Beynəlxalq Təhsil Xidmətləri ilə Hər Şey Daha Sadə və Rahatdır!

Xaricdə təhsil xidmətlərimiz vasitəsilə dünyanın aparıcı universitetlərində təhsil ala bilərsiniz. Proqram seçimi, müraciət prosesi və hərtərəfli tələbə dəstəyi ilə uğurlu akademik gələcəyinizi bu gündən formalaşdırın.

1764919041862-HERO-businesswoman-working-together-workplace.jpg

Standartlaşdırılmış və Beynəlxalq İmtahanlara Hazırlıq


StudyNet SAT, IELTS, Duolingo, ACT, GRE, GMAT, SSAT və digər beynəlxalq imtahanlar üzrə hazırlıq proqramlarımız mövcuddur. Bu dərs proqramları tələbələrin yüksək nəticələr əldə etməsinə, analitik və dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. Təcrübəli və beynəlxalq müəllim heyətimizin hazırladığı imtahan strategiyaları, vaxtın idarəedilməsi texnikaları, xüsusi hazırlanmış dərs və təlimlər vasitəsilə tələbələrin təhsil məqsədlərinə çatmasını təmin edirik. Nəticədə, hər bir tələbəni imtahan gününə qədər tam hazırlıqlı səviyyəyə çatdırmış oluruq.

İmtahanlara hazırlıq zamanı tələbələri peşəkar komandamız müşayiət edir və valideynləri mütəmadi olaraq nəticələrlə bağlı məlumatlandırır.

Həmçinin, nəticələrdən asılı olaraq, sınaqların və təkrar imtahanların təşkil olunması və tələbələrin zəif bacarıqlarının müəyyən olunub təkmilləşdirilməsini də həyata keçiririk.