Qlobal Təhsil, Yeni Təcrübə və Fürsətlər Sizi Gözləyir!

Beynəlxalq təhsil müəssisələrini və qlobal imkanları kəşf edərək sizə özəl fərdiləşdirilmiş xidmətlərimizdən yararlanın.

What to Do at a Study Abroad Fair to Make the Most of It

Təhsil Sərgisinə Gələn İştirakçılar Üçün Tövsiyələr

Sərgiyə gəlməklə kifayətlənməyin, bu fürsət həm də aktiv olmağa çalışı. Bir çox tələbə sərgiyə gəlib sadəcə broşuralar toplayır və ümumi məlumatlarla kifayətlənir. Halbuki universitet sərgiləri aktiv yanaşma tələb edir. Nə qədər aktiv olsanız, bir o qədər çox fayda əldə edəcəksiniz.


Prioritet universitetlərdən başlayın

Sərgiyə daxil olduqda ilk olaraq əvvəlcədən seçdiyiniz universitetlərə yaxınlaşmaq vacibdir. Bu sizə enerjiniz yüksək olanda ən vacib məlumatları toplamağa kömək edəcək.


Universitet nümayəndələri ilə real ünsiyyət qurun

Sadəcə dinləmək kifayət deyil — suallar verin, maraq göstərin və dialoq qurun. Universitet nümayəndələri sizə ümumi məlumatdan əlavə daha dərin və faydalı detalları paylaşa bilərlər.


Eyni sualları fərqli universitetlərə verin

Bu çox önəmli bir strategiyadır. Eyni sualları bir neçə universitetə verərək onların fərqlərini daha aydın görə bilərsiniz. Bu, qərar vermə prosesini xeyli asanlaşdırır.


Topladığınız məlumatları dərhal qeyd edin

Sərgi zamanı çox məlumat əldə edəcəksiniz və günün sonunda hər şeyi qarışdırmaq asandır. Hər universitet haqqında qısa qeydlər aparmaq sonradan seçim etməyi daha rahat edəcək.


Material toplamaqdan çox məlumat toplamağa fokuslanın

Broşuralar faydalıdır, amma əsas dəyər ünsiyyətdədir. Əldə etdiyiniz real məlumatlar və şəxsi təəssüratlar daha önəmlidir.


Sərgidən sonra məlumatları analiz edin

Sərgi bitdikdən sonra topladığınız məlumatları nəzərdən keçirmək çox vacibdir. Hansı universitet sizə daha uyğun gəldi? Hansı proqramlar sizi daha çox maraqlandırdı? Bu mərhələ qərar vermək üçün əsasdır.


StudyNet sizə bu mərhələdə necə dəstək olur

StudyNet olaraq biz tələbələrin təhsil sərgilərindən maksimum fayda əldə etməsini təmin edirik. Sərgidə əldə etdiyiniz məlumatları düzgün anlamaq və onları real seçimlərə çevirmək hər zaman asan olmur.


Biz sizə topladığınız məlumatları analiz etməkdə, seçimlərinizi dəqiqləşdirməkdə və növbəti addımları düzgün planlamaqda dəstək oluruq. Məqsədimiz sizi sadəcə məlumatla deyil, düzgün qərarlarla irəli aparmaqdır. Daha ətraflı məlumat və fərdi dəstək üçün StudyNet grupnan ilə əlaqə saxlayın və seçim prosesinizi daha aydın və effektiv edin.


Tel: +994 55 918 93 93 ; +994 12 310 00 23

Mail: [email protected]


Xaricdə təhsil sərgisində necə düzgün davranmaq, hansı sualları vermək və topladığınız məlumatları necə düzgün istifadə etmək barədə bu videoda daha ətraflı öyrənin.

https://www.youtube.com/watch?v=FhymPgGXfEk