Qlobal Təhsil, Yeni Təcrübə və Fürsətlər Sizi Gözləyir!

Beynəlxalq təhsil müəssisələrini və qlobal imkanları kəşf edərək sizə özəl fərdiləşdirilmiş xidmətlərimizdən yararlanın.

Studying in the UK: Things No One Will Tell You

Böyük Britaniyada Təhsil: Bunları Sizə Heç Kim Deməyəcək

Bir çox tələbə Böyük Britaniyada təhsili əsasən yüksək IELTS nəticəsi və güclü ingilis dili ilə əlaqələndirir. Dil vacib amildir, lakin təhsilə başlayan kimi tələbələr anlayırlar ki, ingilis dili yalnız başlangıcıdır.


Ən böyük fərq tədris üslubunda özünü göstərir. Xüsusilə ənənəvi və imtahan yönümlü sistemlərdən gələn tələbələr üçün Böyük Britaniyada akademik mühit fərqli ola bilər. Burada dərslər əzbərləmə deyil, müzakirə, iştirak və tənqidi düşüncə üzərində qurulub.

Tələbələrdən öz fikirlərini bildirmələri, suallar vermələri, arqumentlərini müdafiə etmələri və alternativ baxış bucaqlarını dəyərləndirmələri gözlənilir. Çox zaman “yeganə doğru cavab” olmur, əsas diqqət fikirin necə əsaslandırıldığına yönəlir.


Bundan əlavə, Böyük Britaniyada təhsil yüksək müstəqillik tələb edir. Müəllimlər istiqamət göstərsə də, zamanın idarə olunması, tapşırıqların vaxtında yerinə yetirilməsi və dərs yükünün izlənməsi tələbənin öz məsuliyyətidir.


İlk mərhələdə bu proses çətin görünə bilər, lakin universitetlər tələbələrin adaptasiyasını asanlaşdırmaq üçün akademik və şəxsi dəstək xidmətləri təqdim edir, xüsusilə ilk il ərzində.


Biz isə tələbələrimizdən birinin öz Britaniya təcrübəsini sizə ötürürük, görək onun təhsil həyatında nələr baş verib və o nə öyrənib...


"Böyük Britaniyada təhsil almağa qərar verəndə gələcək planlarım tam aydın deyildi. Bildiyim yeganə şey praktik və maraqlı bir təhsil istəməyim idi, elə bir təhsil ki, öz maraqlarımı və güclü tərəflərimi daha yaxşı anlamağıma kömək etsin.


Bakalavr təhsilimi Coventry University-də Biznes Administrasiyası üzrə tamamladım. Bu mərhələ akademik istiqamətimin formalaşmasında mühüm rol oynadı. Təhsil proqramı idarəetmə, təşkilati proseslər və strateji düşüncə sahələrində möhkəm baza yaratdı və mənə nəyin maraqlı olduğunu və nədə inkişaf etmək istədiyimi anlamağa kömək etdi.


Bakalavr dövründə anladım ki, məni ən çox ünsiyyətə əsaslanan dərslər, müzakirələr və fərqli baxış bucaqlarının təhlili maraqlandırır. Qrup layihələri və təqdimatlar mənim üçün dönüş nöqtəsi oldu.


Bakalavr təhsilini başa vurduqdan sonra City, University of London-da Global Political Economy üzrə magistratura təhsilinə başladım. İlk gündən akademik mühitin fərqliliyi hiss olunurdu. Tədris müzakirə əsaslı idi və müstəqil düşüncəni təşviq edirdi.


Londonun mərkəzində yerləşən kampusda təhsil almaq isə ümumi tələbə təcrübəsini daha da zənginləşdirirdi və güclü akademik icma hissi yaradırdı.


Geriyə baxanda anlayıram ki, Böyük Britaniyada təhsil yolum təkcə diplom qazanmaq deyil, həm də özümü tanımaq, inam qazanmaq və beynəlxalq akademik mühitdə düşünməyi öyrənmək prosesi idi.


Hər iki pillə üzrə - bakalavr və magistr təhsilimi almağa, müraciət və qəbulla bağlı bütün proseslərdə göstərdiyi dəstəyə görə isə StudyNetə öz minnətdarlığımı bildirirəm."



Beləliklə biz həm Britaniyada təhsil haqqında, həm də real tələbə təcrübəsini sizinlə bölüşmüş olduq.


Əgər siz də Britaniyada təhsil almaq istəyirsinizsə, bugündən bizə müraciət edə bilərsiniz.


Növbəti yazılarda görüşmək ümidilə.