Qlobal Təhsil, Yeni Təcrübə və Fürsətlər Sizi Gözləyir!
Beynəlxalq təhsil müəssisələrini və qlobal imkanları kəşf edərək sizə özəl fərdiləşdirilmiş xidmətlərimizdən yararlanın.

Xaricdə Təhsildə İdeal Zaman Cədvəli Varmı?
Çoxumuz xaricdə təhsil qərarı verərkən daxildə müəyyən bir “ideal plan” qururuq. Müəyyən yaşda ölkə dəyişmək, proqramı vaxtında bitirmək, dərhal iş tapmaq, tez uyğunlaşmaq və hər şeyi problemsiz idarə etmək. Sanki beynəlxalq təhsil də əvvəlcədən müəyyən edilmiş bir zaman xəritəsinə tabe olmalıdır.
Amma reallıq fərqlidir. Xaricdə təhsil xətti şəkildə irəliləmir. Adaptasiya vaxt tələb edir. Bəzən ilk semestr planlaşdırıldığı kimi getmir. Dil mühiti gözlədiyindən daha çətin olur. Sosial çevrə qurmaq zaman alır. Akademik sistem fərqli yanaşma tələb edir. Və bu mərhələlər çox vaxt “gecikmə” kimi hiss oluna bilər.Beynəlxalq mühitdə ən böyük daxili təzyiq müqayisədir. Kimsə daha tez adaptasiya olur. Kimsə artıq part-time işləyir. Kimsə proqramını dəyişir. Kimsə isə artıq gələcək planını dəqiq bilir kimi görünür. Bu görüntü tələbədə elə bir hiss yarada bilər ki, sanki hər kəs üçün ideal yol xəritəsi var, bircə səndən başqa.
Əksər beynəlxalq tələbələrin yolu dəyişir. Bəziləri ölkəni dəyişir. Bəziləri ixtisasını yenidən seçir. Bəziləri bir semestr daha uyğunlaşma mərhələsində qalır. Bəziləri isə planlaşdırma bacarıqları qazanır və istiqamətini dəyişir. Xaricdə təhsil “dəqiq planın” reallaşması yox, çox vaxt yeni planın formalaşmasıdır.
Burada vacib olan məsələ sürətdən əlavə davamlılıqdır. Xaricdə təhsil alan tələbə üçün ideal timeline anlayışını buraxmaq uğursuzluq demək deyil. Əksinə, bu, real adaptasiya prosesini qəbul etməkdir. Özünü başqalarının sürəti ilə yox, öz inkişaf dinamikan ilə ölçməkdir. Öz qərarlarını sosial gözləntilərə əsasəlanmadan, real vəziyyətə görə verməkdir. Çünki beynəlxalq təhsil hər kəs üçün fərqli tempdə gedir. Və bu fərqlilik isə tamamilə normaldır.
StudyNet bu prosesi daha realist baxışla anlamağa kömək edir. Xaricdə təhsil planı qurarkən tələbələrin hər bir yolun fərqli ola biləcəyini nəzərə almasına dəstək olur və qərarların ideallarla birgə, həm də real potensiala əsaslanaraq verilməsini təmin edir.
Daha çoxu üçün:
Tel: +994 55 918 93 93 ; +994 12 310 00 23
Mail: [email protected]