Beynəlxalq Təhsil Xidmətləri ilə Hər Şey Daha Sadə və Rahatdır!
Xaricdə təhsil xidmətlərimiz vasitəsilə dünyanın aparıcı universitetlərində təhsil ala bilərsiniz. Proqram seçimi, müraciət prosesi və hərtərəfli tələbə dəstəyi ilə uğurlu akademik gələcəyinizi bu gündən formalaşdırın.

Xaricdə Təhsil üçün Yaşayış Yeri Dəstəyi
StudyNet komandası tələbələrə xaricdə təhsil aldıqları dövrdə rahat və təhlükəsiz yaşayış yerlərinin tapılmasında dəstək göstərir.
Biz universitet yataqxanası, özəl yataqxana, özəl, studio yaxud paylaşılan kirayə mənzil kimi yaşayış seçimləri barədə məsləhət verərək tələbələrin yerləşmə prosesini asanlaşdırır.
Bu zaman biz tələbə və valideynlərin istəklərini, gözləntilərini, büdcə və lokasiya seçimlərini nəzərə alaraq onları seçə biləcəkləri bir çox alternativlə təmin edirik.
Həmçinin, tələbələr yeni yaşayış mühitinə adaptasiya zamanı qarşılaşa biləcəkləri çətinliklər üçün praktik tövsiyələr verir, yaşayış yeri ilə bağlı müqavilələrin hazırlanması, kommunal xərclərin ödənməsi, referans aplikasiyası, yerdəyişmə prosesləri zamanı əşya saxlama xidmətləri ilə bağlı valideyn və tələbələrə ən yüksək səviyyədə xidmət göstəririk.