bərabərsizlik kimi qlobal problemləri araşdıracaqlar

Təşkilatların korporativ sosial məsuliyyət və sosial təsir təşəbbüsləri vasitəsilə bu problemlərə necə cavab verdiyini öyrənəcəklər

Komanda işi, ünsiyyət və strateji düşüncə kimi liderlik bacarıqlarını inkişaf etdirəcəklər

Real həyat nümunələri və birgə layihələr üzərində işləyəcəklər. Tələbələr həmçinin University of Surrey kampusunu ziyarət edərək universitet həyatı və Böyük Britaniyada universitet müraciət prosesi haqqında daha yaxından məlumat əldə edəcəklər.


Proqramın Üstünlükləri

BMT Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində qlobal problemləri araşdırmaq. Tələbələr iqlim dəyişikliyi, qida sistemləri, sosial bərabərsizlik, korporativ sosial məsuliyyət və sosial təsir kimi aktual mövzuları BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində öyrənəcəklər.


Gələcək üçün liderlik bacarıqlarını inkişaf etdirmək

Proqram tələbələrin özünəinam, komanda işi, ünsiyyət və strateji düşüncə bacarıqlarını inkişaf etdirməyə yönəlib və onları gələcək akademik və professional mühitə hazırlayır.


University of Surrey ekspertləri ilə öyrənmək

Tələbələr University of Surrey Institute for Sustainability akademikləri tərəfindən keçirilən interaktiv workshop və sessiyalarda iştirak edəcəklər. Sessiyalar biomüxtəliflik, davranış dəyişikliyi, ətraf mühit sistemləri və dayanıqlı inkişaf kimi mövzuları əhatə edir.


Beynəlxalq səviyyədə tanınan təhsil təcrübəsi əldə etmək

CIFAL Surrey ilə birgə hazırlanmış və UNITAR tərəfindən təsdiqlənmiş proqram tələbələrə beynəlxalq səviyyədə tanınan dayanıqlılıq və liderlik təcrübəsi təqdim edir.


Real layihələr üzərində praktiki şəkildə işləmək

Tələbələr praktiki case study-lər, collaborative projects və dayanıqlılıq problemlərinə yönəlmiş layihələr üzərində işləyərək akademik nəzəriyyəni real həyat problemləri ilə əlaqələndirəcəklər.


Merrist Wood kampusunda immersive learning experience

400 akrlıq countryside ərazisində yerləşən Merrist Wood kampusu qədim meşələr, working farm və müxtəlif təbii mühit ilə dayanıqlılıq təhsilini praktiki şəkildə öyrənmək üçün ideal şərait yaradır.


Universitet həyatı və qlobal perspektivlərlə tanış olmaq

University of Surrey kampusuna səfər edən tələbələr Böyük Britaniyada universitet təhsili haqqında daha yaxından məlumat əldə edəcək və müxtəlif ölkələrdən olan tələbələrlə əməkdaşlıq imkanı qazanacaqlar.


Dəstəkləyici və beynəlxalq təhsil mühiti

Kiçik qruplar, ekspert müəllim heyəti və beynəlxalq tələbə mühiti tələbələrin özünəinam, yaradıcılıq və şəxsi inkişafına dəstək olur.


Aparıcı Ekspertlərlə Təhsil İmkanı

Proqramın əsas üstünlüklərindən biri University of Surrey akademikləri ilə birbaşa əməkdaşlıq imkanıdır. Tələbələr interaktiv workshop və sessiyalar vasitəsilə dayanıqlılıq mövzusunu müxtəlif perspektivlərdən araşdıracaqlar.


Sessiyalar aşağıdakı mövzuları əhatə edir:

Dayanıqlı inkişaf üçün liderlik – Dr Roberta Discetti

Wildlife wellbeing və behaviour change research – Dr Melissa Marselle və Dr Valentine Seymour

Nature-positive school və student citizen science – Dr Matteo Giusti

Ətraf mühit kimyası və qida sistemləri – Dr Madeleine Bussemaker


Güclü Akademik Tərəfdaşlıq

Proqram University of Surrey Institute for Sustainability tərkibində fəaliyyət göstərən və BMT tərəfindən akkreditasiya olunmuş təlim mərkəzi olan CIFAL Surrey ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. St Clare’s və Institute for Sustainability birlikdə BMT Dayanıqlı İnkişaf Məqsədləri əsasında multidisciplinary course hazırlayıblar. Bu tərəfdaşlıq tələbələrə world-class teaching və research imkanları təqdim edir və dayanıqlılıq problemlərinin lokal, milli və qlobal səviyyədə necə həll edildiyini öyrənməyə kömək edir.


Merrist Wood Kampusunda İlhamverici Təhsil Təcrübəsi

Proqram Guildford yaxınlığında və Londondan cəmi bir saat məsafədə yerləşən Merrist Wood kampusunda keçirilir. 400 akrlıq countryside ərazisində yerləşən kampus qədim meşələr, working farm və müxtəlif təbii mühit ilə immersive sustainability education üçün ideal şərait yaradır.


Hər həftə tələbələr üçün:

  1. İdman fəaliyyətləri
  2. Outdoor workshoplar
  3. İncəsənət və yaradıcılıq fəaliyyətləri
  4. Survival skills proqramları
  5. Yoqa və mini olimpiyalar
  6. Kino gecələri və sosial fəaliyyətlər


və digər fəaliyyətlər təşkil olunur.


Tələbələr həmçinin həftədə üç ekskursiyada iştirak edirlər:

London

Windsor Castle

Canterbury və Leeds Castle

Oxford

Portsmouth


və digər istiqamətlər.


Kampus Həyatı

Merrist Wood kampusu Surrey countryside ərazisində yerləşərək tələbələrə həm təhsil, həm də outdoor leisure üçün sakit və geniş mühit təqdim edir. Oxford Teens kampusundan fərqli olaraq Merrist Wood daha kiçik və family-feel residential environment təqdim edir. Oxford kampusunda 320-yə qədər tələbə olduğu halda, Merrist Wood təxminən 80 tələbə qəbul edir və bu da daha yaxın və dəstəkləyici tələbə mühiti yaradır.


Yaşayış və Tələbə Dəstəyi

Tələbələr kampus daxilində yerləşən residence buildings-də qalırlar. Bütün otaqlar single room formatındadır və shared bathroom, communal kitchenette və common area ilə təchiz olunub.


Yaşayış imkanlarına daxildir:

Tam qidalanma

Kampus daxilində kafe

Pulsuz Wi-Fi

Camaşırxana imkanları

24 saat tələbə dəstəyi


Tələbə rifahı proqramın əsas prioritetlərindən biridir və residential staff və Welfare Manager tərəfindən 24 saat nəzarət və dəstək təmin olunur.


Tarixlər və Ödənişlər

Başlanğıc tarixləri:

12 iyul

26 iyul

Müddət:

2 həftə (digər kurslarla uzadıla bilər)


Kurs ödənişinə daxildir:

Təhsil haqqı

Full-board accommodation

İdman və fəaliyyət proqramı

Həftədə 3 ekskursiya

Sığorta

Heathrow və Gatwick hava limanlarından transferlər


Xüsusi Agent Endirimi

8 may tarixinədək agent tərəfdaşları vasitəsilə müraciət edən tələbələr üçün xüsusi 10% endirim mövcuddur. Proqram Kimlər üçün Uyğundur?

Bu proqram xüsusilə aşağıdakı tələbələr üçün uyğun hesab olunur:

  1. Dayanıqlılıq, ətraf mühit, biznes, siyasət və qlobal mövzularla maraqlanan tələbələr
  2. Akademik inkişaf axtaran IB və A-Level tələbələri
  3. Universitet hazırlığı və CV inkişafı istəyən yüksək akademik nəticəli tələbələr
  4. Premium və məqsədyönlü yay proqramı axtaran ailələr


Maksimum 12 nəfərlik kiçik qruplar, university-led teaching, interaktiv workshoplar və fully residential all-inclusive structure proqramı yay məktəbi bazarında fərqləndirən əsas üstünlüklərdən biridir.


StudyNet Group ilə Xaricdə Təhsil Dəstəyi

StudyNet Group olaraq tələbələri beynəlxalq yay proqramları, akademik inkişaf imkanları və xaricdə təhsil seçimləri ilə bağlı hər mərhələdə dəstəkləyirik. St Clare’s, Oxford kimi tərəfdaş təhsil müəssisələri ilə əməkdaşlığımız sayəsində tələbələrə proqram seçimi, müraciət prosesi və universitet hazırlığı istiqamətində peşəkar yönləndirmə təqdim edirik. Leadership & Sustainability proqramı kimi beynəlxalq təcrübələr tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə verərək onların gələcək hədəflərinə daha inamlı şəkildə hazırlaşmasına kömək edir. StudyNet group size kömək edə bilər.