Beynəlxalq Təhsil Xidmətləri ilə Hər Şey Daha Sadə və Rahatdır!
Xaricdə təhsil xidmətlərimiz vasitəsilə dünyanın aparıcı universitetlərində təhsil ala bilərsiniz. Proqram seçimi, müraciət prosesi və hərtərəfli tələbə dəstəyi ilə uğurlu akademik gələcəyinizi bu gündən formalaşdırın.

Təhsil Müəssisələrinə Müraciət üzrə Peşəkar Dəstək
StudyNet-in təcrübəli təhsil məsləhətçiləri müraciətçilərə istənilən proqram, sahə və ixtisas üzrə hər mərhələdə addım-addım dəstək göstərir.
Aşağıda göstərilən bütün akademik təhsil pillələri üzrə fəaliyyət göstəririk:
A-Level / GCSE / IB Program / Foundation / College Preparation
(Orta məktəbdən sonra universitetə giriş üçün hazırlıq mərhələsi)
- Associate Degree (AD)
(2 illik, bakalavr səviyyəsində lakin bakalavrdan daha az müddətlik təhsil səviyyəsi)
- Bachelor’s Degree (BA, BSc və s.)
(3-4 illik ali təhsil)
- Postgraduate Diploma / Certificate
(Bakalavrdan sonrakı qısa müddətli ixtisaslaşma proqramı)
- Master’s Degree (MA, MSc, MBA və s.)
(1–2 il, ixtisaslaşmış elmi və ya peşəkar dərəcə)
- Doctorate (PhD / EdD / DBA və s.)
(Ən yüksək akademik dərəcə, 3–6 il davam edə bilər)
Biz həm lazımi sənədlərin hazırlanması və prosedurların yerinə yetirilməsində, həm də tələbənin akademik göstəricilərinə, maraqlarına və karyera hədəflərinə uyğun universitet və proqram seçimində köməklik edirik. Məsləhətçilərimiz qəbul şərtlərini ətraflı izah edir, tələbənin müraciətini gücləndirən strateji yanaşmalar təklif edir və bütün prosedurun daha rahat keçməsini təmin edirlər.