Qlobal Təhsil, Yeni Təcrübə və Fürsətlər Sizi Gözləyir!

Beynəlxalq təhsil müəssisələrini və qlobal imkanları kəşf edərək sizə özəl fərdiləşdirilmiş xidmətlərimizdən yararlanın.

How Does the City You Study in Shape Your Daily Life?

Təhsil Aldığınız Şəhər Gündəlik Həyatınızı Necə Formalaşdırır?

Biz çox vaxt gündəlik qərarlarımızı şüurlu şəkildə verdiyimizi düşünürük. Harada oturmaq, nə vaxt çıxmaq, hara getmək, necə hərəkət etmək, bunların hamısı sanki şəxsi seçimlərimiz kimi görünür. Amma əslində bu qərarların böyük bir hissəsi yaşadığımız şəhərin quruluşu ilə formalaşır.


Şəhər planlaması, məkanların yerləşməsi və ictimai mühit gündəlik davranışları səssiz şəkildə istiqamətləndirir. Bəzi şəhərlərdə insanlar daha çox açıq havada vaxt keçirir. Parklar, piyada zonalar, meydanlar həyatın təbii hissəsinə çevrilir. Digər şəhərlərdə isə həyat daha çox qapalı məkanlarda cərəyan edir. Bu fərq insanların xarakterindən yox, mühitin necə qurulmasından qaynaqlanır. Şəhər insanı müəyyən ritmə uyğunlaşdırır, özü hiss etmədən.


İctimai nəqliyyatın mövcudluğu, məsafələrin piyada ilə qət oluna bilməsi, şəhərin mərkəzləşməsi və ya dağınıqlığı gündəlik qərarlara birbaşa təsir edir. Bəzi mühitlər insanı planlı olmağa məcbur edir, bəziləri isə spontan hərəkətləri təşviq edir. Bu, mədəniyyət fərqindən daha çox, şəhərin öz daxili mexanizmləridir. Şəhərlərin dizaynı təkcə rahatlıqla bağlı deyil. O, sosial davranışlara da təsir edir. İnsanlar harada görüşür, necə ünsiyyət qurur, hansı məkanlarda vaxt keçirir, bütün bunlar şəhərin məkan dili ilə əlaqəlidir. Bəzən bu fərqlər yalnız başqa bir mühitə keçəndə nəzərə çarpır.


Xaricdə təhsil alıb yaşayan və ya yaşamağı planlayan insanlar üçün bu fərqləri anlamaq çox vacibdir. Çünki şəhər sadəcə fon deyil, o, gündəlik həyatın bir hissəsidir. Düzgün seçilmiş mühit insanın gündəlik həyatını daha rahat, daha balanslı və daha funksional edə bilər.


StudyNet tələbələrə yalnız təhsil seçimində deyil, yaşayacaqları mühitin real xüsusiyyətlərini anlamaqda da dəstək olur, accomadation üzrə dəstək göstərir. Çünki düzgün qərar təkcə universitetlə yox, insanın gündəlik həyatına uyğun gələn şəhərlə birlikdə formalaşır.


Daha çoxu üçün:


Tel: +994 55 918 93 93 ; +994 12 310 00 23

Mail: [email protected]