Beynəlxalq Təhsil Xidmətləri ilə Hər Şey Daha Sadə və Rahatdır!
Xaricdə təhsil xidmətlərimiz vasitəsilə dünyanın aparıcı universitetlərində təhsil ala bilərsiniz. Proqram seçimi, müraciət prosesi və hərtərəfli tələbə dəstəyi ilə uğurlu akademik gələcəyinizi bu gündən formalaşdırın.

Universitetə Hazırlıq üzrə Karyera Rəhbərliyi
StudyNet komandası olaraq hərtərəfli dəstək göstərir, konsultasiyamızla tələbələrin universitet təhsili və şəxsi inkişaf üçün uyğun zəmin hazırlayırıq:
- İxtisas seçimi və karyera planlaması;
- Motivasiya məktubu tərtibi;
- Universitet tələbinə uyğun "personal statement" hazırlanması;
- Müsahibə üzrə fərdi kouçinq;
- Tələbə və valideynlərin istəklərinə ən uyğun təhsil müəssisələrinin seçimi.
Bu xidmətlərimiz vasitəsilə tələbələr öz bilik, bacarıqlarına daha bələd olmuş şəkildə təhsil və karyera hədəflərinə çata bilir. Beləliklə, valideynlər isə büdcələrinə və gözləntilərinə uyğun alternativləri düzgün şəkildə dəyərləndirir.