Qlobal Təhsil, Yeni Təcrübə və Fürsətlər Sizi Gözləyir!

Beynəlxalq təhsil müəssisələrini və qlobal imkanları kəşf edərək sizə özəl fərdiləşdirilmiş xidmətlərimizdən yararlanın.

 City Explorer Manchester – Summer Programme for Young Learners 2026 awaits for you!

City Explorer Manchester – Summer Programme for Young Learners 2026 Proqramı sizi gözləyir!

BSC Education tərəfindən həyata keçirilən City Explorer Manchester proqramı tələbələrin İngilis dili bacarıqlarını dinamik, interaktiv dərslər və ilhamverici layihə-əsaslı öyrənmə vasitəsilə inkişaf etdirmək üçün hazırlanıb. Dil bilikləri ilə yanaşı, tələbələr özünə inam, müstəqillik və ünsiyyət, əməkdaşlıq, tənqidi düşüncə və yaradıcılıq kimi vacib həyat bacarıqları qazanırlar.


Dərslərdən kənarda isə tələbələr Mançesterin canlı şəhər həyatını kəşf edir, məşhur yerli məkanları ziyarət edirlər. Bu təcrübələr Britaniya mədəniyyətini yaxından tanımağa, İngilis dilini real mühitdə praktika etməyə, eyni zamanda sosial və akademik baxımdan inkişaf etməyə imkan yaradır. Proqram boyunca iştirakçılar müxtəlif ölkələrdən olan yeni dostluqlar qururlar.


City Explorer Manchester İngiltərənin Şimal-Qərbində, Mançester şəhərinin mərkəzində yerləşən BSC məktəbində keçirilən, 12–17 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuş, əyləncəli və fəaliyyətlərlə zəngin yay proqramıdır.


İştirakçılar:

  1. İngilis dili bacarıqlarını inkişaf etdirəcək
  2. Yaradıcılıq, problem həll etmə və özünə inam qazanacaq
  3. Britaniya mədəniyyəti haqqında daha dərin bilik əldə edəcək
  4. Kiçik qruplarda layihə-əsaslı tapşırıqlarda iştirak edərək komanda işi və ünsiyyət bacarıqlarını gücləndirəcək
  5. Yerli görməli yerləri və maraqlı məkanları kəşf edəcək
  6. Əylənəcək və beynəlxalq dostlar qazanacaq


Kurs Məlumatları

  1. Yaş aralığı: 12–17
  2. Kurs müddəti: Minimum 1 həftə
  3. Səviyyə: Bütün səviyyələr
  4. Sinif ölçüsü: Minimum 6, maksimum 15 tələbə
  5. İngilis dili dərsləri: Həftədə 15 saat
  6. Başlama tarixləri: 5 iyul 2026 və 12 iyul 2026
  7. Məkan: BSC Manchester, 7 Chatham Street, Manchester M1 3AY


Akademik Təcrübə

  1. Kiçik siniflər tələbələrə fərdi diqqət və dəstək imkanı yaradır
  2. Dərslər CELTA sertifikatlı, peşəkar müəllimlər tərəfindən keçirilir
  3. 65-dən çox ölkədən gələn tələbələrlə beynəlxalq mühit formalaşır, bu da qlobal düşüncə və mədəni anlayışı inkişaf etdirir


Proqrama daxildir:

  1. Yüksək keyfiyyətli tələbə yataqxanasında yerləşmə
  2. Gündə 3 dəfə qidalanma (full board)
  3. Kursdan əvvəl onlayn səviyyə testi
  4. Həftədə 15 saat İngilis dili dərsi
  5. Yerli görməli yerlərə ekskursiyalar
  6. Axşam istirahət və əyləncə fəaliyyətləri
  7. Dil səviyyəsini göstərən sertifikat
  8. Məzuniyyət mərasimi


Əlavə ödənişlə təklif olunan opsiyalar:

  1. Liverpool və ya York şəhərinə günübirlik səfər
  2. Manchester City, Manchester United və Liverpool FC stadion turları
  3. British Music Experience və Liverpool-da The Beatles Story Muzeyi
  4. Tate Liverpool və Mersey çayı üzrə qayıq gəzintisi


Yerləşmə

Tələbələr Mançesterin Victoria Park ərazisində yerləşən, yüksək keyfiyyətli Brook Hall tələbə yataqxanasında qalırlar.


Yerləşmənin üstünlükləri:

  1. Şəhər mərkəzinə təxminən 20 dəqiqəlik məsafə
  2. Tək nəfərlik, şəxsi sanitar qovşaqlı otaqlar
  3. Hər mənzildə ümumi istirahət sahələri
  4. Təhlükəsiz giriş sistemi
  5. 24/7 resepsiya və yerində dəstək
  6. Kontinental səhər yeməyi, nahar və şam yeməyi (vegetarian və qlütensiz seçimlər mövcuddur)
  7. Dəsmal və yataq dəsti təmin olunur


Daha ətraflı qiymətlər və müraciət prosesi haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.


Mənbə: BSC Education City Manchester Fact File (PDF)