Beynəlxalq Təhsil Xidmətləri ilə Hər Şey Daha Sadə və Rahatdır!
Xaricdə təhsil xidmətlərimiz vasitəsilə dünyanın aparıcı universitetlərində təhsil ala bilərsiniz. Proqram seçimi, müraciət prosesi və hərtərəfli tələbə dəstəyi ilə uğurlu akademik gələcəyinizi bu gündən formalaşdırın.

Müsahibəyə Hazırlıq Xidmətləri
Hər bir tələbə/şagird karyerasının müxtəlif mərhələlərində fərqli müsahibələrdən keçir, bunlara beynəlxalq məktəb, universitet qəbulu, iş və ya viza üçün olan müsahibələr aiddir. Məhz buna görə də, müsahibələr tələbələrin həyatında həlledici rol oynayır. Xüsusilə, Böyük Britaniya, Amerika, digər Avropa ölkələrində təhsil müəssisələrinə qəbul üçün fərqli formatlarda müsahibələr keçirilir. Onların hər biri təhsil müəssisəsindən və akademik pillədən asılı olaraq dəyişə bilər:
- Dil səviyyəsini ölçmək üçün;
- Tələbənin fərqli xüsusiyyətləri və yumşaq bacarıqlarını görmək üçün;
- Universitet və ixtisas barədə tələbənin motivasiya və bilgisini ölçmək üçün;
- Tələbənin ümumi dünyagörüşünü ölçmək üçün;
StudyNet olaraq biz tələbələrə real şəraitə uyğun simulyasiya edilmiş müsahibələr təşkil edir, fərdi rəy və təkliflərlə onların ünsiyyət, təqdimat və özünüifadə bacarıqlarını inkişaf etdiririk. Nəticədə tələbələr müsahibələrdə daha özgüvənli və rahat şəkildə iştirak edir, minimum streslə uğurlu bir şəkildə müsahibə mərhələsini tamamlaya bilir.